- Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 12
- Bazar ertəsi-şənbə
- *9595
turkiyeden bakiya sifaris, trendyoldan sifaris, trendyol az, turkiyeden sifaris, trendyol indirim, Türkiyədən sifariş edə biləcəyiniz keyfiyyətli canta saytlari, uşaq saytları, çantalar, ayaqqabı, ayakkabı, canta, uşaq paltarı, elbise, online geyim, limak az, limak, limak kargo, limak, karqo, limak kuryer, karqo Türkiyeden çatdirilma, Turkiyeden catdirilma, amerikadan catdirilma, amerikadan çatdırılma, abş dan çatditilma, kuryer çinden catdirilma, rusiyadan catdirilma, kargo şirkəti, kargo shirketi, karqo shirketi, dashima shirketi
Keyfiyyətli və zövqlü çanta modelləri
Keyfiyyətli və zövqlü çanta modelləri
Çanta - həyatımızın əvəzedilməz aksesuarı
Gündəlik həyatımızda işdə, dərsdə, marketdə, idmanda, bir sözlə, çölə çıxdığımız hər anda yanımızda olan tək dostumuz çantalardır. Bəzən yükümüzü yüngülləşdirir, bəzən də yalnızca görünüşüylə yanımızda olmağı kifayət edir. Onları o qədər çox sevirik ki, onlarsız bir həyat düşünülməzdir… Çantalar əsrlər əvvəl həyatımıza girmiş və daha çox yük daşımaq üçün istifadə edilmişdir. İndiki zamanda isə çantalar geyimlərimizi tamamlayan bir aksessuar olaraq daha çox istifadə olunur. Türkiyədən Bakıya karqo bu qədər məşhurlaşandan sonra isə daha çox çanta almağa başlamışıq. Türkiyədən sifariş deyəndə də ağıla birinci Trendyoldan sifariş gəlir. Türkiyədən Bakıya sifariş haqqında digər yazılarımızda da danışmışdıq. Bu yazımızda sizə Türkiyədən ve xaricdən sifariş edə biləcəyiniz keyfiyyətli çanta saytları, çanta növləri, yeni sezonun çanta kolleksiyaları haqqında məlumat verəcəyik.
Ayaqqabıdan sonra qadınların ən böyük arzusu çantalardır desək yalan olmaz. Qarderobumuzda dünyalar qədər çanta tapılar, hətta içində bir dəfə və ya heç istifadə etmədiyimiz çantalar da vardır. Üstəlik, yalnız bir dəfə istifadə edəcəyimizi bilsək də, almaqdan yorulmuruq. Əksər qadın belədir. İndi sizə “Ən bəyəndiyiniz çantaları endirimli ala biləcəksiniz” desəm məncə buna heç kim biganə qalmayacaq. Qadınların ən sevdiyi şey alış-veriş edərkən endirim və kampaniyalardan yararlanmaqdır. Hətta bunun üçün xüsusi səy belə göstərə bilərik. Sevdiyimiz çantaları əvvəlcədən səbətə yığıb endirim vaxtı sifariş edə bilərik. Rəngi, modeli və detallardakı fərqlilikləri ilə geniş çeşidi olan və demək olar ki, hər tərzə uyğunlaşan çantalar mövcuddur. Trendyol-da və Amazon-da buna uyğun bir çox nümunələr də var.
Çantaların hansı növləri var?
İdman çantaları – Ümumiyyətlə ən çox sevilən çanta növü hesab olunur. Rahat olmağına görə onlara daha çox üstünlük verilir. Gündəlik istifadə üçün hazırlanmış və dinamik tərzə sahib bu çantaların bir çox rəng alternativi də var.
Ziyafət çantaları – Dəvətə və ya xüsusi bir yerə getdiyiniz zaman tərzinizi əks etdirən zərif çantalardan istifadə edə bilərsiniz. Parlaq, daş-qaşlı, xüsusi materiallardan hazırlanmış, bir çox rəng seçimi və son zamanların ən çox bəyənilən; qızılı və gümüşü rəngli çantaları kombinlərinizdə sizi daha cazibədar göstərə bilər. İncə dikdabanların ən gözəl tamamlayıcısı sayıla bilər.
Kürək çantaları – Son zamanların çox seçilən qadın çantaları sırasında ən populyarı kürək çantalarıdır. Qadınların sosial həyatının artması ilə birlikdə, bəzəkli, kiçik çantaların yerinə rahat kürək çantaları gəlir. Laptoplar, fayllar, dikdaban ayaqqabılardan makiyaj çantalarına qədər hər əşyanızı rahatlıqla sığışdıra biləcəyiniz böyük ölçülü kürək çantaları şəhər həyatını asanlaşdırır. Üstəlik, bu çantalar sezonun ən trend çantaları sayılır. Rahatlığınızı düşünərək bu çantalar mütləq qarderobunuzda olmalıdır.
Çiyin çantaları – Xüsusilə, qadınlar tərəfindən daha çox seçilən bu çantaları istər cins şalvarla, istərsə də gözəl bir donla kombinləyə bilərsiniz. Çarpaz və ya düz istifadə edilə bilər. Asılqan boyunu istəyinizə uyğun qısa və ya uzun edə bilərsiniz.
