- Səbail rayonu, Lermontov küç. 40A
- Bazar ertəsi-şənbə
- *9595
limak az, türkiyədən çatdırılma, amerikadan çatdırılma, sürətli çatdırılma
Limak müştərilərinə şad xəbər:KARQOMATLARIN SAYI ARTIR
Limak müştərilərinə şad xəbər:KARQOMATLARIN SAYI ARTIR
Azərbaycanda ilk dəfə sürətli poçtdaşıma xidmətində yenilik edilib. Artıq “LİMAK” şirkətinin müştərilərinin Limak ofislərinə gəlmələrinə ehtiyac yoxdur. Limak müştərilərinə xüsusi xidmət göstərir. Azərbaycanda ilk dəfə istifadəyə verilmiş “Kargomat – ağıllı poçt terminalı” layihəsi poçtdaşıma və digər bənzər xidmətlərdə keyfiyyətin artırılmasına, zaman itkisinin qarşısının alınmasına dəyərli tövhə verdi. Belə ki, paytaxda və bölgələrimizdə vətəndaşlara yüksək xidmət verən bu layihədən ölkədə ilk dəfə “Limak” şirkəti yararlandı.
Kargomat nədir? Necə istifadə olunur?
Son illər bir çoxumuz demək olar ehtiyacımız olan bir çox şeyi xaricdən rahatlıqla onlayn sifariş edib güvəndiyimiz kargo şirkətləri vasitəsilə əldə etmiş oluruq. Burada təbii ki, sürətdən əlavə kargo şirkətinə olan güvən daha önəmlidir. Məhz buna görə də illərin təcrübəsi ilə artıq "Limak" müştərilərinin daha keyfiyyətli xidmətdən yararlanaraq bağlamalarını kargomat şəbəkəsi vasitəsilə təhvil almaq şansı var.
"Limak" artmaqda olan kargomatlarla Bakı şəhərinin bir çox ərazilərində xidmətinizdədir və yaxın zamanda bölgələrimizdəki müştərilər də xidmətdən yararlana biləcək. Belə ki, siz ödənişsiz şəkildə bu terminallar vasitəsilə bağlamalarınızı 7/24, növbə gözləmədən, anbarların və kuryerlərin iş qrafikindən asılı olmadan təhvil ala bilərsiniz.
«Kargomat»-ın iş prinsipi çox sadədir: sizə ən yaxın KARGOMAT-ı seçirsiniz, bağlamanız çatdırıldıqda sizə SMS göndərilir. SMS-də siz karqomat üçün unikal kodu əldə edirsiniz, KARGOMAT-a yaxınlaşıb ekranda kodu daxil edirsiniz və açılan qutudan bağlamanızı götürürsünüz!
Kargomat istifadəsi zamanı məhsul itə bilərmi?
Yalnız özünüz və ya, SMS vasitəsi ilə nömrənizə göndərilən unikal kodu təqdim etdiyiniz şəxs bağlamanızı KARGOMAT-dan əldə edə bilər!
Qeyd edək ki, fərdi kodun başqa şəxsə ötürülməsi halında bütün məsuliyyət sizin və ya bağlamanı götürən şəxsin üzərinə düşür!
Başqa heç bir halda bağlamanız KARGOMAT-dan çıxarıla bilməz. Qeyd edək ki, “Kargomat” xidmətindən istifadə ödənişsizdir.
Karqomat hansı ünvanlarda var?
"Limak"ın müştəriləri Bakı şəhərində qeyd olunan ərazilərdə fəaliyyət göstərən kargomat xidmətini sifariş edərək çatdırılma imkanından yararlana bilərlər:
📍 Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 1, AZ1070 (Yeni Yasamal - Katv1)
📍 Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 177A, AZ1138 (Katv1)
📍 Nərimanov rayonu, Təbriz küçəsi 105/35, AZ1009 ( Nərimanov M.-Katv1)
📍 Nəsimi rayonu, H.Əliyev küçəsi 1, AZ1111 (Əcəmi M. Katv1)
📍 Biləcəri qəsəbəsi, Natəvan küçəsi 7, AZ1117 (Katv1)
📍 Bakıxanov rayonu, Ş. Kamil küçəsi 15/74, AZ1035 (Katv1)
📍 Nizami - Səbail rayonu, Nizami küçəsi 10, AZ0001(İçərişəhər M.)
