Kargomat xidmətindən istifadə ödənişli olacaq
Hörmətli müştərilər, avqust ayının 24-dən etibarən kargomat xidmətindən istifadə ödənişi 1 azn təşkil edəcək. Kargomat ağıllı poçt terminalları ilə bağlamalarınızı 7/24, növbə gözləmədən, anbarların və kuryerlərin iş qrafikindən asılı olmadan təhvil ala bilərsiniz. Limak kargomatlarının sayı gün-gündən artır və təhvilalma işinizi asanlaşdırır. Bağlamalarınızı rahatlıqla, vaxt itirmədən əldə etməyinizə xidmət edirik.
«Kargomat»-ın iş prinsipi çox sadədir: sizə ən yaxın KARGOMAT-ı seçirsiniz, bağlamanız çatdırıldıqda sizə SMS göndərilir. SMS-də siz karqomat üçün unikal kodu əldə edirsiniz, KARGOMAT-a yaxınlaşıb ekranda kodu daxil edirsiniz və açılan qutudan bağlamanızı götürürsünüz!
Uzağı yaxın etdik!