- Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 12
- Bazar ertəsi-şənbə
- *9595
limak az, türkiyədən çatdırılma, amerikadan çatdırılma, sürətli çatdırılma
Amerikadan Azərbaycana karqo| Sürətli və güvənli çatdırılma
Amerikadan Azərbaycana karqo| Sürətli və güvənli çatdırılma
Online alış-verişin inkişaf etməsi ilə Azərbaycana çatdırılma və karqo xidməti son illər daha da aktuallaşıb. Belə ki, pandemiya dövrü dediyimiz ərəfə bizləri onlayn vərdişlərimizi daha səmərəli və effetktiv istifadə etməyə sövq etmiş oldu.
Əhalimiz Azərbaycana xaricdən sifarişlər edərkən sərfəli karqo şirkətlərinin çatdırılma xidmətindən aktiv istifadə edir. Azərbaycana Türkiyə və Amerikadan çatdırılma isə hazırda daha aktiv istifadə olunan xidmətlərdən hesab olunur.
Türkiyə və Amerikadan karqo xidmətindən istifadə edənlər üçün bu məqaləmizdə Amerikadan çatdırılma xidməti və Amerikadan online sifariş xidməti barədə bəhs edəcəyik.
Amerikadan Azərbaycana karqo necə həyata keçirilir?
Amerikadan karqo və çatdırılma xidməti ilə bir neçə beynəlxalq və yerli karqo şirkətləri məşğul olur. Azərbaycanda Limak karqo şirkəti Amerikadan Azərbaycana karqo çatdırılması ilə məşğuldur. Limak karqo şirkəti, Amerika saytlarından sifariş etdiyiniz məhsulları Azərbaycana çatdırmaq üçün bir çox xidmətlər təklif edir. Limak şirkətinin veb saytını ziyarət etməklə, göndəriş prosedurlarını, qiymətləri və çatdırılma müddətini öyrənmək mümkündür.
Amerikadan karqo göndərmək üçün əvvəlcə seçdiyimiz məhsuları tapıb, onların stokda bizə lazım olan ölçüdə, rəngdə və ya başqa standartda olub-olmadığını yoxlamalıyıq.
Amerikdan karqo gətirmək üçün seçdiyimiz məhsulun beynəlxalq göndərişlərdə məhdudiyyətləri və qadağalarını da yoxlamalıyıq. Bunu yoxlamaq üçün saytın “Daşınması qadağan olan məhsullar” səhifəsinə ziyarət etməyimiz kifayətdir. Çünki bəzi məhsulları karqo şirkətləri daşımaçılıq vasitələrinin qoyduğu qadağalar səbəbindən daşıya bilmir.
Bağlamanız Limakın Amerika anbarına çatandan sonra tezliklə hava yollarına təhvil verilmək üçün hazırlanır və göndərilir.
Amerikadan Azərbaycana göndərilən karqolar gömrük işləmlərindən keçir. Göndərişinizin gümrük prosesini izləmək və tələb olunan sənədləri təqdim etmək əhəmiyyətlidir.
Gömrük işləri başa çatdıqdan sonra, Limak kargo şirkəti paketi Sizə ən yaxın olan ofisinə və ya KARGOMAT-a çatdırır.
Limak müştəriləri Limak.az saytından və ya tətbiqindən kargolarının izləmə nömrəsi ilə göndərişlərini izləyə bilir.
Amerikdan Azərbaycana karqo göndəriş prosesi, seçdiyiniz kargo şirkəti və digər faktorlara bağlı olaraq dəyişə bilər. Hər addımda doğru əlaqə saxladığınızdan və kargo şirkətinin təlimatlarına əməl etdiyinizdən əmin olmalısınız.
Amerikadan Azərbaycana karqo gətirilməsinin qiymətləri, göndərişin çəkisi, ölçüləri, seçilmiş kargo şirkətinə və digər faktorlara bağlı olaraq dəyişə bilər. Limak şirkəti Amerikdan Azərbaycana ən tez, ardıcıl və bağlamaları təhlükəsiz şəkildə çatdırmaqda liderdir.
Amerikadan online sifariş-Limak əməkdaşları sizin üçün məhsulu sifariş edir
Amerika saytlarından Azərbaycana online sifariş etmək üçün Limak şirkətinin “sifariş et” xidmətindən istifadə etmək olar. Bu xidmət vasitəsilə Limak müştərilərinə Amerika saytlarından daha rahat sifariş etmək imkanı yaradır. Belə ki, Limak müştərisi Amerika saytından seçdiyi məhsulun linkini limak.az saytında “sifariş et” bölməsinə göndərir və sifariş etmək istədiyi məhsulun rəngini, ölçüsünü sifariş sayını qeyd edir. Məhsulun alınma prosesini isə Limak karqo şirkəti həyata keçirir.
Limak müştəriləri üçün bu asanlaşdırılmış xidmət onların Amerikadan Azərbaycana daha rahat online sifariş etməkləri üçün nəzərdə tutulub.
