limak az, xaricden sifaris, turkiyeden catdirirlma, amerikadan catdirilma, suretli catdirilma
Xaricdən sifariş | Sürətli çatdırılma və güvənli kargo | Limak.az
Xaricdən sifariş | Sürətli çatdırılma və güvənli kargo | Limak.az
Limak kargo şirkəti 2019-cu ildən xidmətinizdədir. Bakı və Azərbaycanın əksər bölgələrində şirkətin lisenziyalı filialları fəaliyyət göstərir. Limak.az MMC peşəkar heyəti ilə bu günə qədər 50 mindən artıq istifadəçinin 300 mindən çox bağlamasını təhvil vermişdir.
Kargo şirkəti hansı xidmətlər təklif edir?
Limak kargo şirkəti “Sifariş et”, “Həvalə et”, havayolu kargo, 7/24 müştəri, güvənli çatdırılma, anbar, ünvanda təhvilverilmə, kuryer, kargomat ağıllı poçt xidmətləri ilə məhsullarınızı sürətli və güvənlə çatdırır.
Kargo şirkətinin neçə filialı var?
Limak kargo şirkəti ölkədaxilində Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Balakən, Zaqatala şəhərləri üzrə kargo xidməti göstərir. Şirkətin Bakı şəhəri üzrə 4 filialı mövcuddur: İçərişəhər, Xırdalan, Xalqlar Dostluğu, Gənclik.
Kargo şirkəti bağlamanı neçə günə gətirir?
Limak kargo şirkəti Türkiyə və Amerikanın məşhur alış-veriş saytlarından sifarişlərinizi sürətlə çatdırır. Satıcı firmalarda çatdırılma 3-7 gün ərzində həyata keçirilir. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddəti uzana bilər. Sifarişiniz xarici anbarımıza daxil olduqdan sonra Türkiyədən 2 iş günü, Amerikadan isə 4-6 iş günü müddətində yerli anbara çatdırılır.
Limak kargo ilə Amerikanın hansı saytlarından sifariş edə bilərsiniz?
Limak ilə Amerikanın Amazon, Walmart, Ebay məşhur alış-veriş saytlarından və Adidas, Nike, Puma, Victoria's Secret, H&M, Michael Kors, Marc Jacobs, Ralph Lauren kimi brendlərindən olan sifarişlərinizi rahatlıqla həyata keçirə bilərsiniz.
Çatdırılma qiymətləri nə qədərdir?
Limak kargo şirkəti Türkiyə və Amerikadan sərfəli tariflərlə sifarişlər qəbul edir. Türkiyə və Amerikadan Azərbaycana 1$-dan başlayan qiymətlərlə çatdırılma edir. Sifariş olunan bağlamanın çatdırılma ödənişi çəkiyə görə hesablanır.
Çatdırılma və təhvilverilmə necə həyata keçirilir?
Limak kargo şirkəti Türkiyədən həftədə 6 dəfə, Amerikadan isə həftədə 1 dəfə daşınma həyata keçirir. Bağlamalar ofislərimizə daxil olduqdan sonra, çeşidlənərək təhvil verilməyə başlanır.
Bağlamaların anbarda saxlanma müddəti nə qədərdir?
Bağlamanız Amerika və Türkiyə anbarlarımıza daxil olub, “bəyan gözləyən” statusunu aldıqdan sonra ödənişsiz saxlanma müddəti 40 gündür. 40 gün ərzində gömrüyə bəyan edilməyən bağlamalar üçün cərimə hesablanır. Bağlamanız yerli anbarlarımıza daxil olduqdan sonra 15 gün ərzində ödənişsiz saxlanılır. 60 gün müddətində bəyan edilməyən bağlamalar isə şirkət tərəfindən aktlaşdırılaraq hesabınızdan silinir.
Xaricdən sifariş olunan bağlamaları necə iadə etmək olar?
Sifarişiniz firma tərəfindən yanlış göndərilibsə, dərhal müştəri xidmətlərimizə məlumat verməyiniz xahiş olunur. Satıcı tərəfindən yanlış və ya qüsurlu göndərilən məhsulların Limak şirkəti vasitəsilə geri qaytarılması mümkündür. İadə xidməti isə yalnız Türkiyədən olan sifarişlərə aid edilir.
Yerli kartları qəbul etməyən saytlardan necə sifariş edilir?
Əgər kartınız alış-veriş etmək istədiyiniz saytda qəbul olunmursa, o zaman biz sizə Amerika və Türkiyədən Sifariş et xidmətimizi təklif edirik. Seçdiyiniz məhsulların linkini "Sifariş et" bölməsinə daxil olaraq yerləşdirməyiniz mümkündür. Sistem sizə məhsulun qiyməti, rəngi, ölçüsü və qeydlərinizi bildirmək üçün xanalar təqdim edəcək. Həmin xanalara məlumatları qeyd etdikdən sonra Türkiyə üçün 5%, Amerika üçün 7% əlavə komissiya haqqı ilə birgə ödəniş sizə təqdim olunacaq və məhsullarınız biz tərəfdən sifariş ediləcək.
Limak kargo şirkətində hansı yeniliklər var?
Limak karqo şirkəti güvənli çatdırılma xidməti təklif edir. Tez qırıla və sına bilən məhsullar yenidən qablaşdırılır və sağlam şəkildə evlərinizə qədər çatdırılır.
Limak kargo şirkəti endirimləri əlçatan edir. Endirimlər bölümündən müştərilər mağazalardakı endirimləri izləyə bilərlər. Limak-ın sosial media hesablarından da endirimlərdən xəbərdar ola bilərsiniz.
PİN Travel LİMAK MMC-nin yeni layihəsidir. PİN Travel tərəfindən icra olunan səyahət və iş səfərlərinin təşkili, aviabiletlər və viza dəstəyi, otel rezervasiyaları, 7/24 müştəri xidməti, turizm səhəsində ciddi yenilik olan Turistin Dostu dəstək qrupu xidmətləri ilə güvənli və rahat səyahət edəcəksiniz. Limak müştəriləri müştəri kodu təqdim etməklə PİN Traveldan xüsusi endirimlər əldə edə biləcəklər.
Kargomat ağıllı poçt terminalından necə istifadə edilir?
Limak müştəriləri KARGOMAT ağıllı poçt terminalı ilə vaxta qənaət edir. Müştərilər telefonlarına göndərilən unikal kod vasitəsilə kargolarını 48 saat müddətində ödənişsiz şəkildə kargomatlardan təhvil ala bilirlər.
Limak.az MMC-də korporativ xidmətlər var?
Limak.az MMC korporativ xidmətlər təklif edir. Şirkətinizin məhsul ehtiyacını Limak.az MMC ilə qarşılaya bilərsiniz. Hüquqi şəxslər qeydiyyatdan keçərək şirkətini adını və VÖEN nömrəsini qeyd edib, Limak korporativ daşıma xidmətlərindən yararlana bilərlər. Gömrükləmə, təhvilalma Limak MMC tərəfindən pulsuz, broker xidməti isə ödənişli əsaslarla həyata keçirilir.
Limak 7/24 sizə çalışır!