Bəli, stil sahibi görünməyimizin yolu şübhəsiz, geyimlərimizi tamamlayan çantalardan keçir. Çantaların növləri, fərqli dizaynları, rəngləri və sezona uyğunlaşan detalları ilə qadınların olmazsa olmaz aksessuarıdır. Bəs, keyfiyyətli çantaları Turkiyeden Bakiya sifaris edə bilərikmi? Sizin üçün Turkiyeden sifaris edə biləcəyiniz ən keyfiyyətli canta saytlarini təqdim edirik:
1) Accessorize – qüsursuz dizaynları ilə gözoxşayan çantaları qadınların əvəzolunmaz markasına çevrilib. Həmçinin, əl əməyi ilə hazırlanmış çantalar dizayn edən bu firma fərqliliyi ilə həmişə diqqəti cəlb edir.
2) Elle – Hər zaman sezonun modasına uyğunlaşan bu marka qadınların seçimlərini daha da asanlaşdırır. Rahat və keyfiyyətli çantaları ilə həmişə seçilir.
3) Aldo – Ziddliyin harmoniyasından ilhamlanan bu marka qadın modasında iddiasını həmişə göstərir. Qısa vaxt ərzində qadınların sevimli markasına çevrilməyi bacardı.
4) Derimod – Türkiyədə dəri və modanı birləşdirən ilk marka sayılır. Təbii ki, keyfiyyət deyəndə ağla da birinci o gəlir.
5) Pierre Cardin – Keçmişin izlərini müasir cizgilərlə birləşdirən bu marka qadınların ruhunu əks etdirir. İddialı çeşidləri ilə fərq yaradır.
6) Marjin – Fransız dizaynerlərin feminist tərzini yüksək keyfiyyətli parçalar və xüsusi toxunuşlarla birləşdirərək Marjin qadınlara elegant bir stil dünyası təqdim edir.
7) Trendyol- Trendyoldan sifaris artıq böyük kütləyə xitab edir. Trendyoldan sifaris qaydaları isə artıq hamıya məlumdur. İstənilən ölçüdə, rəngdə, dizaynda və istənilən markadan Trendyoldan sifaris edə bilərsiniz. Turkiyeden sifaris saytlari içərisində yəqin ki, ən məşhurudur.
Xaricden sifaris saytlari deyəndə ağla həm də Amerikadan sifaris saytlari gəlir. Amerikadan hansı canta saytlarindan sifariş etmək olar?
1). Nine West – Nə istədiyini bilən və öz tərzini təyin edən özəl qadınların üslubunu əks etdirən iddialı dizaynlar; sadəlövh, eyni zamanda öz cizgisini göstərən xüsusi bir mövqeylə qarşımıza çıxır. Nine West- də olan çantalarla özünüzü daim fərqli hiss edəcəksiniz. Nine West/bags
2) Guess – Payız çantalarının əsas detalı – asılqanın zəncir olmağıdır. Həm qızılı, gümüşü həm də qara rəng seçimləri ilə... Bu da özünü Guess-in payız kolleksiyasında göstərir. Guess/bags
3) Micheal Kors – 2019 – 2020 payız-qış sezonunda ən güclü yeniliyi yaşayan Micheal Kors çantaları, ayaqları yerə möhkəm basan, iş həyatında söz sahibi olan, dəyişikliklərə uyğunlaşan, güclü, həmçinin ənənələrə sadiq qalan qadınların seçimidir. Xaricden sifaris saytlari içərisində yəqin ki, ən çox tələb görən markadır. Michael Kors/bags
4) Furla – 1927-ci ildən bəri İtaliyada fəaliyyət göstərən Furla, artıq dünyada ən məşhur çanta markalarından birinə çevrilib. Hər tərz xanıma uyğunlaşan xaricden sifaris saytlari içərisində xüsusi bir yerə sahib olan Furla sizin zövqünüzü oxşayacaq. Furla/bags
5) 6 PM – Amerikanın Trendyolu ünvanını 6 PM saytına vermək olar. Minlərlə çanta növlərini burada tapmaq mümkündür. Nəinki çanta hətta geyim, aksessuar, ayaqqabı və daha çox şey… 6 PM/bags
Amerikadan və Türkiyədən sizə uyğun düzgün çantanı necə seçək? Onun üçün xanımlar boy və kilolarını da nəzərə almalıdırlar. Sizin üçün bu mövzuda yazdığımız məqaləyə linkdən keçid edib, oxuya bilərsiniz.
Türkiyədən Bakıya kargonu təşkil edən şirkətlər içərisində Limak.az kuryer və poçtdaşıma sizin üçün uyğun şərtlər təklif edir. Türkiyədən və Amerikadan Azərbaycana çatdırılma edən Limak.az ailəsinə qoşularaq, xəyallarınızı reallaşdıra bilərsiniz. Biz sizi düşünərək, Türkiyədən 2 dollardan, Amerikadan isə 3 dollardan başlayan qiymətlərlə hər zaman xidmətinizdəyik. Limak.az/countries bu linkə daxil olaraq qiymətlərlə daha yaxından tanış ola bilərsiniz.