Əgər Limak müştərisi özü sifariş etmək istəyirsə, burda da problem yoxdur. Belə olan halda Amerikdan online sifariş bu cür həyata keçirilir:
-
Məhsul seçimi: İstədiyiniz məhsulu Amerika saytlarından seçin. Seçdiyiniz məhsulun adını, markasını və modelini dəqiq şəkildə bilin.
-
Alış-veriş saytı: Tanınmış və güvənilir bir onlayn alış-veriş saytı seçin. Örnək olaraq, Amazon, eBay, Best Buy, Walmart, Target kimi saytlar Amerikada yayılan populyar onlayn mağazalardır. Limak.az saytında mağazalar bölməsində də güvənilən Amerika mağazalarının adları və saytları qeyd olunub. Ordan da istədiyiniz saytı seçə bilərsiniz.
-
Məhsul axtarışı və sifariş: Saytda məhsulu axtarın və onu sifariş etmək üçün "Səbətə əlavə et" düyməsini seçin. Məhsulun qiyməti, rəngi, ölçüsü və digər məlumatları dəqiq şəkildə doldurun.
-
Ödəniş: Sifarişi tamamlamaq üçün ödəniş mərhələsinə keçin. Kredi kartı, bank kartı kimi ödəniş variantlarını seçərək ödənişinizi tamamlayın.
-
Çatdırılma ünvanı: Sifarişi Amerikadan Azərbaycana çatdırmaq üçün Limakın Amerikadakı anbarının ünvanını yazın. Limak.az saytında “Xaricdəki ünvanlar” bölməsində Limakın Amerika anbarının ünvanı qeyd olunub. Ünvanı tam, doğru və anlaşılır şəkildə yazın.
-
Göndəriş məlumatları: Sifarişinizi izləmək üçün onlayn alış-veriş saytının təqdim etdiyi göndəriş məlumatlarını qeyd edin.
Qeyd edilməlidir ki, hər bir onlayn alış-veriş saytının öz prosedurları və şərtləri ola bilər. Saytların sifariş etmə prosesini ətraflı şəkildə oxuyun.
Amerikadan Azərbaycana nə sifariş etmək olar?
Amerika saytlarından Azərbaycana bir çox məhsulu sifariş etmək mümkündür. Amerikadan Azərbaycana hər növ məhsullar sifariş edilir. Amerikadan sifarişlər arasında bunlar daha məşhurdur:
-
Elektronika: Laptoplar, televizorlar, kamera və videoməlumat qurğuları, audio sistemlər və digər elektronika məhsulları.
-
Dəb və Gözəllik: Geyim və ayaqqabılar, aksessuarlar, kosmetika və gigiyenik məhsullar.
-
Ev və mətbəx ləvazimatları: Mətbəx avadanlıqları, ev elektronikası, təmir və təmizləmə avadanlıqları, mətbəx üçün kiçik texnika, təmizlik vasitələri.
-
Kitablar və musiqi: Kitablar, musiqi albomları, musiqi alətləri və digər əyləncə məhsulları.
-
İdman və fitnes: İdman geyimləri, idman avadanlıqları, idman ayaqqabıları
-
Oyunlar və hədiyyələr: Video oyunlar, oyun konsolları, oyun avadanlıqları, hədiyyələr və suvenir məhsulları.
-
Sağlamlıq və müalicə: Vitaminlər, müalicə məhsulları, qida əlavələri, uşaq yeməkləri və s.
Amerika saytlarında bir çox məhsul və kateqoriya mövcuddur. Amerikadan online sifariş etmək istədiyiniz konkret məhsulu, markasını və modelini bilməyiniz vacibdir. Həmçinin, sifariş etməzdən əvvəl sifarişin dəyərini, göndəriş haqqını, gömrük prosedurlarını və qaydalarını yoxlamaq mühüm rol oynayır.
Amerikadan Azərbaycana çatdırıma neçə günə olur?
Azərbaycanda Limak karqo şirkəti, Amerikadan Azərbaycana kargo çatdırılması üçün ən tez çatdırılma vaxtı təklif edir.
Limak karqo şirkəti ilə əlaqə saxlayaraq, göndərişinizin tam çatdırılma müddətini öyrənə bilərsiniz. Limak göndərişin xüsusiyyətlərinə əsasən çatdırılma tarixini bildirir. Bu, normal şərtlərdə müəyyən edilmiş olan bir zamandır və dəyişə bilər. Bu dəyişimə səbəb hava şəraiti, gömrük prosedurlarının gecikməsi, göndərişin çatdırılma ünvanı və digər təsir faktorları ola bilər.
Bu səbəbdən əvvəlcədən planlaşdırma və qarşılaşa biləcəyiniz potensial gecikmələri nəzərə almaq əhəmiyyətlidir. Limak karqo şirkəti ilə əlaqə saxlamaq, sizə ən doğru və güncəl məlumatları təqdim edəcəkdir.
Limak karqo şirkəti haqqında ətraflı məlumat almaq üçün limak.az saytına daxil ola və ya *9595 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.