- Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 12
- Bazar ertəsi-şənbə
- *9595
üz baxımı, dəriyə qulluq, üz maskalari, Amerikadan və Türkiyədən sifariş
Dəriyə qulluq vasitələri ilə gənc qalmağın sirrləri
Dəriyə qulluq vasitələri ilə gənc qalmağın sirrləri
Üz üçün qulluğun önəmi – Təmiz dərinin həyatımıza təsiri
Dəri - bədəni bir sıra kənar təsirlərdən qoruyan, tənəffüs və istiliyin tənzimlənməsi proseslərində iştirak edən ən böyük orqandır. Həmçinin, dəri toxumalarda artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. İnsan dərisi təxminən 28 gündən bir özünü yeniləyir. Kişi dərisi qadın dərisindən daha qalındır və buna görə də özünü yeniləmə prosesi daha uzun olur.
Dərinin təmizliyi insanın sağlamlığı üçün zəruridir. Təmiz dəri orqanizmi müxtəlif xəstəlik törədicilərdən yaxşı qoruyur. Çirkli dəridə bakteriyalar çoxlu xəstəliklər yaradır. Ona görə də hər birimiz dərimizi həmişə təmiz saxlamalı və keyfiyyətli markaların krem, maskaları ilə dərimizə qulluq etməliyik. Bu markalara Clinique, Yves Rocher, La Roche Posay, KIEHLS, Loreal, Estée Lauder, The Ordinary - ni misal gətirə bilərik.
Gün ərzində üz baxımı necə olmalıdır?
Üz baxımı etmək hər yaşda önəmlidir. Dəriyə qulluq məhsulları aşağıdakı sıralama ilə tətbiq edilməlidir:
1. Makyaj təmizləyən su (miselyar su)
2. Üz Yuma geli
3. Peeling
4. Tonik
5. Dəri və üz serumları
6. Göz ətrafı üçün krem
7. Nəmləndirici
8. Günəş kremi
Dərini gündə iki dəfə - səhər və axşam yuyub təmizləmək lazımdır. Gecələr üz dərisi bərpa olunur və kifayət qədər sebum ifraz edir. Səhər təmizlənməsinin əsas məqsədi üz dərisindən artıq yağı təmizləmək və onu nəmləndirici kremin istifadəsinə hazırlamaqdır. Əvvəlcə üzü ilıq su ilə yuyub, daha sonra təmizləyici jel və ya toniklə təmizləməli, nəmləndirici krem vurub, ən sonda mütləq şəkildə yay-qış demədən SPF kremlərdən istifadə etməliyik.
Axşamlar isə mütləq makiyajı silmək və gün boyu yığılan çirk və artıq yağı təmizləməliyik. Gecə dəriyə qulluq rutini: təmizləyici, tonik, serum, nəmləndirici, göz kremi və dodaq nəmləndiricisi şəklində olmalıdır. Həftədə bir dəfə gecə tətbiq etdiyimiz peeling və gecə maskası da dəriyə qulluq üçün təsirli dəstək olacaq.
Türkiyədən Azərbaycana hansı üz baxım məhsul markaları sifariş edə bilərik?
Sephora: Sephora ilk dəfə 1970-ci ilin avqustunda Parisdə buraxılıb. Sephora, 340-a yaxın brendi olan şəxsi qulluq və gözəllik məhsullarının Fransanın çoxmillətli pərakəndə satıcısıdır. Biz burada kosmetika, dəriyə qulluq, ətir, bədən losyonları və saça qulluq kimi gözəllik və baxım məhsulları tapa bilərik.
Watsons: Watsons 1841-ci ildə Hong - Kong-da qurulun bir baxım və kosmetika məhsulları satışı həyata keçirən mağazalar şəbəkəsidir. Watson müştərilərinə əsasən sağlamlıq, gündəlik yaşam və gözəllik məhsulları təqdim edir. Beləliklə Watsondan istənilən məhsulun Azərbaycana sifarişi olduqca rahatdır.
