Suallar
Bizimlə aşağıdakı kanallar vasitəsilə əlaqə saxlaya bilərsiniz:
-
Bizimlə aşağıdakı kanallar vasitəsilə əlaqə saxlaya bilərsiniz:
- Saytımızdakı onlayn çat və sorğu bölməsi;
- Sosial media hesablarımız — Facebook və Instagram;
- E-poçt: [email protected]
Bağlamanın daşınma haqqı fiziki çəki və həcm çəkisi əsasında hesablanır. Bu iki göstəricidən hansı daha böyükdürsə, daşınma haqqı həmin çəkiyə əsasən müəyyən edilir.
Amerikadan daşınan bağlamalarda bağlamanın ölçülərindən hər hansı biri 60 sm-dən böyükdürsə, həm fiziki çəki, həm də həcm çəkisi nəzərə alınır.
Həcm çəkisinin hesablanma formulu:
En × Uzunluq × Hündürlük / 6000 = Həcm çəkisi (kq)
Bağlamanız xarici anbarımıza daxil olduqda sizə bu barədə bildiriş göndərilir.
Bildiriş aldıqdan sonra:
-
Limak hesabınıza daxil olun;
-
“Bəyan gözləyən” bölməsinə keçin;
-
Daşınma haqqını və seçdiyiniz çatdırılma üsulunun ödənişini həyata keçirin;
-
Sifarişinizin dəyərini və məhsul kateqoriyasını düzgün qeyd edin;
-
İnvoys/Faktura bölməsinə sifarişi təsdiq edən sənəd və ya ekran görüntüsünü əlavə edin;
-
Daha sonra bağlamanızı Smart Customs mobil tətbiqi və ya e.customs.gov.az vasitəsilə bəyan edin.
Gömrük yoxlanışının daha sürətli həyata keçirilməsi üçün bağlamaya faktura və ya sifariş ekran görüntüsünün əlavə edilməsi mütləqdir.
Amerika bağlamaları təhvil məntəqəsində ümumilikdə 15 gün saxlanılır.
-
İlk 10 gün saxlanma ödənişsizdir;
-
Növbəti 5 gün ərzində təhvil alınmayan bağlamalar üçün 1 AZN saxlanma haqqı hesablanır;
-
15 günlük müddət bitdikdən sonra bağlama hesabdan silinir.
Temu bağlamaları seçilmiş təhvil məntəqəsinə çatdırıldıqdan sonra 10 gün ərzində təhvil alınmalıdır.
Bağlama bu müddət ərzində təhvil alınmadıqda, Temu-nun tələbinə əsasən geri qaytarılır.
Bəli, bağlamaların kuryer vasitəsilə ünvana çatdırılması mümkündür.
Amerika bağlamaları üçün:
Bağlamanız xarici anbara daxil olduqdan sonra, bəyan etməzdən əvvəl çatdırılma üsulu olaraq kuryer çatdırılmasını seçməlisiniz.
Temu sifarişləri üçün:
Sifariş zamanı uyğun çatdırılma üsulunu seçməlisiniz.
Bağlamalar qeydiyyat zamanı seçdiyiniz təhvil məntəqəsinə yönləndirilir.
Temu sifarişlərində sifariş zamanı seçilmiş təhvil məntəqəsi cari məntəqə hesab olunur və sonradan dəyişdirilməsi mümkün deyil.
Amerika bağlamalarında isə təhvil məntəqəsini dəyişmək mümkündür. Bunun üçün:
-
Hesabınızdakı “Tənzimləmələr” bölməsinə daxil olaraq təhvil məntəqəsini dəyişə bilərsiniz;
-
Xarici anbara daxil olmuş və “Bəyan gözləyən” statusunda olan bağlama üçün çatdırılma üsulunu seçərkən fərqli təhvil məntəqəsi müəyyən edə bilərsiniz.
Gecikən sifarişlər, şikayət və təkliflər, eləcə də digər müraciətlərinizlə bağlı bizə “Sorğu” bölməsi vasitəsilə müraciət edə bilərsiniz.
Müraciətləriniz aidiyyəti şöbənin əməkdaşları tərəfindən araşdırılır və mümkün qədər operativ şəkildə cavablandırılır.
Amerika bağlamanız xarici anbara daxil olduqdan sonra daşınma haqqını:
-
AZN balansınızdan;
-
Bank kartı vasitəsilə
ödəyə bilərsiniz.
Qeyd: Daşınma haqqı ödənilmədən bağlamanın bəyan edilməsi və ölkəyə göndərilməsi mümkün deyil.
Tərkibində partlayıcı, tezalışan və digər təhlükəli maddələr olan məhsulların daşınmasına icazə verilmir.
Parfüm və daşınması təhlükəsiz hesab olunan digər maye məhsulların sifariş edilməsi mümkündür.
Bəli. Bağlamanı başqa şəxs də təhvil ala bilər.
