Anlayışlar
Sifarişçi - Hər hansı bir məhsulu xarici və ya daxili istehsalçının satış məntəqəsindən alış məqsədi ilə dəyərini öncədən ödəməklə sifariş edən şəxs.
Daşıyıcı - Sifarişçinin sifarişi əsasında malı istehsalçının satış məntəqəsindən alaraq, özünə məxsus anbara kimi çatdırmanı həyata keçirən karqo şirkəti.
Anbar - Daşıyıcıya məxsus,
- Daşıyıcı istehsalçı deyil və heç bir satış xidməti göstərmir. Sifarişçi ödənişini şəxsi hesabından daşıyıcının əməkdaşlıq etdiyi xarici şirkətin bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 5% ödəmə (bank) komissiyası nəzərdə tutulmuşdur.
- Sifarişçinin ünvanında ödəmək şərti ilə göndərilən sifarişlər qəbul olunmur.
- Daşıyıcı, istehsalçının səhvinə, satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
- Daşıyıcı satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.
- Satıcı firma tərəfindən yanlış müştəri adına göndərilən sifarişlər təhvil alınıb, geri qaytarılmırsa, həmin malın dəyəri şirkətə ödənilməlidir.
- Hər hansı bir səbəbdən gecikmiş sifariş haqqında təslimat tarixindən sonrakı 48 saat ərzində məlumat verilməlidir.
- Sifariş və ya təslimat tarixindən 2 ay keçmiş sorğular qeydə alınmır.
- Daşıyıcı sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır. (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s dəyişikliklər.)
- Daşıyıcı sifarişçinin sifariş etdiyi online ünvanın etibarlılığı, ödəmə şərtləri ilə bağlı heç bir məsuliyyət daşımır.
- Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ xarici şirkət tərəfindən kartına geri qaytarılır.
- Ödəniş, sifariş olunan xarici ölkənin valyutası ilə aparılır, əlavə bank komissiyalarına görə Daşıyıcı heç bir məsuliyyət daşımır.
- Sifariş olunmuş məhsulun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, 5% komissiya geri qaytarılmır.
- Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı istifadəçiyə telefon və ya email vasitəsi ilə məlumat verilir. Sifarişin tamamlanması ilə bağlı problem yarana bilər.
- Sifariş olunmuş məhsulun ödənişi aşağıdakı hallarda müştəriyə geri qaytarılır:
a) Məhsul satıcı firmanın balansında tükəndikdə;
b) Müştəri yanlışlıqla balansına vəsait daxil etdikdə
c) Müştəri sifarişdən imtina etdikdə;
q) Satıcı firma tərəfindən sifariş ləğv edildikdə.
- Sifariş olunmuş malın daşıyıcının anbarına daxil olması barədə sifarişçiyə məlumat verildikdən 15 gün ərzində mal təhvil götürülməzsə, anbarda qaldığı hər günə görə Sifarişçi 1 manat dəyərində Daşıyıcıya cərimə ödəməyi öhdəsinə götürür.45 gün ərzində isə bağlama təhvil alınmazsa, növbəti gün aktlaşdırılaraq, istifadəçinin hesabından silinir. Məbləğ heç bir halda müştəriyə geri qaytarılmır.
- Səbətdə malın saxlama müddəti maksimum 15 gündür. Bu müddətdə mal sifarişçi tərəfindən qəbul edilmədikdə bu sifarişçinin maldan imtina etməsi kimi qəbul olunur.
- Malın qəbulundan imtina edilməsi zamanı sifarişçiyə heç bir məbləğ ödənilmir, sifarişçi 15 günlük cərimə məbləğini daşıyıcıya ödəmədiyi təqdirdə yeni sifariş üçün xidmətdən yararlana bilməyəcək.
- Ödənişlərin karta geri qaytarılması 15 iş günü müddətində icra olunur, bəzi hallarda bu müddətə bir neçə gün banklardan asılı olaraq əlavə ola bilər.
- Tərkibində maye, tez alışan maddələr, batareya və Azərbaycan qanunvericiliyinə qadağan olunmuş məhsullar olan sifarişlər qəbul olunmur.
- Qeyd: Mobil telefonların daşınmasını həyata keçirmirik..
- Çatdırılma haqqı hər bağlamanın çəkisinə görə hesablanır.
- Bu qaydalarla tanış olduqdan sonra Sifarişçi olaraq qeydiyyatdan keçən şəxs bildirmiş olur ki, qaydalarda qeyd olunan hallarla bağlı yaranan istənilən problemə görə “Daşıyıcı”nın məsuliyyət daşımadığını qəbul edir.
- Qaydalara riayət etməyən və qadağan olunmuş malların daşınmasını sifariş verən sifarişçinin qeydiyyatı məlumatlandırmadan sonra davam edəcəyi təqdirdə bloklanacaq.