limak az, limak, limak kargo, limak, karqo, limak kuryer, karqo Türkiyeden çatdirilma, Turkiyeden catdirilma, amerikadan catdirilma, amerikadan çatdırılma, abş dan çatditilma, kuryer çinden catdirilma, rusiyadan catdirilma, kargo şirkəti, kargo shirketi, karqo shirketi, dashima shirketi, daşıma şirkəti, online alış veriş, online alish verish, trendyol, lc vaikiki, şəxsi kabinet, sexsi kabinet, keshbek endirim, endirimler, turkiyede endirimler, trendyolda endirim, kuryer, sifariş qiymətlər, qiymetler, invoys, baglama izleme, azn tl, azn usd, istanbul catdirilma, ucuz alis veris, turk geyimleri, turk malı, usaq geyimi, uşaq geyimləri, çantalar, ayaqqabı, ayakkabı, canta, uşaq paltarı, elbise, online geyim
Türkiyədən sifariş etmək üçün alış-veriş saytları-2022
Türkiyədən necə sifariş etmək olar? Turkiyeden en cox sifaris olunan magazalar hansılardır? Turkiyeden rayonlara catdirilma mümkündür mü? Türkiyədən Azərbaycana çatdırılma neçə gün ərzində olur? Türkiyədəki endirimlər haqqında məlumatlar burada!
TÜRKİYƏDƏN ONLAYN ALIŞ-VERİŞ
Son illərdə həm dünyada, həm də ölkəmizdə onlayn alış-veriş edən insanların sayı olduqca artmışdır. Əsasən COVİD-19 pandemiyası dövründə onlayn alış-verişin həcmi ən yüksək həddinə çatmışdır.
Göstəricilərə əsasən insanlar ən çox alış-verişi Turkiyenin online magazalarindan edirlər. Bunun səbəbi isə Türkiyə mağazalarındakı geyimlərin həm aşağı qiymətə, həm də keyfiyyətli olmasındadır. Sifariş edən zamanı isə insanlar müxtəlif karqo şirkətlərinə üz tuturlar.
TÜRKİYƏDƏN ƏN ÇOX MƏHSUL SİFARİŞ OLUNAN MAĞAZALAR
Türkiyə mağazalarında həm çeşidlər çoxdur, həm də qiymətlər çox münasibdir. Bu saytlardan bəzilərini- geyim saytlari, kosmetika saytlari, elektronika saytları, kitab saytlarını sizə təqdim edirik.
Türkiyədən geyim sifarişi üçün saytlar: Trendyoldan paltar sifarişi bir neçə klikə edə bilərsiniz. Turkiyeden paltar sifarisi aşağıdakl saytlardan həyata keçirə bilərsiniz
1. Trendyol
2. Hepsi Burada
3. LC Waikiki
4. Mango
5. Zara- Zaradan paltar sifarisi çox asandır
6. N11
7. Koton
8. Pierre Cardin
9. H&M
10. Morhipo
Türkiyədən kosmetika sifarişi üçün saytlar:
1. Watsons
2. Gratis
3. Lilakutu
4. Mac Cosmetics
5. Sephora
6. Trendyol
7.Dermoeczanem
Türkiyədən elektronika sifarişi üçün saytlar:
1. Karaca
2. Mediamarkt
3. Teknosa
4. Arzum
5. Vatan bilgisayar
6. Trendyol
7. Evidea
8. Ikea
Türkiyədən kitab sifarişi üçün saytlar:
1. Kitapyurdu
2. Kitapsepeti
3. Kirmizikedi
4. D&R
5. Pandora
6. Idefix
7. Trendyol
Bütün Türkiyə mağazaları ilə ətraflı şəkildə tanış olmaq üçün Limak.az saytından “Mağazalar” bölməsinə keçid edə bilərsiniz.
TURKİYEDEN SİFARİS ETMEYİN YOLLARİ
Turkiyeden Azerbaycana birbaşa çatdırılma mövcud olmadığı üçün insanlar müxtəlif karqo şirkətlərindən istifadə edirlər. Türkiyədən sifariş etməyin ən rahat və münasib yolu isə Limak.az dan qeydiyyatdan keçməklə başlayır. İlkin olaraq, Limak.az-a daxil olub, məlumatlarınızı qeyd edərək qeydiyyatdan keçirsiniz. Sonrakı mərhələdə isə siz iki üsulla Türkiyədən sifarişlərinizi həyata keçirə bilərsiniz:
-
Limak hesabınızda “Sifariş et” xidmətindən istifadə etməklə;
-
Limak hesabınızdan “Xaricdəki ünvanlarım” bölməsindən Türkiyə ünvanınızı istifadə etməklə.