Bağlamanın təhvil verilməsi üçün sifarişçi şəxsin şəxsiyyətini təsdiq edən sənədin — məsələn, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, tələbə bileti və s. — özü və ya surəti təqdim edilməlidir.
Əgər bağlamanız FİN kodunun yanlış qeyd edilməsi səbəbindən Smart Customs sistemində görünmürsə, FİN məlumatına düzəliş edilməsi mümkündür.
Düzəliş edildikdən sonra bağlamanın məlumatları yenidən yoxlanılaraq müvafiq FİN koduna uyğunlaşdırılır.
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, istehsal və kommersiya məqsədi daşımayan mallar üçün aylıq gömrük limiti 300 ABŞ dolları ekvivalentindədir.
Bu limit Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarının 2.1.4-cü bəndinə əsasən tətbiq olunur.
Nəzərə alınmalıdır ki:
-
300 ABŞ dolları limiti hər təqvim ayının 1-də yenilənir;
-
Limitə bağlamanın daşınma haqqı da daxildir;
-
Limit sifarişin verildiyi tarixə görə deyil, bağlamanın bəyan edildiyi tarixə əsasən hesablanır.
Bir ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş edildikdə, həmin məhsulların kommersiya məqsədi daşıyıb-daşımadığının müəyyən edilməsi üçün bağlama gömrük orqanları tərəfindən saxlanıla bilər.
Əgər sifarişin satış və ya kommersiya məqsədli olduğu müəyyən edilərsə, bağlama müvafiq gömrük rüsumlarına cəlb oluna bilər.
Məhsullar şəxsi istifadə məqsədilə sifariş edilibsə və bağlama gömrükdə saxlanılıbsa, bunu gömrük orqanlarına bildirə bilərsiniz.
Bağlamanız gömrük tərəfindən saxlanıldıqda bu barədə tərəfimizdən sizə SMS bildirişi göndərilir.
Bildirişdə bağlamanızın aviaqaiməsi təqdim olunur.
Bağlamanı təhvil almaq üçün:
-
Aviaqaiməni çap etməlisiniz;
-
Müvafiq sənədlərlə (şəxsiyyət vəsiqəniz və aviaqaimə) birlikdə Bakı Kargo Terminalına yaxınlaşmalısınız.
Əgər bağlamanız yanlış bəyan səbəbindən saxlanılıbsa, ilk olaraq bəyannaməyə müvafiq düzəlişi etməli, daha sonra aviaqaimə ilə terminala yaxınlaşmalısınız.
Bağlama aşağıdakı hallarda gömrük orqanları tərəfindən saxlanıla bilər:
-
Şəxsi istifadə üçün nəzərdə tutulmuş 300 ABŞ dolları limitindən kommersiya məqsədilə sui-istifadə edildikdə;
-
Sifarişin kommersiya məqsədli olduğu müəyyən edildikdə;
-
Məhsulun faktiki dəyərinin invoice/fakturada bilərəkdən aşağı göstərilməsi ilə bağlı şübhə yarandıqda;
-
Məhsulun idxalı üçün xüsusi lisenziya, icazə və ya sertifikat tələb olunduqda;
-
Ölkəyə gətirilməsi qadağan edilən məhsul aşkar edildikdə;
-
Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan edilən və ya daşınmasına məhdudiyyət tətbiq olunan məhsullara aşağıdakılar daxildir:
-
Hər növ silah, döyüş sursatı, hərbi təyinatlı əşyalar və hərbi texnika;
-
Radioaktiv, narkotik, psixotrop və zəhərləyici maddələr, eləcə də onların istifadəsi üçün nəzərdə tutulmuş vasitələr;
-
Əxlaqsızlığı, zorakılığı və terrorizmi təbliğ edən kitab, nəşr və reklam materialları;
-
Təzyiq altında olan məhsullar — spreylər, bəzi boyalar, aerozol məhsulları, hava yastıqları, quru şampunlar və s.;
-
Tezalışan və partlayıcı maddələr, eləcə də onların hazırlanmasına dair materiallar;
-
Qida məhsulları, spirtli içkilər, tütün və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan və xüsusi saxlama şəraiti tələb edən məhsullar;
-
Heyvanlar, bitkilər və toxumlar;
-
Xüsusi məxfi rabitə vasitələri, gizli kamera və gizli səs yazma cihazları, dronlar, casus avadanlıqları və onlarla bağlı şifrə və istismar materialları;
-
Müdafiə, milli təhlükəsizlik və daxili işlər sahəsində operativ-istintaq fəaliyyətinə aid informasiya sistemləri, sənədlər və arxiv materialları;
-
Pul əskinasları və sikkələr;
-
Dövlət əhəmiyyətli sənədlər, ixtiralar və layihələr;
-
Xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar, eləcə də qanunvericiliklə daşınmasına məhdudiyyət qoyulmuş digər qiymətli əşyalar.