- Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 12
- Bazar ertəsi-şənbə
- *9595
krem, nemlendirici krem
Nəmləndirici kremlərlə gənc qalmağın sirrləri
Nəmləndirici kremlərlə gənc qalmağın sirrləri
Nəmləndirici krem nədir?
Biz əgər təmiz və cavan dəriyə sahib olmaq istəyiriksə, onu mütəmadi təmizləməli və nəmləndirməliyik. Nəmləndirici krem dəriyə qulluğun əsas faktorudur və dərinin təbii nəm balansını qorumaq üçün istifadə olunur. Dəridə nəmin itirilməsi dərinin daha quru və həssas olmasına səbəb olur.
Nəmləndirici kremlər dəridə nəm və yağ səviyyəsini saxlayaraq dərinin nəm itkisinin qarşısını alır. Adətən, su, yağ və digər qida maddələrinin birləşməsindən ibarətdir. Bundan əlavə, həmin kremlər dərinin qıcıqlanmasının qarşısını alır və onu quruluq və çatlara səbəb olan ətraf mühit faktorlarından qoruyur.
Üz dərimiz çox həssasdır, buna görə də ona keyfiyyətli məhsullar ilə qulluq etməliyik. La Roche Posay, Clinique, Vichy, Estée Lauder, Dior, COSRX, SHISEIDO, Chanel, L'Oreal Paris, Lancome, və s. kimi markalar bizi və dərimizi düşünərək hazırlanıb. Həmçinin La Roche Posay, Clinique, Estée Lauder brendləri problemli dərisi olan insanlara fokuslanıb və öz keyfiyyətini uzun illərdir göz önündə saxlayırlar.
Bu brendləri istər Amerikadan, istərsə də Türkiyədən Limak.az ilə asanlıqla sifariş edə bilərsiniz.
Dəri tiplərinə uyğun nəmləndirici kremlər
Dərimizin yağlı və ya quru olmasından asılı olmayaraq, bütün dəri tiplərinin üz üçün nəmləndirici kremə ehtiyacı var. Normal dəri tipinə sahib insanların dərilərində sağlam nəmlik və yağ balansı var. Bu dəri tipinə sahib insanlar üçün xüsusi dəri problemlərini həll etmək üçün nəzərdə tutulmuş məhsullardansa, dəriyə nəm və mineral əlavələr verən su əsaslı nəmləndiriciləri seçmələri daha məsləhətdir. Gəlin, öz dəri tipimizə uyğun üzümüzü necə nəmləndirməli olduğumuza baxaq:
- Normal dərinin nəmləndirici köməyə ehtiyacı olmadığı doğru deyil. Normal dəri düzgün nəmləndirilməsə, dəridə problemlər yarana və qocalma əlamətləri görünə bilər.
- Quru və həssas dərilərin digər dəri tipindən daha çox nəm dəstəyinə ehtiyacı var. Buna görə də quru dərilər üçün nəmləndirici seçərkən hialuron turşusu və yüksək nəmlik olan digər tərkib hissələrinə üstünlük verilməlidir. Günəş kremini dəstəkləyən nəmləndiricilərdən istifadə xüsusilə həssas dəri olanlar üçün çox vacibdir.
- Qarışıq və yağlı dəriyə sahib insanlar orta səviyyədən daha çox sebum istehsal edirlər. Qarışıq və yağlı dəri tipləri üçün komedogen olmayan nəmləndiricilərə üstünlük verilməlidir.
- Yağlı dəriyə sahib olanlar yağ əsaslı nəmləndiricilərə üstünlük verməməlidir. Yağlı dərilər üçün krem seçimlərinin əksəriyyəti sakitləşdirici xüsusiyyətlərə malik su əsaslı məhsullardır.
Nəmləndirici kremdən necə istifadə etməliyik?
Dərimizdə istifadə etdiyimiz hər dəriyə qulluq məhsulunun fərqli məqsədi var. Bəziləri qocalmanı yavaşlatır, bəziləri isə günəşdən qoruyur. Nəmləndirici kremin məqsədi dərini nəmləndirmək və sağlam və hamar görünməkdir. Nəmləndirici kremlərin teksturası yüngüldür. Nəmləndiricidən istifadə etməzdən əvvəl dəri təmizlənməlidir. Kremdən maksimum nəticə əldə etmək üçün bu proses çox vacibdir. Təmizlənmiş dərini tonladıqdan sonra mərcimək böyüklüyündə kremi əlinizdə qızdıra bilərik. İsti kremi dairəvi hərəkətlərlə təmiz dərinizə yumşaq bir şəkildə masaj etməliyik. Bu proses dərini sağlam və gənc göstərməklə yanaşı, onu makiyaj üçün də hazırlayır. Yaxşı nəmlənmiş dəri makiyajın tətbiqini daha sadə və effektiv edir.
Baxımına çox zaman laqeyd yanaşdığımız boyun nahiyəsi dəri elastikliyini itirdiyi üçün ilk olaraq yaşlanma əlamətlərinin göründüyü yerdir. Ona görə də üzlə birlikdə boyun nahiyyəni də mütəmadi olaraq nəmləndirməliyik.
Dərini nəmləndirmək üçün istifadə edilə bilən təbii məhsullar
Dərini nəmləndirmək üçün istifadə edilən bir çox dəriyə qulluq məhsulları təbii vasitələrlə dəstəklənməlidir. Bir çox nəmləndirici krem və serumların tərkibində olan bu təbii məhsullar qarışdırılmadan istifadə oluna bilər. Dərinin nəmləndirilməsinə töhfə verən bəzi təbii məhsulları aşağıdakı kimi sıralamaq olar:
- Quru dərilər üçün nəmləndirici məhsullar: Bal, skualen, arqan yağı, kokos yağı, aloe vera və yulaf kimi təbii məhsullardan hazırlanan və maska şəklində tətbiq olunan müalicəvi vasitələr quru dərini nəmləndirməyə kömək edir.
- Yağlı dərilər üçün nəmləndirici məhsullar: Kəklikotu yağı, cadugər yağı, qızılgül suyu, çiyələk, ananas, papaya, şaftalı və moruq kimi təbii məhsullarla hazırlanan və maska şəklində tətbiq olunan müalicələr.
Original məhsulların Limak.az ilə birbaşa xaricdən (online mağazalardan) sifarişi
Xaricdən məhsul sifariş edərkən çətinlik çəkirsiniz? O zaman sifarişlərinizi işinin peşəkarlarına əmanət edin. Seçdiyiniz məhsulların linkini bizə göndərməklə sifarişlərinizi SifarişEt xidmətimizə həvalə edin. Amerika və Türkiyədən gələn bağlamalarınızı filiallardan, kuryerlərimizdən və ya kargomatlardan təhvil ala bilərsiniz. Trendyol sifarişlərinizin də birbaşa ünvana çatdırılmasında güvənli və sürətli Limak sizinlədir.
Uzağı yaxın etdik!