- Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 12
- Bazar ertəsi-şənbə
- *9595
Shein Amerikadan sifariş, amerikadan karqo
Amerikadan Azərbaycana necə məhsul sifariş etmək olar
Amerikadan Azərbaycana necə məhsul sifariş etmək olar
Günümüzdə xaricdən onlayn alış-veriş, istifadəçilərə məhsulları istənilən vaxt və istənilən yerdən sifariş etməyə imkan verir. Bu onlayn platformalardan alış-veriş etmək xüsusilə əlavə vaxt itirməyin qarşısını alır. Hal-hazırda fərqli ölkələrə məxsus onlayn mağazalar aktuallıq qazanır. Onlardan ən məşhurlarına “Amazon”, “ebay”, “Shein”, “Trendyol” kimi platformaları nümunə göstərmək olar. Amerikanın məşhur alış-veriş saytlarından biri “Shein” qadın və kişi geyim kolleksiyaları, uşaq geyimləri, aksesuarlar, çantalar, ayaqqabılar və bir çox fərqli kateqoriyada məhsullar təqdim edir. “Shein.com” 2008-ci ildən bəri fəaliyyət göstərir və bu gün də ən çox sifariş olunan qlobal alış-veriş saytları sırasında yer alır.
Daim geniş məhsul seçimi təklif edən “Shein”də istənilən zövqə uyğun məhsulları tapmaq mümkündür. Eyni zamanda mağaza həm keyfiyyətli, həm də göz oxşayan geyim və aksessuarları uyğun qiymətlərlə təklif edir. Bundan əlavə, müxtəlif endirimlər və kampaniyalar sayəsində büdcəyə daha çox qənaət etmə imkanı da mövcuddur. Məsələn, hal-hazırda platformada noyabr ayı boyunca davam edəcək “Black Friday” endirimləri aktivdir. Növbəti aydan etibarən isə bir ay boyunca davam edəcək “Yeni il” endirimləri aktiv olacaq.
“Shein.com”dan necə sifariş etmək olar?
“Shein” platformasından sifarişləri https://us.shein.com/ saytı üzərindən həyata keçirmək mümkündür. Hal-hazırda bu platformdan Azərbaycana birbaşa sifariş etmək imkanı olmasa da, Limak.az ilə sifarişlərinizi həyata keçirə bilərsiniz. Belə ki, aşağıdakı addımları izləyərək rahat şəkildə sifarişlərinizi edə bilərsiniz:
1) Qeydiyyat üçün e-mail və şifrə təyin edin;
2) Əvvəlcə “My profile” bölümünə, daha sonra sol paneldə “Address Book” bölümünə keçid edin. Bu hissədə “ADD NEW ADDRESS” klikləyin və “Limak.az”ın “ünvanlar” hissəsindən Amerika adresini seçərək xanaya əlavə edin;
3) “First Name” və “Last Name” olaraq ad və soyadınızı qeyd edin;
4) “Country” (ölkə olaraq): “United States” seçin;
5) “Phone” bölümündə “Limak.az”ın Amerika ünvanları hissəsində olan telefon nömrəsini qeyd edin;
6) “ADRESS FINDER” bölümündə “Limak.az” saytında “Address Line” hissəsində olan məlumatları qeyd edin;
7) “Address Line 2” bölümündə müştəri kodunuzu qeyd edin;
8) “ZIP/Postal Code” bölümündə “Limak.az”ın Amerika ünvanlarında olan məlumatları qeyd edin;
9) Sifariş ediləcək məhsulu “Səbət”ə əlavə edin və “View Cart” bölümünə keçid edin;
10) “Checkout Now” bölümünə keçid edib ödəniş edərək sifarişinizi tamamlayın.
Ehtiyacınız olan bütün məhsulları sifariş edərək ən qısa zamanda LİMAK-dan təhvil ala bilərsiniz. Eyni zamanda məhsulların linkini bizə göndərməklə sifarişlərinizi SifarişEt xidmətimizə həvalə edə bilərsiniz. Bağlamalarınız sürətlə və güvənlə sizə çatdırılacaq. Amerika və Türkiyədən bağlamalarınızı filiallardan, kuryerlərimizdən və ya sizə ən yaxın kargomatlardan təhvil ala bilərsiniz.
Uzağı yaxın etdik!