- Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 12
- Bazar ertəsi-şənbə
- *9595
aliexpress.com, alibaba.com, Çinden sifaris et, Çinden sifaris, aliexpress cin, Cinden al, limak karqo, cinden alisveris, cinden zakaz et , kitay ,limak.az ,limak , xaricden sifaris
Aliexpressdən necə sifariş edim? Çindən sürətli çatdırılma xidməti varmı
Aliexpressdən necə sifariş edim? Çindən sürətli çatdırılma xidməti varmı
Aliexpress saytından sifarişi aşağıdakı qaydalarla həyata keçirə bilərsiniz:
1. https://www.aliexpress.us/ saytına daxil olursunuz;
2. Ölkə seçimi bolümündə çatdırılma ölkəsini USA seçirsiniz (tətbiqlə yoxlanış etdikdə bəzən başqa ölkə seçimi görünür);
3. Limak.az da qeyd olunan “Xarici ünvanlar” bölməsindəki amerika ünvanımızı aşağıdakı qaydada “Aliexpress” saytında adres xanasında qeyd edirsiniz.
Contact name: Adınız soyadınız
Phone number: ölkə indeksi +1 8625718476
Adrdress 1: 320 Cornell drive C1
Address 2: AZ müştəri kodunuz
Country: United States
State: Delaware (DE)
City: Wilmington
Post/zip code: 19801
Məlumatları tam və düzgün şəkildə daxil etdiyinizə əmin olduğunuzda, bəyəndiyiniz məhsulları səbətinizə əlavə edib, çox rahatlıqla sifariş edə bilərsiniz. Bağlamalarınız Amerika anbarımızı tərk etdikdən sonra 5-7 gün ərzində sizə çatdırılır.
Qeyd: Əgər “Sifariş et” xidmətimizdən yararlanırsınızsa, seçdiyiniz məhsulun linkini və müvafiq məlumatları Limakın “Sifariş et” bölməsindəki müvafiq xanalara yerləşdirməyiniz kifayətdir.
Aliexpress nədir?
Aliexpress.com saytı dünyanın ən böyük onlayn alış-veriş saytıdır. Bir çox satıcını öz saytında birləşdirən mağazalar toplusu olan AliExpress, Çində yerləşən Alibaba Qrupunun bir hissəsi kimi fəaliyyət göstərir. Saytda müxtəlif ölkələrdən olan satıcı firmalar mövcuddur. Dünyada milyonlarla istifadəçisi olan bu saytdan elektronika, geyim, kosmetika və s. kimi müxtəlif məhsulların sifarişi mümkündür. Aliexpress dünyanın bir çox ölkəsinə Çindən çatdırılma həyata keçirir. Bu platformanın biznes və satış modeli Amerikanın nəhəng Amazon.com modelinə bənzəyir. Statistik göstəricilərə görə aliexpress.com saytı 440 milyon ziyarətçiylə, ən məhşur saytlar arasında 6-cı pillədədir.
Aliexpressdən Azərbaycana sifariş mümkündürmü?
Bəli, mümkündür. Aliexpress istənilən ölkəyə birbaşa çatdırılma etmədiyi üçün vasitəçilərdən (kargo şirkətlərindən) istifadə etmə zəruriyyəti yaranır. Müxtəlif ölkələrdən, eyni zamanda Çindən olan sifarişlərinizi Aliexpress saytı vasitəsilə Amerika adresimizə sifariş edə bilərsiniz. Limak.az vasitəsilə sifariş etdiyiniz bağlamalarınız öncə Amerika anbarımıza, daha sonra hər cümə günü olan reysimizlə, 5-7 gün müddətində sizə çatdırılacaq.
Sizə xoş alış-veriş arzu edirik!