Gəlin hər iki üsulun qaydaları ilə tanış olaq.
ÜSUL 1.
-
Limak.az saytından qeydiyyatdan keçirsiniz;
-
Yaratdığınız limak hesabınızdan “Sifariş et” xanasına daxil olursunuz;
-
Daha sonra isə alış-veriş etmək istədiyiniz Türkiyə saytından almaq istədiyiniz məhsulun linkini kopyalayaraq açılan xanaya daxil edib, qiymətini, miqdarını və haqqında olan digər məlumatları olduğu kimi doldurursunuz;
-
Məbləği ödəyib sifariş verirsiniz;
-
Məhsulunuz “Bəyan gözləyən” statusu alan zaman sizə Limak.az-dan sms göndəriləcək və bu zaman sizə məxsus Smart customs və E.customs saytına daxil olub həmin məhsulunuzun bəyannaməsini yükləyirsiniz;
-
Sonda isə məhsulunuz anbarımıza daxil olanda sms alacaqsınız və ya məhsullarınızı Limak profillərinizdən izləyə bilərsiniz. Bağlamalarınızı anbarlarımıza yaxınlaşıb təhvil ala bilərsiniz.
“Sifariş et” xidmətin üstünlüyü ondan ibarətdir ki, bəzi Türkiyə mağazaları yerli bank kartlarını qəbul etmir. Bu hal yaranarsa, biz sizin üçün problemsiz şəkildə sifariş edib, məhsulunuzu Bakıya çatdırırıq. Bu xidmətdən istifadə etməklə siz həm də vaxtınıza qənaət etmiş olursunuz.
ÜSUL 2.
-
Limak.az saytından qeydiyyatdan keçirsiniz;
-
Daha sonra Limak hesabınıza daxil olub “Xaricdəki ünvanlar” bölməsinə daxil olursunuz. Burada siz Türkiyə ünvanınızı və məlumatlarını görəcəksiniz;
-
Sonra isə məhsul almaq istədiyiniz Türkiyə saytına daxil olub, həmin saytın ünvan və digər məlumatlar hissəsinə buradakı məlumatların eynisini kopyalayaraq qeyd edirsiniz;
-
Almaq istədiyiniz bütün məhsulları bu ünvana sifariş edirsiniz;
-
Məhsulunuz “Bəyan gözləyən” statusu alan zaman sizə Limak.az-dan sms göndəriləcək və bu zaman sizə məxsus smart customs və e.customs saytına daxil olub həmin məhsulunuzun bəyannaməsini yükləyirsiniz;
-
Sonda isə məhsulunuz anbarımıza daxil olanda sms alacaqsınız və ya məhsullarınızı Limak profillərinizdən izləyə bilərsiniz. Bağlamalarınızı anbarlarımıza yaxınlaşıb təhvil ala bilərsiniz.
QEYD: Əgər sifariş zamanı hər hansı bir problem yaranarsa, məsələn, mağaza sizin bank kartınızı qəbul etməsə, “Sifariş et” xidmətindən istifadə etməyiniz tövsiyə olunur. Bununla siz həm də vaxtınıza qənaət etmiş olacaqsınız. Limak.az 7/24 sizə istədiyiniz köməyi etməyə hazırdır.
TÜRKİYƏDƏN RAYONLARA ÇATDIRILMA
Ölkəmizdə onlayn alış-veriş son illərdə daha da artdığı üçün Limak da öz əhatə dairəsini genişlətməyə davam edir. Təkçə Bakı şəhərində deyil, digər şəhər və rayonlarda da öz filiallarını açaraq, həmin ərazilərdə yaşayan insanlar üçün sərfəli və sürətli çatdırılma xidmətini təklif edir. Bunlara Sumqayıt, Xırdalan, Gəncə və Zaqatala filialları daxildir. Siz Turkiyeden paltar, ayaqqabı, çanta, elektronika, ev əşyaları, kosmetika, bir sözlə, istədiyiniz hər şeyi asanlıqla sifariş edə bilərsiniz. Bunun üçün sifariş edərkən, sizə ən yaxın olan anbarımızı seçməyiniz kifayətdir.
