- Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 12
- Bazar ertəsi-şənbə
- *9595
yeni il hediyyeler, yeni il dekorasiya, yeni il geyimlər, yolka, bayrama suretli catdirilma, yeni, yeni il sekiller, yeni il 2024, yeni il aksesuar
Yeni il atmosferini necə yaratmaq olar?
Yeni il atmosferini necə yaratmaq olar?
Yeni il üçün geri sayım artıq başladı. Bu isə o deməkdir ki, əsl bayram ab-havasına bürünməyin vaxtıdır. İstər geyim və aksesuarlarda, istərsə də ev dekorasiyası və eksteryerdə Yeni il ansamblınız sadəcə heyranedici olmalıdır. Bu bloq yazısında sizi Yeni il geyimləri, dekor və aksessuar dünyasına səyahətə çıxararaq, bayramınızı unudulmaz edəcək tendensiyaları üzə çıxaracağıq.
Geyimlər
Yeni il ərəfəsində bir çox məşhur brendlər bayrama uyğun kolleksiyalar çıxararaq, sizlərə təqdim edirlər. Bu kateqoriyaya köynək, corab, əlcək, papaq, pijamalar və hətta alt geyimlərini misal göstərmək olar. Yeni başlanğıcın sevincini və intizarını əks etdirən bu geyimlər əsl bayram simvoluna çevriləcəklər.
Bəzək əşyaları
Bayram obrazınızı göz oxşayan bəzək əşyaları ilə tamamlayın. Yeni ili təmsil edən parlaq rəngli və teksturalı sırğa, boyunbağı, qolbaq və ya saç aksessuarı mükəmməl, son toxunuş ola bilər. İndividual üslubunuzu əks etdirən parçalar seçin və ansamblınıza dram əlavə edin.
Dekorasiya və fərqli aksesuarlar
Əlbəttə ki, Yeni ilin ən böyük simvolu gözəl və rəngarəng oyuncaqlarla bəzədilmiş şam ağacıdır. Lakin bununla yanaşı, digər interyer elementlərini və dekorasiyalarını unutmaq olmaz. Məsələn, möhtəşəm bayram süfrəsi üçün cəlbedici elementlərlə maraqlı kompazisiya hazırlanması kimi. Masaya metal və parlaq materiallardan hazırlanmış dekor elementləri, şamlar və salfet üzükləri əlavə etmək olar. İnteryer üçün həmçinin, naxışlı corabları və parlaq simli işıqları da xüsusilə qeyd etmək lazımdır. Bu aksesuarları yaşayış yeriniz boyunca yerləşdirin və ya müəyyən sahələri vurğulamaq üçün istifadə edin. Əminik ki, bu tövsiyələrə uyaraq evinizdə möhtəşəm bayram ab-havası yarada biləcəksiniz.
Kosmetik məhsullar
Dünyanın müxtəlif kosmetika brendləri də bu möhtəşəm bayrama uyğun kolleksiyalar yaradırlar. Həmin brendlər bayram ab-havasından ilhamlanaraq ətirlər, bədən spreyləri, dodaq boyaları və digər kosmetik məhsullar istehsal edirlər. Bu məhsullar adətən bayram ərəfəsində satışa çıxarılır və ilin digər vaxtı satışda olmur. Ona görə öz sevimli məhsullarınızı vaxtında əldə etməyinizi tövsiyə edirik
Hədiyyələr
Və ən vacib ünsürlərdən biri olan hədiyyələr. Bu bayramda hər kəs bir- birinə maraqlı hədiyyələr edərək sevindirir. Ən gözəli isə geniş hədiyyə seçiminin olmasıdır. Bu, kitab, cəlbedici Yeni il köynəyi, dekorasiyası və ya qapı çələngi ola bilər. Bir sözlə, hər zövqə uyğun seçimlər edə bilərsiniz. Yaxınlarınızı sevindirmək üçün hərəkətə keçməyin əsl vaxtıdır.
Yeni il şənliyini yaddaqalan etmək üçün hər detal vacibdir. Seçdiyiniz geyimdən tutmuş məkanınızı bəzəyən dekorasiya və görünüşünüzü tamamlayan aksesuarlara qədər hər bir element yeni başlanğıcın sevincinə və həyəcanına töhfə verir. Bütün bu məhsulları Shein, Amazon və Trendyol kimi saytlarından bizim vasitəmizlə sifariş edə bilərsiniz. Biz isə öz növbəmizdə sifarişlərinizi tez və etibarlı şəkildə sizə çatdıracağıq.
Yeni ilə əsl bayram ruhuna bürünərək addımlayın!