- Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 12
- Bazar ertəsi-şənbə
- *9595
onlayn alisveris, online alisveris bakida, online alisveris baku, online alisveris azerbaycan, azerbaycanin online alisveris saytlari, baki online alisveris, azerbaycanda online alisveris saytlari, turkiyeden onlayn alis veris, limak az, limak, limak kargo, limak, karqo, limak kuryer, karqo Türkiyeden çatdirilma, Turkiyeden catdirilma, amerikadan catdirilma, amerikadan çatdırılma, abş dan çatditilma, kuryer çinden catdirilma, rusiyadan catdirilma, kargo şirkəti, kargo shirketi, karqo shirketi, dashima shirketi, smart customs, smart customs qeydiyyat, smart customs az, e smart customs, smart customs giriş, smart customs yukle, daşıma şirkəti, online alış veriş, online alish verish, trendyol, lc vaikiki, şəxsi kabinet, sexsi kabinet, keshbek endirim, endirimler, turkiyede endirimler, trendyolda endirim, kuryer, tez, smart, smart customs, smart castom, qeydiyyat
Onlayn alisveris üçün faydalı məsləhətlər-2021
Onlayn alisveris üçün faydalı məsləhətlər-2021
Həyatımıza sürətli şəkildə daxil olan internet, qısa müddətdə bir çox insanın asılılıq dərəcəsində istifadə etməsinə səbəb oldu. İnternet həyatımızın hər yerində olması ilə birlikdə günümüzdə daha çox rastlaşdığımız digər termin də onlayn sifarişdir.
Alış-veriş etməyi sevirsiniz? Təbii ki, sevirsiniz. Yeni geyimlər, son moda ayaqqabılar, çantalar və daha nələr nələr… Heç süphəsiz ki, hər kəs kimi alış-veriş etməyi də sevirsiniz. Bəs, ümumiyyətlə insanı xoşbəxt etdiyi düşünülən alış-veriş fəaliyyətini necə edirsiniz? Son zamanlarda, onlayn alisveris termini gündəlik həyatımızda çox eşidirik. Getdikcə, geniş kütləyə xitab edən bu termin artıq yaşamımızın önəmli bir hissəsini təşkil edir. Əvvəlcə, nədir bu kütləni ələ keçirən alış-veriş ondan danışaq. İnternet saytlarından onlayn alisveris necə edilir? Hansı saytlardan sifariş edə bilərsiniz? Niyə internetdən sifariş sürətlə artır?
Onlayn alisveris – bank kartı və ödəmə sistemləri ilə internet üzərindən edilən hər cür alış-verişdir.
Bu axımın sürətlə yayılmasının səbəbi, almaq istədiyimiz məhsulun görünüşünü, xüsusiyyətlərini və qiymətlərini internet saytları vasitəsilə ətraflı araşdıra bilirik.
Bəs, siz hələ bildiyimiz üsullarla alış-veriş edirsiniz? Yoxsa internet mühitində alış-veriş etmək tərəfdarısınız? İstədiyiniz hər yerdən alış-veriş etməyin daha cəlbedici olduğunu düşünürsünüz? Yoxsa mağazaları gəzib, əliniz-qolunuz çantalarla dolu şəkildə evinizə qayıtmağı sevirsiniz? Əlbəttə ki, siz iki üsuldan da istifadə edə bilərsiniz. Hansı qrupda olmağınızdan asılı olmayaraq, daha çox məşhurlaşan onlayn alisveris haqqında bəzi şeyləri öyrənməlisiniz. Daha dəqiq desək, internetdən alış-verişin faydaları haqqında danışacağıq.
