- Səbail rayonu, Lermontov küç. 40A
- Bazar ertəsi-şənbə
- *9595
black friday, endirimler, endirim, endirimlər, black friday endirimi, endirim kompaniyasi, endirim kampaniyasi, amazon, trendyol
"Black Friday" nədir? "Black Friday" haqqında hər şey
"Black Friday" nədir? "Black Friday" haqqında hər şey
“Black Friday” haqqında məlumat
Alış-veriş həvəskarları noyabr ayının gəlişini səbirsizliklə gözləyir. Çünki bu ay böyük endirimlər ayıdır. Demək olar ki, bir çox dünya brendləri, o cümlədən onlayn mağazalar satılan məhsullara 50-80%-ə qədər endirim təklif edərək müştəriləri sevindirirlər. İl boyu ən böyük endirim isə “Black Friday”də gerçəkləşir. Belə ki, geyimdən aksesuara, elektronikadan məişət əşyalarına qədər bir sıra məhsullar yarı qiymətinə satışa çıxarılır. İlk vaxtlarda “Black Friday” endirim kampaniyası yalnız Amerikada tətbiq edilsə də, hazırda bütün dünyada aktualdır.
Bəs “Black Friday” nədir? “Black Friday” nə zaman gerçəkləşir? Dünya bazarında “Black Friday” günləri satışlara necə təsir edir? Bugünkü bloqumuzda bu kimi sualların cavabını sizinlə bölüşəcəyik. Hazırsınızsa, başlayaq!
“Black Friday” nədir?
“Black Friday” hər il Şükran Bayramından sonrakı cümə günü keçirilən endirim kampaniyasıdır.
Adətən “Black Friday” və ya “Qara Cümə” endirimi zamanı bir çox sahibkar və satıcılar mağazaları sübh çağı açıb, gecə saatlarında bağlayırdılar.
Lakin, cəmi bir gün aktiv olan bu endirimlərə tələbat çox olduğundan satıcılar endirimləri bir neçə günədək uzatmağa başladılar.
Bununla da endirimlərdən həm daha çox insan yararlandı, həm də satıcılar daha bir neçə gün ərzində satış etməyi bacardılar. Qeyd edək ki, müştərilər bu kampaniyaya həddindən artıq maraq göstərdiyindən, çox uzaqlardan şəhər mərkəzlərinə sırf bu endirimlər üçün gələnlər belə var idi. Bu da təbii ki, mağazalarda izdihamın yaranmasına gətirib çıxardı. Nəticədə, yaranan nəhəng izdihamın içində yaralananlar, hətta bəzən ölənlər belə olurdu. Bu kimi səbəblərə görə həmin gün “Black Friday”, yəni “Qara Cümə” adlandırılıb.
“Black Friday” satış statistikaları
Hər il “Black Friday” zamanı müştərilərin sayında ciddi artım müşahidə olunur. Belə ki, 2019-cu ildə bütün dünyada müştəri sayı 189,6 milyona qədər artıb. Buna baxmayaraq, 2020-ci ildə COVID-19 pandemiyası səbəbilə onların sayı 186,4 milyona düşmüşdü. Ancaq ilk dəfə olaraq onlayn şəkildə “Qara Cümə” alıcılarının sayı 100 milyona çatmışdı. 2021-ci ildə bir il öncəkilə müqayisədə “Qara Cümə” satışlarında 15% azalma oldu, çünki bayram tədbiri zamanı onlayn alış-veriş artıq yeganə seçim deyildi.
Məşhur brendlər “daha çox” endirim təklif etmək üçün “Qara Cümə”dən əvvəl qiymətləri süni şəkildə artırırdılar. “Amazon”un ən çox satılan 46 gözəllik məhsulunun qiymətləri “Qara Cümə”dən əvvəlki 17 gün ərzində avqust-oktyabr ayları ilə müqayisədə 28% baha olmuşdu.
Statistik göstəricilərə əsasən, onlayn alış-verişin 70%-dən çoxu mobil telefonlarla edilib. Həmin alıcıların ən böyük qrupu (24%) 25-34 yaş aralığındadır.
2021-ci ildə bəzi brendlər üzrə “Black Friday” endirim faizləri;
“Zara” – 40%
“Nike” – 25%
“Bershka” – 40%
“Mango” – 50%
“Derimod” – 30%
“Amazon” onlayn alış-veriş saytında bəzi məhsullara tətbiq edilən endirimlər aşağıdakı kimidir;
- “Amazon”un “Fire” TV, planşet və s. məhsullarına 50%-ə qədər endirim;
- “Apple”ın ən çox satılan cihazlarına rekord aşağı qiymətlər 20%-ə qədər;
- Makiyaj, dəriyə qulluq vasitələri və ətirlərə 60%-ə qədər endirim;
- Ev əşyaları və simsiz tozsoranlara 70%-ə qədər endirim;
- Mətbəx robotlarına 25% endirim ;
Bu kimi möhtəşəm endirimləri rahat izləyə bilməyiniz üçün “Limak.az” saytında sizin üçün yaratdığımız “Mağazalar” bölməsinə keçid edə bilərsiniz.
Türkiyə saytlarında “Black Friday” günləri
Türkiyə mağazaları da “Black Friday” zamanı çox böyük endirim kampaniyaları elan edir. Xüsusilə onlayn mağazalar bu kampaniya günlərində yüksək satışlar həyata keçirirlər.
Hətta bəzi mağazalar insanları endirimsiz qoymamaq üçün noyabr ayı ərzində bir neçə dəfə məhsulları sərfəli qiymətə satırlar. “Trendyol.com”, “Karaca.com”, “N11.com” kimi böyük onlayn satış mağazaları bu tarixdə müştərilərini möhtəşəm endirimlərlə sevindirirlər.
Və son olaraq bildirək ki, 2022-ci ildə “Black Friday” noyabrın 25-ə təsadüf edir.
Hər birinizə bol endirimli “Black Friday” günləri arzu edirik!
Əlaqə məlumatlarımızla tanış olmaq üçün saytımızdakı "Əlaqə" bölməsinə keçid edin.