НОВИНКИ И ОБЪЯВЛЕНИЯ

new_1

Onlayn ayaqqabi sifarisi haqqında bilmədikləriniz...

2020-06-25 17:46:22

     İngiltərədə edilən araşdırmalara görə, 10 qadından təxminən 4-ü ayağına uyğun gəlməyəcəyini bildiyi halda həmin ayaqqabını almaqdan çəkinmir. Bəyəndiyiniz çantanı düşünmək gecə yuxunuzu qaçırırsa, ayağınıza kiçik olan ayaqqabını istifadə edə bilməsəniz də almağınız sizin “alış-veriş dəlisi” olduğunuzu isbat edir. Hər kəsin özlüyündən izlər daşıyan bu parçalar demək olar ki, bütün gün sizə müşayiət edir.

  Qadınlar ən sehrli aksessuarlarının ayaqqabı olduğunu bilirlər. Ayaqqabı insanın güzgüsüdür. Hər bir qadın seçdiyi ayaqqabı ilə digərlərini özünə dair fikir sahibi edir. Ayaqqabı qadının zinət əşyası və dəyərli dostu kimidir. Ayaqqabı qadının həyatında o qədər vacib bir yerə sahibdir ki, onun o gün ki əhvalına da təsir edir. Ayaqqabılarınız rahatdırsa, siz də rahatsınız deməkdir. Dikdaban ayaqqabı geyinmisinizsə, özünüzə olan güvəniniz daha da artır. Balet geyinmisinizsə uşaq kimi, idman ayaqqabısı isə sizə rahat bir hiss verəcək. Bir kombinin necə olmağına, hətta hansı tərzə çevrilməsinə məsələn, klassik tərzdən idman tərzinə dəyişdirməyə qadir olan güc ayaqqabıdadır. Siz də ayaqqabınıza zinət əşyası kimi baxan qadınlardansızsa bu blog yazısı tam sizə görədir. Bu yayın trendləri nələrdir? Mövcud vəziyyətlə əlaqədar olaraq onlayn ayaqqabi sifarisi edə bilərikmi? Bəs ayaqqabi sifarisi edərkən nələrə diqqət etmək lazımdır? Hansı saytlardan online ayaqqabi sifarisi edə bilərik? 

 

Qiymət və keyfiyyət kriteriyasına görə ayaqqabı seçərkən bütün məhsullar 4 əsas növə bölünür:

1. Aşağı. Bu ayaqqabı növünə kütləvi istehsal olunan məsələn, idman ayaqqabısı və ya balet ayaqqabılar kimi daha çox aşağı büdcəli ayaqqabılar daxildir. 

2. Orta. Daha çox orta gəlirli insanlar üçün nəzərdə tutulmuş bu ayaqqabılar gündəlik geyim tərzinə uyğundur.

3. Yüksək. Bura məşhur markaların ayaqqabıları daxildir.

4. Ekskluziv. Bu növə isə məşhur dizaynerlərin yaratdığı ayaqqabılar daxildir. Bunlar premium ayaqqabılar sayılır dünyada sadəcə bir neçə dənə satılır.

İlk 2 kateqoriyadan olan ayaqqabılar ucuz ayaqqabi sifarisi üçün ən yaxşı seçimdir. Yüksək keyfiyyəti malik olmayan, lakin praktik olaraq kütləvi istehsal edilən ayaqqabılardır. Son iki kateqoriya isə fərqli markaların yüksək keyfiyyətli və daha çox təbii materiallardan olan məhdud istehsal olunan ayaqqabıları daxildir. 

