Bağlamaların gecikməsi ilə bağlı açıqlama!
Son zamanlar bağlamaların BKT-ni gec tərk etməsinin səbəbi!
Dəyərli müştərilərimiz, Dövlət Gömrük Komitəsi tərəfindən qaçaqmalçılıq, dələduzluq və.s kimi halların qarşısının alınması məqsədilə xüsusi nəzarətin tətbiq olunması səbəbindən, bağlamaların BKT–də saxlanılma müddəti uzadılır.
Xahiş edirik, bəyannamə məlumatlarını doldurarkən diqqətli olasınız. İnvoys qiyməti, miqdarı və növü səhv daxil edilmiş bağlamaların gömrükdə saxlanılma ehtimalı yüksəkdir.
Anlayışınız və səbriniz üçün təşəkkür edirik!