- Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 12
- Bazar ertəsi-şənbə
- *9595
eynək, eynək sifarişi
Məşhur markaların gün eynəkləri
Məşhur markaların gün eynəkləri
Niyə gün eynəyi taxmalıyıq?
Günəş eynəyi yalnız günəş işığının zərərli təsirlərindən qorunmaq üçün deyil, həm də insanın üslubunu əks etdirən əvəzolunmaz bir parçadır. Günəşin yaydığı ultrabənövşəyi şüalar göz sağlamlığına təhlükəlidir. Bu təhlükədən qorunmaq üçün gün eynəyindən mütləq istifadə etməliyik. Aksesuar olaraq da istifadə edilən gün eynəkləri arasından tərzimizə uyğun modeli seçərək həm riskləri azalda, həm də stilimizi qoruyub saxlaya bilərik.
Original günəş eynəklərini necə müəyyən edə bilərik?
İlk növbədə eynək alarkən tanınmış brendlərin satış mağazalarına müraciət etməliyik. Gucci, Calvin&Klein, Armani, Ray-Ban, Prada, Miu Miu, Burberry, Versace kimi markalar original və ən çox tələb olunan markalardır. CE işarəsi onun Avropa İttifaqı standartlarına uyğun istehsal edildiyi barədə məlumat verir. Original gün eynəklərində bu işarənin olduğundan əmin ola bilərik. Günəş eynəyi seçərkən UV təbəqəsi və polarizasiya sistemli şüşə xüsusiyyətli eynəkləri nəzərə almalıyıq. Çünki onlar gözlərimizi günəşin zərərli şüalarından qoruyur.
Orijinal eynəklər şaquli obyektləri qırılmalara səbəb olmadan görməyə imkan verir. Eynəyin orijinal olub-olmadığını yoxlamaq üçün şaquli naxışa baxa bilərik. Üstəlik, keyfiyyətli eynəklər üzə mükəmməl uyğunlaşır. Ən yaxşı günəş eynəyi markalarının üzərində marka loqosu var. Çox kiçik bir loqo olsa belə, onu işığa tutduğunuz anda görə bilərik.
2024-cü ilin trend eynəkləri hansılardır?
Trendə uyğun gün eynəkləri arasında üz formamıza uyğun olanları seçməliyik. Bu, həm stilimizi tamamlayacaq, həm də üz cizgilərimizi balanslaşdıracaq. Sizin üçün fərqli üz formalarına uyğun trenddə olan günəş eynəyi modellərini aşağıda sıralamışıq:
Kvadrat və ya Düzbucaqlı Çərçivələr: Bucaq çərçivələr üzümüzün dəyirmi strukturunu tarazlaşdırmaq üçün çox yaxşı seçim ola bilər.
Böyük və ya Görkəmli Çərçivələr: Üzümüzün daha incə və uzun görünməsi üçün böyük çərçivələr mütləqdir.
Eni və Hündürlük balansı: Dəyirmi və ya oval çərçivələr üzümüzün kəskin xəttlərini yumşaltmaq üçün çox yaxşı seçimdir.
Çərçivə Kənarındakı Detallar: Çərçivə kənarında yuvarlaqlaşdırılmış və ya oval detalları olan modellər üz cizgilərimiz üçün daha uyğundur.
Xaricdən eynək sifarişi | Ən son texnologiyalar və Limak.az ilə sürətli daşınma xidməti
Xəyallarınızdakı eynəkləri tapmaq artıq çox asandır! Eynək seçiminizi daha asan və əyləncəli etmək üçün ən son texnologiyalar və yenilikləri bu məqalədə oxuya bilərsiniz. Virtual sınaqdan reallığa qədər hər şey barədə məlumat toplaya və Limak.az ilə eynəklərinizi sürətli və etibarlı şəkildə əldə edə bilərsiniz.
Artıq mağazalara getmədən, eynəkləri üzərinizdə necə göründüyünü yoxlaya bilərsiniz. Warby Parker və Zenni Optical kimi onlayn mağazalarda bu texnologiya mövcuddur. İstədiyimiz eynəyi seçib, üzümüzdə necə göründüyünü vizual olaraq test edə bilərik.
Amazon və eynəklər üzrə ixtisaslaşmış saytlar 3D modelləşdirmə texnologiyasından istifadə edərək, eynəklərin fərqli baxış bucaqlarından necə göründüyünü göstərir. Artırılmış reallıq (AR) texnologiyası ilə eynəkləri real vaxtda üzümüzdə sınaqdan keçirə bilərik. Bu texnologiya, xüsusilə tətbiqlər vasitəsilə mobil cihazlarda istifadə edilir.
Keyfiyyətli və rahat eynəkləri necə seçmək olar?
1. Keyfiyyət və Marka: Tanınmış brendlərdən eynək seçmək, həm üslub, həm də göz sağlamlığı baxımından vacibdir. Gucci, Calvin&Klein, Armani, Ray-Ban və Prada kimi markalar yüksək keyfiyyəti ilə seçilir.
2. Linzaların Xüsusiyyətləri: Mavi işıq filtrli və polarizə linzalar, gözlərinizin rahatlığını və təhlükəsizliyini təmin edir.
3. Rahatlıq və Uyğunluq: Eynəyin üz quruluşunuza uyğun olması vacibdir. Bu, uzun müddət istifadədə rahatlıq təmin edir.
Limak.az ilə eynək sifarişi: tez, etibarlı və asan!
Limak.az, xaricdən eynək sifarişlərinizi Azərbaycana təhlükəsiz və tez bir şəkildə çatdırır. Bizim xidmətlərimiz:
- Tez və Etibarlı Çatdırılma: Eynəklərinizin tez bir zamanda və zərər görmədən çatdırılması təmin edilir.
- Geniş Əhatə Dairəsi: ABŞ və Türkiyədən istənilən məhsulu sifariş edə bilərsiniz.
- Müştəri Dəstəyi: *9595 çağrı mərkəzi və sosial media platformalarında peşəkar müştəri xidmətləri ilə yüksək məmnuniyyət təmin edirik.
Seçdiyiniz məhsulların linkini bizə göndərməklə sifarişlərinizi SifarişEt xidmətimizə həvalə edin. Amerika və Türkiyədən gələn bağlamalarınızı filiallardan, kuryerlərimizdən və ya kargomatlardan təhvil ala bilərsiniz. Trendyol sifarişlərinizin də birbaşa ünvana çatdırılmasında güvənli və sürətli Limak sizinlədir.
Uzağı yaxın etdik!