 

Qadınların əvəzedilməz aksessuarı olan ayaqqabılar geyim sektorunda hər sezon böyük artımları və fərqli tərzləri ilə qadınları valeh edir. Limitsiz çeşidlər arasında seçim etmək çətin olduğuna görə ayaqqabıya milyon dollarlar xərcləyən insanlar belə var. Ayaqqabı sektorunda diqqət edilməsi lazım olan bir məqam var ki, ayaqqabı nə qədər gözəl olsa da, trendə uyğun gəlsə də əsas vacib olan sizə uyğundurmu və ya ayağınızı rahat hiss etdirə biləcəkmi… Hər gün yeni bir ayaqqabı satışa çıxarılır və qadınlar artıq ayaq sağlamlığına yox ayaqqabının gözəlliyinə fikir verirlər. Bu isə daha sonra müxtəlif xəstəliklərə səbəb ola bilər. Buna görə də, ayaqqabı seçərkən ilk olaraq ayaq sağlamlığınızı sonra gözəlliyinə diqqət etməlisiniz. 

 Axtarış saytlarında köhnə və yeni sezon bir çox ayaqqabıyla rastlaşmaq mümkündür. Bunun üçün sizə yeni sezon 2020 trendlərindən yazdım.

Yay mövsümünün gəlməsiylə birlikdə həyatımızda bir çox şeydə olduğu kimi geyimlərimizdə və ayaqqabılarımızda da önəmli bəzi dəyişikliklər meydana çıxdı. Həm gündəlik, həm iş, həm də özəl günlərdə geyindiyimiz ayaqqabılarda dəbə uyğunlaşmaq üçün bəzi nüanslara diqqət etməliyik. Yay mövsümündə istilərlə əlaqədar olaraq, çox aksessuardan istifadə etmək olmur. Aksessuarlarınızla yaratmaq istədiyiniz effekti ayaqqabılarınızla edə bilərsiniz. Əlbəttə ki, 2020- ci ilin isti günlərində barmaqlarınızı açıqda buraxan dizaynlar gözləyə bilərsiniz ancaq modellər yalnız sandallarla məhdudlaşmır. Hətta hər kəsi sevindirəcək bir xəbərim var; Rahatlıq, istər düz dabanlarda istərsə də platformalarda olsun, mövsümün prioritetidir. 

1. Bu sezon ayaqlarınızı güclü platforma ayaqqabılarla dəstəkləməyə hazırdır. 70- ci illərin retro hissini əks etdirən sandallar və platform dabanlı ayaqqabılar populyar bir seçim kimi görünür. Bu modellərdə Turkiyeden ayaqqabi sifarisi etmək istəyənlər üçün çeşid hədsiz çoxdur.

2. Çılpaq ayaqları və çimərlik hissi verən motivləri qucaqlamağa təşviq edən yay, 2020- də bütün diqqətləri ayaq biləklərinə toplayır. Biləyə dolanan barmaq arası alçaq daban sandallar və espadrillər hər bir şəhərin podiumlarında gəzdi. Həmçinin bu model ayaqqabılar rahatlığı və uyğun qiyməti ilə daha çox seçilir. Ucuz ayaqqabi sifarisi deyəndə isə ağla ilk bu ayaqqabılar gəlir.

3. Minimalizm hər zaman podiumlarda iz buraxmağı bacarır; 2020 yaz/yay sezonunda daha çox müasir detalların fərqli formalarla birləşməsinə şahidlik edirik. Kəsikləri olan kvadrat formalı dikdaban sandallar və ya müxtəlif formalı dikdaban ayaqqabılara üstünlük verə bilərsiniz. Onlayn ayaqqabi sifarisi edərkən bu xüsusiyyətlərə görə də seçim edə bilərsiniz. 

 

4. Kobud “dad” idman ayaqqabılarından retro görünümlü ekstravanqant dabanlara qədər sneakerlar üstünlük təşkil edir. 2020 yaz/yay sezonuna canlı rəngli və ya idman tərz parçalı idman ayaqqabılarını daxil edə bilərik. Online ayaqqabi sifarisi edənlərin yəqin ki, ən asan seçdiyi ayaqqabı növüdür. 

5. Heç bir yay fəslini sadə, gündəlik sandallarsız təsəvvür etmək olmaz. 2020 yay trendi bu qaydanı pozmadan 90-cı illəri izləyir və cüt kəmər detallı sandalları geri çağırır. İzdihamlı yerlərdə gözə çarpmasa da, isti yay günlərində ayağınızdan çıxarmaq istəməyəcəyiniz tək model budur.


