- Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 12
- Bazar ertəsi-şənbə
- *9595
biznes qadin geyimleri, amerikadan kargo
Biznes qadınları üçün zövqlü geyimlər Amerika və Türkiyədən
Biznes qadınları üçün zövqlü geyimlər Amerika və Türkiyədən
Biznes qadınları üçün zövqlü geyimlər Amerika və Türkiyədən
Geyim – bir qadının, bəzən də bütün kitabın ön sözüdür. © Sebastian-Roche Nicolas de Chamfort. Geyim insan haqqında fikir formalaşdıran ən vacib amillərdən biridir. Belə bir deyim də var; insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Hər kəsin özünəxas stili olmasına baxmayaraq, zövqlü geyinmək tamam ayrıca bir mövzudur. Çünki dəb dəyişə bilər, stil isə aktuallığını saxlayır. Coco Chanel-in də dediyi kimi; “qadının əynində hansı paltar olduğunu xatırlaya bilmirsənsə, o zaman mükəmməl geyinmişdi.”
Xarici saytlardan online shopping
Xoşbəxtlikdən, rəqəmsal əsr geyim üçün alış-veriş etməyi həmişəkindən daha asanlaşdırdı. İnsanlar artıq istənilən yerdən, bəyəndikləri məhsulları sifariş edə bilirlər. Onlayn satıcılar və seçilmiş moda veb-saytları saysız-hesabsız seçimlər təklif edir ki, bu da məşğul insanlara bir neçə kliklə qarderoblarını rahat şəkildə yeniləməyə imkan verir. Bunun müsbət tərəflərinin çox olmasına baxmayaraq, mənfi tərəfləri də var. Məsələn, sifariş edilən məhsulun səhv gəlməsi, ölçüsünün uyğun olmaması və ya məhsulun zədəli olması və s. kimi məsələlər müştərilərdə ruh düşkünlüyü yarada bilir. Bir çox karqo şirkətlərində sifariş Azərbaycana çatdıqda, təəssüf ki, onun iadəsi olmur. Lakin bu, Limak.az-da problem deyil.
Xaricdən sifariş olunan bağlamaları necə iadə etmək (geri qaytarmaq) olar? Sifarişiniz firma tərəfindən yanlış göndərilibsə, dərhal müştəri xidmətlərimizə məlumat verməyiniz xahiş olunur. Satıcı tərəfindən yanlış və ya qüsurlu göndərilən məhsulların Limak şirkəti vasitəsilə iadə edilməsi mümkündür. İadə edilmə xidməti yalnız Türkiyədən olan sifarişlərə aid edilir. Amerikadan sifarişlərin iadə edilməsi isə yalnız məhsul Limakın Amerika anbarında olarkən müştəri istəyinə uyğun həyata keçirilir.
İş qadınlarının seçimi - “business lady style”
İlk təəssüratların vacib olduğu və inamın əsas olduğu sürətli iş dünyasında iş qadınının geyimi çox şeydən xəbər verir. İdarə heyəti iclaslarından tutmuş şəbəkə tədbirlərinə qədər, zövqlü və peşəkar geyim uğurun tonunu təyin edir. Buna görə də zövqlü və keyfiyyətli iş geyimlərini asanlıqla tapıb sifariş edə bilməyiniz üçün Limak.az sizə bəzi brend saytlar təklif edir. İstər Türkiyə, istərsə də Amerikadan gözəlliyinizə gözəllik qatacaq markalardan sifarişlərinizi sürətli və güvənli əldə edə bilərsiniz.
Sizin üçün favorilədiyimiz Türkiyə və Amerika brendləri
ADL:
Keçmişdən bu günə özünə güvənən, müstəqil qadınların seçimi olmağı hədəfləyən və moda ilə klassikanın ön planda olması istiqamətində önəmli addımlar ataraq sənayedə fərqli yer qazanıb. Bu gün adL Şimali Kipr, Səudiyyə Ərəbistanı, Dubay, İordaniya, Azərbaycan, və Gürcüstanda dəbi şərh edən brenddir.
İPEKYOL:
İllərdir geyim sənayesində bir çox uğurlu qadınların ilk seçimi olmağı bacarmış və günümüzün ən prestijli hazır geyim markaları arasında yerini almışdır. Uğurlu dizaynerlər Zeynep Tosun, Hakan Yıldırım, Özgür Masur və Yasemin Özilhan ilə birlikdə hazırladığı kolleksiyalar sayəsində hər mövsüm modaya rəhbərlik edib.
NOCTURNE:
Adını Frederik Şopenin kompozisiyasından götürən Nocturne 2012-ci ildən orijinal dizaynları, keyfiyyətli parçalar və zərif naxışları ilə şəhər qadınlarının qarderobunda özünə yer tapır. Kolleksiyalarında sadəlövh cizgiləri dəbli detallarla birləşdirərək, ahəngdar stil yaradan Nocturne, moda ilə yanaşı iş və sənət dünyasının da diqqətini çəkməyə davam edir.
NETWORK:
Hər dizaynı ilə özünüzü xüsusi hiss etdirən və məhdud sayda istehsal edilən NetWork Limited seriyası üsluba fərqli dəyər qatır. NetWork Türkiyədə zamansız moda anlayışı ilə orijinallığı və keyfiyyəti geyimlərində əksetdirən bir markadır.
Amerika brendləri: (Amerikadan rahat karqo)
GIZIA:
Gizia güclü, heyrətamiz, mükəmməl qadınlara xas dizayn yanaşması və yüksək moda baxışı ilə əbədi zəriflik təqdim edən kolleksiyaları canlandırır.
CLUB MONACO:
Club Monaco özünə güvənən, şık xanımların seçimi və dünyada 140-dan çox ölkədə filialı olan lüks Kanada brendidir.
MASSİMO DUTTİ:
İspaniya markası olan Massimo Dutti yüksək keyfiyyətli geyim sektorunda fəaliyyət göstərir və moda sahəsində lüks parçalardan hazırlanan geyimləri ilə seçilir.
BANANA REPUBLİC:
Zövqlü, eleqant xanımların seçimi olan Banana Republic, Gap -a məxsus lüks Amerika brendidir. Keyfiyyətli parçaları və gözoxşayan modelləri ilə yarandığı gündən, moda dünyasında öz yerini tutmağı bacarıb.
Seçdiyiniz məhsulların linkini göndərin, sifarişlərinizi SifarişEt xidmətimiz həll etsin. Amerika və Türkiyədən gələn bağlamalarınızı filiallardan, kuryerlərimizdən və ya sizə ən yaxın kargomatlardan təhvil ala bilərsiniz. Trendyol sifarişlərinizində birbaşa ünvana çatdırılmasında güvənli və sürətli Limak sizinlədir.
Uzağı yaxın etdik!