📍 Ziya Bünyadov - Nərimanov rayonu, Z.Nudiraliyev küçəsi 79, AZ1069(Kobia)
📍 Xətai rayonu, Məhəmməd Hadi küçəsi 23/44, AZ1109 (Katv1)
📍 Səbail rayonu, Lermontov küç. 40A (Limak ofis)
📍 Yasamal rayonu, Cəfər Cabbarlı 44 (Caspian plaza) AZ1065
📍 Nizami rayonu, Qara Qarayev küç. 38
📍 Xətai rayonu, Xocalı pr. 37
📍 N. Nərimanov rayonu, H.Əliyev küç. 125
📍 Nəsimi rayonu, Ş. Əzizbəyov küç. 140
📍 Xətai rayonu, M. Hadi küç. 63
📍 Yasamal rayonu, Inşaatçılar pr.3
📍 Binəqədi rayonu, Mir Cəlal küç. 23A
📍Xətai rayonu, Xocalı pr. 55
📍 Səbail rayonu, Neftçilər küç. 1
📍 Nərimanov rayonu, A.M.Cümə küç. 40D
📍 Nizami rayonu, B.Çobanzadə küçəsi, 220
📍 Yasamal rayonu, Moskva pr.8
📍 Nərimanov rayonu, H.Əliyev küç. 350
📍 Yasamal rayonu, C. Məmmədquluzadə küç. 118
📍 Yasamal rayonu, E.Ağayev küç. 4A
📍 Yasamal rayonu, Ə.Əhmədov küç 128
📍 Nərimanov rayonu, Həsənoğlu kuç. 11
Karqomatdan istifadə etmək üçün saat məhdudiyyəti varmı?
Sifarişiniz KARGOMAT-a yerləşdirildikdən sonra sizə SMS vasitəsi ilə unikal kod göndərilir. Siz 48 saat ərzində KARQOMAT-a yaxınlaşıb bağlamanızı götürə bilərsiniz.
Məhsulum uzun müddət Karqomatda qala bilərmi?
KARGOMAT-da 48 saatdan artıq qalan bağlamalar anbara geri qaytarılır. Bağlamanız üçün yenidən KARGOMAT xidməti sifariş verə bilərsiniz. Əks halda, bağlamanızı Sizə ən yaxın olan Limak anbarlarından təhvil ala bilərsiniz
KARQOMAT Sizə hansı üstünlüklər verir?
KARGOMAT xidməti Limak müştərilərinə
- sürətli çatdırılma;
- növbələrin olmaması;
- 24/7 iş prinsipi;
-sizə ən yaxın çatdırılma məntəqəsindən sifarişi götürmək imkanı yaradır.
Limak Azərbaycanın tanınmış və üstün reytinqli, yüksək müştəri məmnuniyyətini təmin edən, müştəri xidmətləri 7/24 fəaliyyət göstərən sürətli poçtdaşıma şirkətidir. 2019-cu ildən Azərbaycan bazarında fəaliyyət göstərən Limak öz sahəsində yenilikləri ilə məşhurdur. Limak şirkəti daim keyfiyyətin və peşəkar xidmətin artırılması istiqamətində təkmilləşdirmə işləri aparır.
Limak müştərini tezliklə innovativ yeniliklərlə sevindirəcək.
KARGOMAT-dan istifadə ödənişlidir?
KARGOMAT xidmətindən istifadə üçün hər hansı ödəniş tələb olunmur
KARGOMAT-dan necə istifadə edə bilərəm?
Sifariş edilən bağlamanın çatdırılma məntəqəsi olaraq sizə ən yaxın ünvanda yerləşən KARGOMAT-ı seçirsiniz.
Sifariş KARGOMAT-a hansı zaman ərzində çatdırılacaq?
“Anbar” statusu alan bağlamalarınız 24 saat ərzində KARGOMAT səbətlərinə yerləşdiriləcək.
Bağlamanı KARGOMAT-dan necə götürmək olar?
Sifarişiniz KARGOMAT-a yerləşdirildikdən sonra sizə SMS vasitəsi ilə unikal kod göndərilir. 48 saat ərzində KARQOMAT-a yaxınlaşıb bağlamanızı götürə bilərsiniz.
Əgər unikal kodu silmişəmsə və ya itirmişəmsə nə etməliyəm?
Yeni kodun göndərilməsi üçün texniki dəstək mərkəzimizə zəng etməyiniz zəruridir. Mərkəzin nömrəsi: +99410 724 0 724
KARGOMAT-daki bağlama mənə aid deyilsə nə etməliyəm?
Əgər səbətin içindəki bağlamanın sizə aid olmadığını düşünürsünüzsə,
birbaşa Limak müştəri xidmətləri(link formatı) ilə əlaqə saxlayın.
Qutu açılmırsa nə etməliyəm?
Karqomat açılmadığı halda, problemin həlli üçün texniki dəstək mərkəzinin əməkdaşı ilə əlaqə saxlamağınız zəruridir. Telefon nömrəsi KARGOMAT-ın üzərində qeyd olunub.
KARGOMAT-daki bağlamalar siğortalanırmı ?
Dəyəri 500 AZN - ə qədər olan bağlamalar xidməti göstərən şirkət tərəfindən siğortalanır.