 

Bəs hansı saytlardan ayaqqabi sifarisi etmək olar?

 

  1. https://www.ninewest.com.tr/

  2. https://www.flo.com.tr/

  3. https://www.elleshoes.com/

  4. https://www.aldoshoes.com.tr/

  5. https://www.bambistore.com.tr/

  6. https://www.greyder.com/

  7. https://www.nike.com/tr/

  8. https://www.ayakkabidunyasi.com.tr/

 

  Online ayaqqabi sifarisi edənlər bunun çətinliyini bilir. Ayağımı incidəcəkmi? Bu qiymətə bu ayaqqabını sifariş etsəm peşman ola bilərəm? 38 ölçü geyinirəmsə 39 yoxsa elə 38 sifariş etməliyəm? Bu sullarınızın cavabı buradadır. 

 İlk olaraq, ağlınızda bir qiymət tutun və o qiymətə uyğun ayaqqabı axtarmağa başlayın. Ucuz ayaqqabi sifarisi etməkdən qorxmayın. Bəzən elə olur ki, ucuz da olsa keyfiyyəti yaxşı olur. Turkiyeden ayaqqabi sifarisi isə Amerikaya nisbətdə daha asandır. Ayaqqabını seçdikdən sonra saytda haqqında yazılan məlumatı oxuyun. Daha sonra, ayaqqabını alan şəxslərin rəylərinə diqqət yetirin. Bu rəylər sizə ayaqqabını sifariş edib-etməmək haqqında kömək edəcək. Elə ölçü mövzusuna burada rast gələcəksiniz. Məsələn, “arkadaşlar kalıbı dar ve ya rengi resimdeki gibi değil”. Buna oxşar minlərlə insanın fikri sizə ayaqqabını hansı ölçü, hansı rəng və ya hansı marka sifariş etməyə kömək edəcək. Başqa bir misal desək, hər bir məhsulun yanında “beden tablosu” deyə bir kateqoriya olur. Buradan da istifadə edərək sifariş etsəniz yanılmazsınız.

 Koronavirusla birlikdə həyatımız da onlayn oldu! Bütün dünyanın sağlamlığını təhdid edən Koronavirusdan qorunduğumuz bu günlərdə evlərimizdə əvvəlkindən daha çox vaxt keçiririk. Bu müddətdə rəqəmsal dünyaya olan marağımız daha da artdı, alış-veriş vərdişlərimiz də artıq buna uyğunlaşmağa başladı. Bəs bu vəziyyətdə onlayn sifarişdən qorxmalıyıq? Uzaqdan, yəni onlayn alış-verişdən qorxmayın. Yoluxmuş bir şəxsin virusu bağlamaya ötürməsi və infeksiyanın bağlama sahibinə keçməsi üçün yükün daşınma prosesinin yetərincə uzun müddət davam etməsi ehtimalı nisbətən aşağıdır. Yəni, onlayn alış-veriş edərkən rahat ola bilərsiniz.

  Hətta, evdə qaldığımız bu günlərdə Türkiyə saytlarının endirimlərindən də yararlanıb Limak.az vasitəsilə sifariş edə bilərsiniz. Poçtdaşıma və kuryer şirkəti olan Limak.az- la ayaqqabınızın növünü, tərzini və rəngini seçərək Amerikadan və Türkiyədən güvənli və rahat şəkildə sifariş edə bilərsiniz. Limak.az şirkətinin Bakı, Sumqayıt, Gəncə və Zaqatalada anbarları fəaliyyət göstərir. Bizim ailəmizə qoşularaq xəyallarınızı daha əlçatan edə bilərsiniz. Limak.az/countries bu linkə daxil olaraq qiymətlərlə daha yaxından tanış olun. İndi siz də Limak.az saytına daxil olun və qeydiyyatdan keçdikdən sonra sifarişlərinizi edin. *9595 nömrəsiylə, Facebook və Instagram vasitəsilə Limak- la əlaqə yaradaraq suallarınızı verə bilərsiniz.  


Online dəstək