gomruk, gomruk beyannamesi, gömrük, gömrük bəyannaməsi, smart customs, smart qustoms, smart custom, smart qustom, smart custom qeydiyyat, smart custom tətbiq, smart customs tetbiq, smart custom qeydiyyat, smart customs gomruk, beyanname, asan login, fin kod, smart customs limit, 300 dollar, beyan etmek, bəyan etmək, beyannamə, limak gomruk, limak az gomruk beyannamesi, smart castom, limak az, limak, limak kargo, limak, karqo, limak kuryer, karqo Türkiyeden çatdirilma, Turkiyeden catdirilma, amerikadan catdirilma, amerikadan çatdırılma, abş dan çatditilma, kuryer çinden catdirilma, rusiyadan catdirilma, kargo şirkəti, kargo shirketi, karqo shirketi, dashima shirketi, daşıma şirkəti, online alış veriş, online alish verish, trendyol, lc vaikiki, şəxsi kabinet, sexsi kabinet, keshbek endirim, endirimler, turkiyede endirimler, trendyolda endirim, kuryer, tez, çatdırılma haqqı, catdirilma pulu, türkiye saytlari, turkiye magazalar, türkiyə mağazalar, amerika saytları, amerika magazalar, amerikadan geyim, amerikadan kosmetika, turkiyeden geyim, turkiyeden kitab, amerikadan elektronika, kargo qiymetleri, alis veris, xaricden catdirilma, kitab sifarisi, turkiyeden sifariş, amerikadan sifaris, kitab saytı, turkiyeden geyim sifariş
“Smart Customs”da qeydiyyat qaydası
Smart Customs nədir?
Bildiyimiz kimi Nazirlər Kabinetinin 1 yanvar 2021-ci il tarixində 305 saylı təkmilləşdirilmiş qərarına əsasən, daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri "Smart Customs" tətbiqi ilə bəyan etmək məcburidir.
“Smart Customs” elektron ticarətin daha şəffaf və bir o qədər sürətli şəkildə həyata keçirilməsinə, o cümlədən “Smart Customs” tətbiqi mövcud resursların səmərəli istifadəsinə və ən əsası gömrük statistikasının düzgün aparılmasına şərait yaradır.
“Smart Customs” mobil tətbiqindən istifadə edərkən gömrüyə daxil olan bağlamaların sənədləşdirilməsi zamanı yaranan vaxt itkisi aradan qaldırılır.
Qeyd edək ki, xarici ölkələrdən sifariş verdiyiniz malların hər biri üçün “Smart Customs” tətbiqində bəyannamə yaratmaq mütləqdir.
Çünki bəyan edilməmiş bağlamaların daşınmasına icazə verilmir.
“Smart Customs”da necə qeydiyyatdan keçirlər?
Öncəliklə asanlogin.my.gov.az saytına daxil oluruq. Bu zaman ekranda iki giriş forması görünəcək:
Açılan pəncərədən “İdentifikasiya nömrəsi ilə” yazılan seçimi sıxırsınız. Ardından açılan yeni pəncərədə “Qeydiyyat” düyməsi sıxıldıqdan sonra giriş üçün seçim qarşınıza gələcək:
Video qeydiyyat
“Video qeydiyyat” seçimini etdiyiniz halda qarşınızda “Şərtlər və qaydalar” bölməsi açılacaq. Onları oxuyub qəbul etməyiniz tələb olunur.
Daha sonra Qeydiyyat prossesi başlayır.
Açılan pəncərədə identifikasiya sənədinin 4 növündən sizə aid olanı seçib, şəxsiyyət vəsiqənizin seriya və FİN kodunu qeyd etdikdən sonra “İrəli” düyməsinə basırsınız.
Daha sonra sizdən mobil nömrə daxil etməyiniz tələb olunacaq. Nömrə sizin adınıza olmaya da bilər, ancaq aktiv nömrə olması zəruridir. Onu da qeyd edək ki, qeyd edilən nömrənin daha öncə tətbiqdə qeydiyyatı mövcud olmamalıdır.
Nömrənizə gələn təsdiqləmə şifrəsini uyğun olan xanaya doldurduqdan sonra sizdən xüsusi Şifrə təyin etməyiniz tələb olunacaq.
Daha sonrakı addımda video qeydiyyat üçün təlimatlarla qarşılaşacaqsınız. Qeyd olunan təlimatları sonadək dəqiq oxuduqdan sonra “Davam et” düyməsini sıxıb prosesə davam edirik.
Qeyd: Kompüterinizdə mikrofon və kameradan istifadə etmək istəyinə “ İcazə ver” seçməlisiniz.
Qarşınızda açılan ekranda video qeydiyyat üçün etməniz gərəkən xüsusi göstərişlər olacaq. Onlara əsasən qeydiyyatınızı “Davam et” ə sıxaraq tamamlayırsınız.
Qeydiyyat tamamlandıqdan sonra həmin videonu izləyə və ya bəyənmədiyiniz halda yenidən qeydiyyat başlada bilərsiniz.
Daha sonra qeydiyyat uğurlu olduğu haqqda sizə şəxsi məlumatlarınızın əks olunduğu bir ekran görünəcək. Müraciətlər 5 iş gün ərzində yoxlanılır və təsdiq mesajı gəlir.