Suallar

Köməkçi bölmələr

ƏN ÇOX VERİLƏN SUALLAR

Türkiyədən həftədə 2 dəfə daşınma həyata keçirilir. Bağlamalar Bakı ofisinə daxil olandan 3 saat sonra təhvil verilməyə başlanılır.
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş məhsullar aşağıdakılardır: - Maye məhsullar -Tərkibində batareya olan avadanlıqlar (skuterlər, powerbanklar, amartizatorlar, maşın yağı və s.) - Hər cür silah növləri, döyüş sursatı, (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı bütün əşyalar, hərbi texnika. - Radioaktiv maddələr, narkotik və psixotrop maddələr və onlardan istifadə üçün ləvazimat - Əxlaqsızlığı, zorakılığı, terrorizmi təbliğ edən kitab və reklam edən materiallar. - Narkotik və psixotrop tərkibli maddələr, müxtəlif zəhərləyicilər. - Təzyiq altında olan məhsullar ( spreylər, boyalar, parfumeriya, hava yastığı, quru şampun və s. ) tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid materiallar. - Qida, spirtli içkilər, tutun və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan, xüsusi saxlama tələb edən məhsullar. - Heyvanlar, bitki və toxumlar. - Xüsusi məxfi rabitə vasitələri, gizli kamera, gizli səs yazma, dron və digər casus avadanlıqları, onların şifrələri və istismarı haqqında ədəbiyyat. - Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri. - Pul əskinasları, sikkələr. - Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr. - Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. (Zinət əşyaları, qiymətli metallar və qiymətli daşlar )
Azərbaycan Respublikası qanunvericiliyinə görə, fiziki şəxslər 30 təqvim günü ərzində kommersiya məqsədi olmadan 1000 ABŞ dolları məbləğində rüsumsuz limitdən istifadə edə bilərlər.
Əgər Sizin kartınız alış-veriş etmək istədiyiniz saytda qəbul olunmursa, o zaman biz sizə "Sifariş et" xidmətini təklif edirik. Əvvəlcə bizim saytda qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan dərhal sonra yaranmış "Profilim" bölməsinə daxil olursunuz və "Sifariş et" bölməsindən bəyəndiyiniz məhsulun linkini seçib əlavə edirsiniz. Sistem Sizə məhsulun qiymətini, ölçüsünü, sifariş etdiyiniz ölkədaxili karqo qiymətini və bizim Sizin üçün etdiyimiz sifarişdəki +5 faizlik xərcləri əlavə etməklə yekun məbləği təqdim edəcək. ( Bu məlumatlardan hər hansı biri olmadıqda, onu özünüz əlavə edirsiniz) Linkləri saytımıza göndərdikdən sonra bizim hesabımıza yekun məbləği ödəyirsiniz və biz həmin məhsulu sizin üçün alırıq. Belə olan halda Bəyannamə də bizim əməkdaşlar tərəfindən əlavə edilir.
Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan sonra ən gec 4 gün sonra bağlamanız Bakıda olur.
Satıcı firmaların göndərdiyi məhsulların düzgünlüyünə, orijinallığına və keyfiyyətinə görə bizim şirkət heç bir məsuliyyət daşımır. Məhsul geri qaytarmaq və dəyişdirmək üçün satıcı firma ilə əlaqə saxlamağınıza ehtiyac var.
Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en*, hündürlük*, uzunluq*, 6000 standartı tətbiq edilir.
Limak MMC bağlamaların birləşdirilməsi xidmətini həyata keçirmir. Satıcı firma Sizin sifarişlərinizi bizim xaricdəki anbara necə təqdim edirsə, biz də məhsulları eynilə Sizə çatdırırıq.
Sizin istənilən ölkədəki saytdan etdiyiniz sifarişin bizim həmin ölkədəki anbarımıza çatdırılması həmin ölkədəki kuryer şirkətləri tərəfindən həyata keçirilir. O şirkətlər bağlamanızı çatdırmaq üçün müəyyən məbləğ tələb edirlər. Həmin məbləğ məhsul sifariş etdiyiniz saytlarda görünür. Bəzi saytlarda alış-verişinizin məbləği yüksək olduqda ölkədaxili karqo pulu alınmır.
Ofisimiz Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117 ünvanında yerləşir. İçəri Şəhər metrostansiyasının yaxınlığı, Dövlət İdarəçilik Akademiyası ilə üzbəüz.
Biz şənbə günü də daxil olmaqla həftəiçi hər gün çalışırıq. Sifarişlərin qəbulu, sorğuların cavablandırılması hər gün saat 10.00-00.00 arasında həyata keçirilir. Bağlamaların təhvil verilməsi isə hər gün saat 10.00-22.00 arasında olur.
Sifariş verərkən kartınızdan kəsiləcək tranzaksiya faizi kartınızın aid olduğu bank tərəfindən müəyyənləşdirilir.
Bağlamanı təhvil almaq üçün sifarişçi şəxsin şəxsiyyətini təsdiq edən sənəd ( şəxsiyyət vəsiqəsi, tələbə bileti, sürücülük vəsiqəsi və s) özü və ya surəti tələb olunur.
Əgər Sizin sifarişinizin yerinə yetirilməsi zamanı hər hansı problem yaranırsa ( məhsul stokda tükənə bilər və s) həmin vaxt ödədiyiniz məbləğ Sizə geri qaytarılır. Ödənişin kart hesabınıza geri qayıtması, 5-15 gün, bəzi bankların iş sistemindən asılı olaraq daha çox vaxt tələb edə bilər.
Bəzən sifarişiniz satıcı firma, yəni sifariş etdiyiniz online mağaza tərəfindən ləğv edilir. Əgər sifariş Limak şirkəti tərəfindən edilibsə və online mağaza sifarişin ləğvi barədə şirkətə məlumatlandırma emaili göndəribsə, şirkət də sifarişçiyə bu barədə məlumat verir. Bəzən online mağazalar sifarişi ləğv etmə səbəbi barədə heç bir məlumat vermir, həmin vaxt Limak şirkəti də sifarişçiyə yalnız sifarişin ləğv olunması barədə məlumatı çatdırır və ödəniş məbləğini geri qaytarır.
Sizin bağlamanız bizim xarici və yerli anbarın hər birində yalnız 15 gün saxlanılır. Daha sonra isə yükün saxlanıldığı hər gün üçün əlavə 1 manat tələb olunacaq. 45 gündən sonra isə bağlama ləğv ediləcək.