-
Zamanınıza qənaet edin. Dövrümüzün ən vacib problerimdən biri zamanın sürətlə axmasıdır. İnsanların çoxunun vaxtı ev-iş ya da ev-məktəb arasında keçir. Yenə çox insan işlərin çoxluğundan “başını qaşımağa” vaxt tapmadığını deyir. Elə tam bu anda internetdən sifariş bizim köməyimizə çatır. Çünki internetdən alış-verişin ən böyük üstünlüklərindən biri, bizə zaman qazandırmasıdır. Nəticədə, sifariş etmək üçün addım atmağınıza belə gərək yoxdu. Yəni, mağaza-mağaza gəzmək, axtardığınızı tapmaq üçün ordan-ora qaçmaq, alış-veriş mərkəzlərinə getmək üçün vaxt sərf etmək, dəyişmə otaqlarının, kassanın qabağında növbə gözləmək və s. kimi işləri onlayn alisveris zamanı etmirsiniz.
-
Yorulmayın. İnternetdən sifarişdə vaxt qazanmaqla yanaşı fiziki və zehni olaraq da yorulmursunuz. Çünki barmağınızın bir hərəkəti ilə dərhal saysız məhsula rast gələ bilərsiniz, istədiyinizi tapmaq üçün mağazaları gəzməyə ehtiyacınız qalmır. İnternetdən alış-veriş edəndə nə axtardığınızı yazmağınız onu saniyələr ərzində tapmağınıza kifayətdir. Həmçinin, geyin-soyun problemi yaşamadığınız üçün alış-verişinizi tamamladıqda “istədiyim hər şeyi tapdım ama öldüm, bitdim” kimi cümlələr qurmursunuz. Bütün bunlara əlavə olaraq, mağazaların izdihamından, “dəli” kimi alış-veriş edən insanların xaosundan uzaq olursunuz.
-
İstədiyiniz hər yerdən, hər zaman alış-veriş edə bilərsiniz. Evdə, işdə, parkda, yolda, nahar zamanı... Qısaca, hər yerdə hər zaman alış-veriş edə bilərsiniz. İnternet üzərindən alış-veriş edərkən “ indi mağaza bağlanacaq” kimi problemlər yaşamayacaqsınız. Gecə, gündüz demədən telefonu götürüb o an ağlınızdan keçən hər şeyi ala bilərsiniz. Düşünün; 7/24 Limak.az vasitəsilə istənilən saytdan sifariş edə bilərsiniz.
-
Endirim və kampaniyalardan birinci sizin xəbəriniz olur. Mağazalara vurulan endirim yazılarını, ancaq onun önündən keçsəniz görə bilərsiniz. Başqa sözlə; ənənəvi alış-veriş üsulunda endirimlər və kampaniyaları izləmək üçün bir az səy göstərməlisiniz. Amma internetdən sifariş zamanı vəziyyət belə deyil. Siz sosial medyada edilən reklamlar, tez-tez alış-veriş etdiyiniz saytlardan sizə sms və ya mail vasitəsilə endirim xəbərləri gəlir və bu zaman vaxt itirmədən sifariş etməyə başlayırsınız.
Xaricdən sifariş etmək istəyirsiniz amma necə edəcəyinizi bilmirsiniz? O zaman sizə onlayn alisveris etmək üçün 5 məsləhətimiz var:
-
Almaq istədiyiniz məhsulları əvvəlcədən fikirləşin. Daha sonra saytlara daxil olaraq axtarmağa başlayın.
-
Əgər almaq istədiyiniz məhsulun növünü, ölçüsünü, rəngini, markasını bilirsinizsə, onlayn satış saytlarında “filtrələmə” funksiyasından istifadə edərək axtardığınız məhsulu daha tez tapa bilərsiniz.
-
“Görmədən ala bilmərəm” deyənlər üçün saytlarda müştəri rəyləri bölməsini oxuyaraq istifadə edənlərin məhsul haqqında düşüncələrini oxuya bilərsiniz. Həmçinin, saytlarda məhsulun haqqında qısa məlumat yazılır.
-
Sifariş etmək üçün sadəcə bank kartına ehtiyacınız olacaq. Əgər yoxdursa, MilliÖn terminalları vasitəsilə, alış-veriş edə bilərsiniz.
-
Limak.az saytından qeydiyyatdan keçərək alacağınız məhsulun linkini, ölçüsünü, qiymətini, rəngini qeyd edirsiniz. Geriyə sadəcə gözləmək qalır.