Gratis: Gratis 2009-cu ildə İstanbulda qurulmuş fərdi qulluq və kosmetika marketlər şəbəkəsidir. Müştərilərə makiyaj məhsullarından, təmizlik və gigiyenaya qədər 13 fərqli kateqoriyada 8 mindən çox məhsulu bir araya gətirən Türkiyənin 1 nömrəli şəxsi baxım mağazasıdır. Burada istədiyimiz məhsulları rahatlıqla tapa bilərik.
Limak.az ilə Amerikadan Azərbaycana dəriyə qulluq vasitələri sifarişi
Sephora: Sephora ilk dəfə 1970-ci ilin avqustunda Parisdə buraxılıb. Sephora, 340-a yaxın brendi olan şəxsi qulluq və gözəllik məhsullarının Fransanın çoxmillətli pərakəndə satıcısıdır. Biz burada kosmetika, dəriyə qulluq, ətir, bədən losyonları və saça qulluq kimi gözəllik və baxım məhsulları tapa bilərik.
Shein: 2008-ci ilin oktyabrında Çinin Nankinq şəhərində sahibkar Chris Xu tərəfindən əsası qoyulub. Bu saytda üz və saç baxım məhsulları, dəbli geyim və ayaqqabılar, ev əşyaları, aksesuarlar və daha çox məhsullar sifariş etmək mümkündür. Sərfəli qiymətləri ilə Shein yüz minlərlə insanın seçimidir.
Bundan əlavə, bir sıra məşhur markalar da vardır ki, keyfiyyətli məhsulları ilə milyonların rəğbətini qazanıb. Həmin markaları aşağıda təqdim edirik:
Clinique - Clinique dəriyə qulluq, kosmetika və ətirlərin Amerika istehsalçısıdır. Estée Lauder Companies-in törəmə şirkətidir. 2019-cu ildən etibarən Clinique-nin dünya üzrə 22.000-dən çox müştəri məsləhətçisi var və keyfiyyətli məhsulları ilə müştərilərin sevimli brendi olmağı bacarıb.
Yves Rocher - Yves Rocher 1959-cu ildə fransız iş adamı Yves Rocher tərəfindən təsis edilmiş dünyaca məşhur kosmetika və gözəllik brendidir. Yves Rocher "Bitki mənşəli kosmetikanın ixtiraçısı" adlanır, çünki onun məhsullarında paraben kimi qoruyucu kimyəvi maddələr yoxdur və tamamilə öz istehsalı olan bitki mənşəli məhsullardan istifadə olunur.
La Roche Posay - La Roche-Posay 1 oktyabr 1896-cı ildə İsveçrədə Fritz Hoffmann-La Roche tərəfindən yaradılıb. Əsasən problemli və həssas dərilərə fokuslanıb. La Roche-Posay dörd qitədə dermatoloji tədqiqatlar üçün 100-dən çox təqaüd qazanıb. Brend həmçinin dermatoloqlarla əməkdaşlıq edərək dəri xərçənginin qarşısının alınması ilə bağlı bir sıra maarifləndirmə kampaniyalarında iştirak edir.
KIEHLS - 1851-ci ildə ilk dəfə Nyu-York-da "Bernswick Pharmacy" adı altında unikal aptek kimi yaradılmışdı. 1894-cü ildə John Kiehl aptek satın aldı və adını Kiehl's Pharmacy olaraq dəyişdirdi. KIEHLS kosmetik vasitələrdən tutmuş dəriyə qulluq məhsullarına qədər hər bir dərinin ehtiyaclarını ödəmək üçün hazırlanıb.
Limak.az ilə Amerika və Türkiyədən online sifarişlər
Amazon, eBay, Wallmart, Trendyol kimi dünyanın ən öndə gedən brend mağazlarından online sifariş edərək tam original məhsulları əldə etmək istəyirsinizsə, elə indi saytımızda qeydiyyatdan keçərək rahatlıqla sifariş edib, çatdırılmanı bizə həvalə edə bilərsiniz.
İstər Amerika, Türkiyə, istərsə də Trendyol-dan arzuladığınız məhsulları seçin, Limak.az sürətli və güvənli çatdırsın. Seçdiyiniz məhsulların linkini bizə göndərməklə sifarişlərinizi SifarişEt xidmətimizə həvalə edin. xidmətimizə həvalə edin.
Uzağı yaxın etdik!