- Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 12
- Bazar ertəsi-şənbə
- *9595
mehsul, sifaris, trendyoldan sifaris, Turkiye ve Amerikadan sifaris, qadagan olunan mehsullar
Azərbaycana gətirilməsi qadağan olunan məhsullar
Azərbaycana gətirilməsi qadağan olunan məhsullar
Azərbaycana hansı malları gətirmək olmaz? Qadağan olunan məhsullar
Qeyd olunan qadağan olunmuş məhsulların şirkətimiz tərəfindən daşınılması həyata keçirilmir.
Məhsulların siyahısı
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş məhsullar aşağıdakılardır:
1. Hər cür silah növləri, döyüş sursatı, (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı bütün əşyalar, hərbi texnika.
2. Radioaktiv maddələr, narkotik və psixotrop maddələr və onlardan istifadə üçün ləvazimat, müxtəlif zəhərləyicilər.
3. Əxlaqsızlığı, zorakılığı, terrorizmi təbliğ edən kitab və reklam edən materiallar.
4. Təzyiq altında olan məhsullar (spreylər, boyalar, parfumeriya, hava yastığı, quru şampun və s.)
5. Tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
6. Qida, spirtli içkilər, tütün və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan, xüsusi saxlama tələb edən məhsullar.
7. Heyvanlar, bitki və toxumlar.
8. Xüsusi məxfi rabitə vasitələri, gizli kamera, gizli səs yazma, dron və digər casus avadanlıqları, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
9. Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
10. Pul əskinasları, sikkələr.
11. Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
12. Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. (Zinət əşyaları, qiymətli metallar və qiymətli daşlar)
Qeyd: Mobil telefonların daşınmasını həyata keçirmirik.
Qadağan olunan məhsulların daha geniş siyahısına bu link vasitəsi ilə baxa bilərsiniz.
Seçdiyiniz məhsulların linkini bizə göndərməklə sifarişlərinizi SifarişEt xidmətimizə həvalə edin. Amerika və Türkiyədən gələn bağlamalarınızı filiallardan, kuryerlərimizdən və ya kargomatlardan təhvil ala bilərsiniz. Trendyol sifarişlərinizin də birbaşa ünvana çatdırılmasında güvənli və sürətli Limak sizinlədir.
Uzağı yaxın etdik!