Bəs hansı saytlardan nələr sifariş edə bilərsiniz? Siz bank kartınızla Türkiyə və Amerikanın istənilən saytından alış-veriş edə bilərsiniz. Əlbəttə ki, bu saytların güvənli olmağı şərtdir. Sizlərə görə ən güvənilən Türkiyə və Amerikadan onlayn alisveris saytlarını hazırladıq. Ehtiyacınız olan hər şeyi asanlıqla bu saytlardan əldə edə bilərsiniz.
-
Trendyol.com – Geyim, çanta, ayaqqabı, kosmetika, elektronika və s. axtardığınız yüz minlərlə ən uyğun qiymətli məhsulları bu saytda tapa bilərsiniz.
-
Morhipo.com - Yüzlərlə markanın qadın, kişi və uşaq üçün olan geyimləri, ayaqqabıları, çantaları, ev tekstili, oyuncaqlar və s. kateqoriyalarda olan məhsullar özəl endirim və kampaniyalı qiymətləri ilə bu saytda toplanıb.
-
Teknosa.com - Türkiyənin ən böyük elektronika mağazalarından biridir. TV, səs sistemləri, kiçik və böyük məişət texnikaları, kompüter və s. elektronik əşyaları saytdan sifariş edə bilərsiniz.
-
İdefix.com - Ən çox satan kitablar, filmlər və musiqi albomları endirimli qiymətlərlə bu saytdan əldə edə bilərsiniz.
-
Toyzzshop.com – Hər yaşa uyğun uşaqlar üçün oyuncaqlar, kitablar və geyimlər ən uyğun qiymətlərlə bu saytdan sifariş edə bilərsiniz.
-
Amazon.com – Xaricdən sifariş deyəndə yəqinki birinci ağla gələn saytdır. Müştəri məmnuniyyətinə görə dünyanın ən dəyərli şirkətidir. Geyimdən elektronikaya, makiyajdan kitaba ağlınıza gələ biləcək bütün məhsulların bir yerə toplandığı dünyaca məşhur onlayn sifariş saytıdır.
-
Ebay.com – Xaricdən alış-veriş edə biləcəyiniz ən ucuz və bol məhsul çeşidi ilə fərqlənən onlayn saytlar içərisində ilk sıralarda yer tutur. Burada siz daha çox elektronika, geyim, oyuncaq, kosmetika, idman və s. kateqoriyadan olan məhsulları bu saytdan onlayn ala bilərsiniz.
-
Ninewest.com – Nə istədiyini bilən və öz modasını müəyyən edə bilən özəl qadınların stilini əks etdirən dizaynları ilə fərqlənən bu marka ayaqqabı və çanta seçimində əvəzedilməzdir.
-
Carters.com – Bu sayt bir çox marka adı altında geyim və digər uşaq məhsulları satır. Carter's distribüterdir və OshKosh B'gosh və Skip Hop kimi brendlərlə işləyir. Burada hər yaş uşağa aid geyim, ayaqqabı və oyuncaq tapa bilərsiniz.
-
Asos.com – Artıq 19 ildirki, fəaliyyət göstərən Asos bir çox məşhur markalardan fərqli olaraq, özlərinin dizayn etdiyi geyim və aksessuarları ilə hər tərzə xitab edən bir alış-veriş saytıdır. Əgər modanı yaxından izləyir və fərqli geyinməyi sevirsinizsə, hər gün yenilənən bir-birindən fərqli məhsullar sayta daxil olduğunuz ilk 10 saniyə ərzində diqqətinizi çəkəcək.
Uzağı yaxın edən çatdırılma (kuryer) şirkəti Limak.az sizi onlayn alisveris etməyi təklif edir. Biz sizi düşünərək, Türkiyədən 2 dollardan, Amerikadan isə 3 dollardan başlayan qiymətlərlə hər zaman sizin xidmətinizdəyik. Limak.az/countries bu linkə daxil olaraq qiymətlərlə daha yaxından tanış ola bilərsiniz.
©️ Xanım Rüstəmli