- Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 12
- Bazar ertəsi-şənbə
- *9595
çanta, kargo, suretli karqo, ayaqqabıya uygun canta, Amerikadan brend canta sifarisi, canta modelleri, Türkiyeden zovqlu cantalar, Trenyoldan çantalar
Amerikadan və Türkiyədən çanta seçərkən nəyə diqqət etməli?
Amerikadan və Türkiyədən çanta seçərkən nəyə diqqət etməli?
Çantaların həyatımızdakı rolu
Mükəmməl görünmək üçün dəbli paltar, şalvar və kofta seçmək qədər onları tamamlayacaq çanta seçimi də vacibdir. Çantalar ibtidai məktəb illərindən, universitetdən, hətta iş həyatından başlayaraq həyatımızda ən böyük köməkçilərimizdən biridir. Buna görə də çantaların həm insan həyatında, həm də moda dünyasında xüsusi yeri var.
Çanta seçimi necə edilməlidir?
Çox qəşəng geyinmisiniz, amma bu zərifliyi tamamlamaq üçün doğru çantaya qərar verə bilmirsiniz? Gəlin, düzgün çanta seçimi necə edilməlidir, birlikdə öyrənək.
Çanta seçimində paltarlarla istifadə olunan aksesuarlar mühim rol oynayır. Gümüş rəngli aksesuardan istifadə edilərsə, çantada və ya ayaqqabıda qızıl rəngli aksesuarların olmamasına diqqət yetirilməlidir. Geyim, çanta və ayaqqabılardakı zinət əşyalarının rəngi və aksesuarların rəngi eyni tonda olmalıdır.
İncə və uzun boylu insanlar hansı çantaları seçməlidirlər?
Əgər arıq və uzun boylusunuzsa, çanta seçərkən diqqətli olmalısınız. Messenger çantaları, çiyin çantaları, kürək çantaları sizin üçün ideal ola bilər. Mini çantadan istifadə etməlisinizsə, böyük naxışlı birini seçin.
Qısa boylu insanlar hansı çantaları seçməlidirlər?
Əgər boyunuz normadan qısadırsa, sizi daha gözəl və kiçik göstərəcək çanta seçimləri etməlisiniz. Qısa boylu xanımlar clutch çantalara və çox böyük olmayan orta və ya uzun qayışlı çantalara üstünlük verməlidir.
Kilolu olan xanımlar üçün doğru çanta seçimi
Kilolu olduğunu düşünənlər üçün kiçik ölçülü çantalar daha ideal seçimdir.
Arıq olan xanımlar üçün doğru çanta seçimi
Arıq xanımlar sərt formalı çantalardan uzaq durmalıdır. Sərt formalı çantalardan çox, yumşaq modellərə üstünlük verə bilərsiniz. Qısa saplı çantalar, xüsusən də çiyində daşınan çantalar sizi daha uzun göstərəcək. Çox uzun görünmək istəmirsizsə, tutacaqları uzun olan modelləri seçərək diqqəti aşağı çəkə bilərsiniz.
Amerikanın dünyaca məşhur moda və gözəllik jurnalı olan Vogue-un məlumatına görə, 2024 yaz-yay kolleksiyası üçün trenddə olan çanta nümunələrini sizə təqdim edirik:
1) Mikro çantalar
2) Oversize çantalar
3) Vintaj çantalar
4) Dəri hörməli çantalar
5) Zərf formalı çantalar
6) Karqo çantalar
Limak.az-la Amerika və Türkiyədən çanta sifarişi
Çanta seçimlərində hələ də çətinlik çəkirsinizsə biz sizə köməklik göstərərik. Xarici saytlardan sifarişlər üzrə illərin təcrübəsinə əsaslanaraq sizlərə saytımızın mağazalar bölməsində olan çantalar kategoriyası üzrə ən məşhur, ən dəbli saytları təqdim edirik. Buyurun rahatlıqla seçim edərək Limak.az ilə sifariş edin. Amerika və Türkiyədən istədiyiniz çantaları Limak.az ilə güvənli və sürətli sifariş edə bilərsiniz. Seçdiyiniz məhsulların linkini göndərin, sifarişlərinizi SifarişEt xidmətimiz həll etsin. Amerika və Türkiyədən gələn bağlamalarınızı filiallardan, kuryerlərimizdənvə ya sizə ən yaxın kargomatlardan təhvil ala bilərsiniz. Trendyol sifarişlərinizin də birbaşa ünvana çatdırılmasında güvənli və sürətli Limak sizinlədir.
Uzağı yaxın etdik!