Bakıda isə iki filialımız mövcuddur: İçərişəhər və Xalqlar Dostluğu filialı.
İstədiyiniz filiala Türkiyədən məhsul sifariş etmək üçün limak.az-dan qeydiyyatdan keçirsiniz. Daha sonra isə “Sifariş et” xanasına klik edirsiniz, açılan yeni pəncərənin sağ aşağı hissəsindən isə sizə ən uyğun və yaxın olan filialı seçərək bağlamanızı qısa müddət ərzində münasib tariflərlə əldə edə bilərsiniz. Həmçinin anbara yaxınlaşmadan, “Kuryer” xidmətimizdən istifadə edib bağlamanızı istədiyiniz ünvanda əldə edə bilərsiniz.
Qeyd edək ki, bütün filiallara, Bakı, Gəncə, Zaqatala və Sumqayıta Türkiyədən çatdırılma qiymətləri eynidir. Müştərilərimiz Türkiyədən etdikləri sifarişləri yaşadığı əraziyə yaxın olan filialdan əldə edə bilər. Tariflərlə tanış olmaq üçün Limak.az saytına daxil ola bilərsiniz.
TÜRKİYƏDƏN AZƏRBAYCANA ÇATDIRILMA MÜDDƏTİ
Türkiyənin onlayn mağazalarından paltar sifariş etdikdə limak tərəfindən 1-4 iş günü ərzində Bakıya çatdırılır. Sifariş etdiyiniz məhsul “xarici anbar” statusu aldıqdan sonra qısa müddət ərzində Bakıya çatdırılır. Daha sonra isə çeşidlənməyə daxil olaraq digər filiallara göndərilir.
TÜRKİYƏ MAĞAZALARINDAKI ENDİRİMLƏR
Demək olar ki, hər ay Turkiye saytlarinda müxtəlif endirim və kampaniyalar başlayır. Müştərilər bu endirim günlərini səbirizliklə gözləyirlər. Bəs kampaniyalardan necə xəbərdar ol bilərik? Bunun üçün sizə bəzi yolları qeyd edə bilərik:
1) Mobil tətbiqdən istifadə
Alış-veriş etmək istədiyiniz onlayn mağazaların mobil tətbiqlərini telefonunuza endirin. Trendyol, Zara, Bershka, Hepsiburada və başqa mağazaların proqramlarını telefonunuza yüklədiyiniz zaman endirim və kampaniyalardan vaxtında xəbərdar ola biləcəksiniz.
2) Bildirişləri açıq saxlamaq
Bildirişlər alıcılar üçün çox vacibdir. Veb saytlar bəzən gündəlik və ya qısamüddətli endirimlər təklif edir. Bunlar haqqında nə qədər tez məlumatlandırılsanız, bir o qədər endirimli alış-verişlər edə bilərsiniz.
3) Məhsulları favorilərə əlavə etmək
Bəyəndiyiniz məhsulu favorilərə əlavə etməyi heç vaxt unutmayın. Favorilərə əlavə etdiyiniz məhsullar endirimə düşən zaman sizə xəbərdarlıq bildirişləri gəlir. Bunun sayəsində isə endirimlərdən vaxtında yararlana biləcəksiniz.
4) Sosial media hesablarını izləmək
Sosial medianın müasir dövrdəki əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Türkiyə saytları da bundan yaxşı istifadə edərək sosial media hesablarını kifayət qədər aktiv saxlayırlar. Gündəlik olaraq daqvam edən endirimlər haqqında məlumatları buradan əldə edə bilərsiniz.
Bununla bərabər Limak.az saytımızı da sosial media kanallarından izləyə bilərsiniz. Hər gün bütün sosial media kanallarımızda Türkiyə saytlarında başlayan endirimlər haqqında məlumatlar paylaşırıq. Bizi izləmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.
Limak.az
Instagram
Telegram
Facebook
Sizə Limak-la Türkiyədən xoş alış-veriş arzulayırıq!