Amazondan məhsul sifarişi zamanı mütləq nəzərə alın
Amazondan məhsul sifarişi zamanı OTP kod tələb olunacaq.
Hörmətli müştərilər, artıq Amerikanın Amazon saytından məhsul sifariş edərkən sizdən OTP kod tələb olunacaq.
Amazon-dan sifariş etdiyiniz məhsullar xarici anbarımıza çatdıqda, kuryer xarici anbarımızdan OTP kod tələb edəcək. Həmin kod məhsulu sifariş etdiyiniz zaman sizin e-mailə göndərilmişdir.
Sifarişlərinizi təhvil almaq üçün:
* Limak-ın bağlamalar bölməsindəki Tracking kodu (bağlamanın izlənilməsi) ilə
* OTP kodu (e-mailə gələn)
Limak.az hesabınızda müvafiq xanada qeyd etməyiniz vacibdir. Əks təqdirdə məhsullarınızı təhvil almaq mümkün olmayacaq.
Limak komandası güvənli alış-veriş və sürətli çatdırılma ilə xidmətinizdədir.
Uzağı yaxın etdik!