piknik çadır təbiət tətil hobbi
PİKNİK ÜÇÜN HƏR ŞEY “LİMAK”DAN
PİKNİK ÜÇÜN HƏR ŞEY “LİMAK”DAN
Piknik səbətinizi hazırlayın, tətil vaxtıdır!
Hobbilər gündəlik həyatın stressindən qaçmaq üçün təsirli vasitə olmaqla yanaşı, insanlara yeni bacarıqlar öyrənməyə və maraq dairəsində olan sahədə tərəqqi etməyə kömək edir. İnsanlar gündəlik həyat qayğılarından, gərginlikdən qurtulmaq üçün kitab oxumaq, musiqi dinləmək, şəkil çəkmək, təbiət qoynunda piknik, düşərgələr təşkil etmək və bu kimi digər onlara maraqlı olan sahələrə vaxt ayırırlar.
Gərginlikdən uzaq təbiətə yaxın:
Təbiəti sevən insanların üstünlük verdiyi məşğuliyyətlər sırasında piknik və düşərgələr ilk yerləri tutur. Bu təbiəti kəşf etməyin və açıq havada vaxt keçirməyin ideal yoludur və belə fəaliyyətlər gündəlik həyatın stressindən qaçmaq, ailə və dostlarla vaxt keçirmək, yeni sərgüzəştlər yaşamaq və təbiətlə daha sıx əlaqə qurmaq üçün əla imkanlar yaradır.
Təbiətin gözəlliyini hiss etmək və gündəlik həyatın xaosundan bir neçə günlük uzaqlaşmaq, təbii mühiti araşdırmaq, balıq tutmaq və ulduzları seyr etmək istəyirsinizsə, düşərgələr sizin üçün mükəmməl seçimdir. Düşərgəyə gedərkən çadır və digər lazımlı ləvazimatları özünüzlə götürüb qalacağınız yerinizi hazırlamalısınız. Bu fəaliyyətləri planlaşdırarkən bir neçə məsələyə diqqət etmək lazımdır.
Piknik zamanı nələrə ehtiyacınız ola bilər?
İlk məsələ müxtəlif növlərdə olan çadırlar arasından düzgün seçimin edilməsidir. Düşərgə çadırı seçərkən bir neçə vacib amili nəzərə almaq lazımdır. Bunlara çadırın neçə nəfərlik olması, materialın keyfiyyəti, kütləsi (yüngül çadırlar yürüş zamanı daşımaq üçün daha uyğundur), hava şəraitinə uyğunluğu, qurulma və yığılmanın asanlığı kimi detalları aid etmək olar. Hansı çadırdan istifadə edəcəyinizə qərar verdikdən sonra növbəti addım hava yataqları, yuxu çantaları, yorğan və yastıqların seçilməsidir. Bunlarla yanaşı, təbiətin sürprizlərinə hazır olmağınız üçün yağış paltarları və ya suya davamlı gödəkçələr eləcə də günəş eynəkləri və günəş kremləri də götürməyiniz faydalı olar. Eyni zamanda təmizlik və dezinfeksiya vasitələri, çəngəl, bıçaq, qaşıq, stəkan, piknik səbəti, ilk yardım çantası, kompas və bu kimi ləvazimatları da özünüzlə götürmək lazımdır.
Bütün ehtiyaclarınızı vaxt itirmədən qarşılayın:
Macəra dolu tətilə çıxmadan əvvəl ehtiyacınız olan bütün bu məhsulları sizin üçün əlçatan etmək məqsədilə limak.az olaraq sizə “Sifariş et” xidmətini təklif edirik. Bu xidmətdən istifadə edən hər kəs üçün xarici elektron ticarət platformalarından rahat və tam təminatlı alış-veriş edilir. Bağlamaların Azərbaycanda seçilmiş anbara, Kargomat ağıllı poçt terminalına çatdırılması və ya ölkədaxili kuryer xidməti vasitəsilə ünvana təslim edilməsi təmin edilir. Eyni zamanda Limak.az saytı ilə rəsmiləşdirilən bütün sifarişlərdə təhlükəsizlik qaydalarına tam əməl edilməsi, məlumatların qorunmasına təminat verilir. Peşəkar müştəri xidmətlərimiz *9595 çağrı mərkəzi və bütün sosial platformalardakı onlayn xidmətləri ilə yüksək müştəri məmnuniyyətini təmin edir.