kitab sifariş Amerikadan sifariş
Axtardığınız kitablar Amerikadan birbaşa qapınıza gəlsin
Axtardığınız kitablar Amerikadan birbaşa qapınıza gəlsin
Onlayn alış-veriş dünyanın fərqli ölkəsindən daşınması mümkün olan məhsulları əlçatan edir. Burada satışı olmayan, yaxud axtardığınız hər hansı məhsulu müxtəlif mağazalardan daha münasib qiymətə tapmaq imkanı verir. Yenilənən, dəyişilən fikir dünyasına qapı açmaq, kitab kəşfinə çıxmaq istəyirsinizsə, Amerikadan sifariş edə biləcəyiniz kitab alış-veriş saytlarında sizi geniş seçimlər gözləyir. Burada siz asanlıqla axtardığınız kitabları əldə edə bilərsiniz. Üstəlik, bunun üçün çox vaxt sərf etməyinizə də ehtiyac yoxdur.
Bildiyiniz kimi, şirkətimiz müştərilərinə anbar, karqo, ünvanda təhvil vermə, kütləvi göndərişlərin çatdırılması və qida maddələrinin daşınması xidmətlərini təklif edir. Xidmətlərimiz sayəsində siz bir-birindən fərqli kosmetik məhsulları, baxım vasitələrini, geyimləri, aksessuarları və s. sifariş edə bilərsiniz. Limak.az karqo şirkəti Amerikadan müxtəlif saytlardan kitabların sifarişini və çatdırılmasını da həyata keçirməkdədir. Bu, xüsusilə də kitab həvəskarları və kolleksionerləri üçün olduqca sevindirici bir haldır. Burada siz çətin tapılan, ölkəmizdə satışı olmayan və büdcənizə uyğun seçimləri əldə edə bilərsiniz.
Amerikadan hansı saytlardan sifariş etmək olar?
Amerikadan kitab sifariş edə biləcəyiniz bir çox kitab saytları var. Geniş kütlələrə xitab edən, çeşid çoxluğu ilə fərqlənən, müxtəlif kateqoriyalardan kitabların cəmləşdiyi ən məşhur kitab saytlarından bəzilərini bu bloqda sizlərə təqdim edirik:
“Amazon” çap və elektron formatda kitab seçimləri olan ən böyük onlayn pərakəndə satıcılarından biridir. Siz həmçinin “Amazon Marketplace”də istifadə edilmiş və ya nadir tapılan kitabları əldə edə bilərsiniz.
Bu yeni kitablar, audiokitablar, elektron kitablar və müxtəlif kitab aksesuarları təklif edən böyük kitab mağazası şəbəkəsi və vebsaytıdır.
Sayt kitablar, oyuncaqlar və kitab aksesuarlarının geniş seçimini təklif edir. Burada dünyanın hər bir yerindən sifarişlər qəbul olunur.
“Amazon”a məxsus olan bu sayt beynəlxalq kitab daşınması üzrə ixtisaslaşmışdır və müxtəlif dillərdə kitabların geniş seçimini təklif edir.
“Powell's” Oreqon ştatının Portlend şəhərində böyük, müstəqil kitablar şəbəkəsidir. Bu mağazanın vebsaytı hər kəsə yeni və istifadə olunmuş kitabları təklif edir.
Sayt yeni və işlənmiş kitablar, audiokitablar və kolleksiyalar üçün onlayn bazardır.
Bu sayt işlənmiş kitablar üzrə ixtisaslaşıb və aşağı qiymətlərlə geniş kitab seçimi təklif edir.
Bir-birindən maraqlı və nadir tapılan kitabları məhz bu saytdan sifariş edə bilərsiniz. Saytın əsas xüsusiyyəti isə yeni və işlənmiş kitabların satışını həyata keçirərək, qazancın bir hissəsini xeyriyyəçiliyə ayırmasıdır.
Bu sayt qiymətləri müqayisə etməyə və nadir kitabları tapmağa imkan yaradan, kitablar üçün meta-axtarış sistemidir.
Bu saytlar kitab sifariş etmək üçün müxtəlif seçimlər təqdim edir və adətən həm yeni, həm də istifadə olunmuş kitabların geniş seçiminə malikdir. Ehtiyaclarınıza, seçimlərinizə və büdcənizə daha uyğun olan saytı seçə bilərsiniz.
Limak.az-la kitab sifarişini necə gerçəkləşdirmək olar?
Əgər yerli mağazalarda istədiyiniz kitabı tapa bilmirsiniz, qiymətlə bağlı problem yaşayırsınız və ya axtarış üçün kifayət qədər vaxtınız yoxdursa, onlayn sifariş sizin köməkçiniz olacaq. Limak.az olaraq əsas məqsədimiz bütün məhsulları sizə əlçatan etməkdir. Sifariş etmək isə olduqca asandır. Bunun üçün mövcud profilinizə Amerikada yerləşən anbarımızın ünvanını yazmağınız və ya “Sifariş et” xidmətimizdən istifadə etməyiniz kifayətdir. Bağlamaların Azərbaycanda seçilmiş anbara, Kargomat ağıllı poçt terminalına çatdırılması və ya ölkədaxili kuryer xidməti vasitəsilə ünvanda təslim edilməsi təmin edilir. Qeyd edək ki, Limak.az saytı vasitəsilə rəsmiləşdirilən bütün sifarişlərdə təhlükəsizlik qaydalarına tam əməl edilməsinə, məlumatların qorunmasına təminat verilir.
Uzağı yaxın etdik!