YENİLİKLƏR VƏ ELANLAR

new_1

Türkiyədən paltar sifarişi (2020 trendləri)

2020-04-24 00:36:40

  Artıq demək olar ki, bütün ehtiyaclarımızı internetdən yalnız bir kliklə qarşılaya bilirik. Bir çox insan mağazaları gəzmək əvəzinə, vaxt itirmədən, endirimləri izləyərək alış-verişini edir. Xüsusilə, evdə qaldığımız bu günlərdə daha çox kütlə onlayn alış-verişə üstünlük verir. Yəqin ki, çox insan elə mənim kimi Türkiyədən paltar sifarişi ilə maraqlanır. Paltar sifarişi isə digər məhsullara görə daha asandır. Ölçünüzü düzgün bilirsinizsə, paltar sifarisi sizə də rahat gələcək. Amma təbii ki, sifariş edərkən modanı da izləmək lazımdır. "Moda" deyəndə nə başa düşürsünüz? Məncə, moda rəngli həyatdır. Bundan başqa moda: "İnsanın özünə yaraşdırdığı bir şeydir" streotipindən çıxılmalıdır. Moda hər cür hadisə, fakt, vəziyyətdə; yaş və statusdan asılı olmayaraq, fərdi xoşbəxt edən, simasında təbbəssüm yaradan, bəzən üçü, beşi və hətta 10-u keçən "mənimsəmiş" olduğu hər anın şəklin çəkib onu ölümsüzləşdirdiyi hər şeydir. Bəli! Moda bir mənimsəmə formasıdır. Müəyyən bir kateqoriyaya sığmayan və tərtib edilə bilməyən moda, mücərrəd bir konsepsiyaya sahib olmasına baxmayaraq, əsasən fərdin özünü reallaşdırmaq yolundakı tərz mövzusuna aiddir.

Gəlin, bir az da 2020 moda trendlərindən danışaq.

Hər il yeni sezonun dəbini təyin edən New york, Milan, London və Paris moda həftələri, səhnələrdə özünü göstərdikdən sonra şəhərə çıxmağa hazırlaşır. Lakin mövcud olduğumuz dövrlə əlaqədar olaraq, moda həftələrindən küçələrə axan 2020 Yaz/Yay trendlərinə şahidi olmasaq da, bu tendensiyalara qoşulmağın heç bir yolu olmadığı mənasına gəlmir. 

Moda dünyasının geyim kodlarını yaxından izləyən məşhurların geyimlərini və makiyajlarını - 2020 trendlərini araşdırdıq.

2020- nin məşhur trendləri həm nostaljini, həm də cəsarətli stilləri özündə birləşdirir. 

Bu ilin ən iddialı trendlərindən biri gödəkçədən şalvara, köynəkdən aksesuarlara qədər hər dizaynda özünü göstərən neon rənglərdir. Fosforlu çəhrayı, yaşıl, narıncı və sarı başda olmaqla kombinlərin "star" parçası halına gələn bu rənglər xüsusilə iddialı üslubu diqqət çəkməyi sevən qadınlar üçün idealdır. Elizabeth Banks - in bir dəvət üçün seçdiyi fosforlu rənglərdə olan bu pencəyi və şortu, məncə, əla görünür. Neon rənglər 2020 trendlərində təkcə geyimlərdə deyil makiyajda da özünü göstərir. Məsələn, yalnız qara rəng geyinərək dodaq boyanızı və ya göz qələminizi fosforlu bir rəng seçib stilinizi hərəkətləndirə bilərsiniz. Turkiyeden paltar sifarisi edə biləcəyiniz sayt : Trendyol 

Olivia Wilde- ın cazibədar və zərif görünüşlü, zərli bir parçadan hazırlanmış bu ziyafət geyimi Ralph Lauren- ə aiddir. Bu il parıltılı geyimləri hər yerdə görə bilərsiniz. Xüsusi dəvətlərin və tədbirlərin ulduzu olacaq bu dizayndakı geyimləri seçdiyiniz zaman makiyajınızı sadə etməlisiniz. İstərsəniz, gözlərinizi ortaya çıxarmaq üçün dumanlı bir göz makiyajı tətbiq edə bilərsiniz və ya dodaqlarınız üçün qırmızı rəng dodaq boyası əla seçim olar. Paltar sifarişi və ya makiyaj sifarişi üçün sayt: Morhipo ; Sephora

Romantik, zamansız və həcmli görünüşlərin əvəzedilməzi olan "qarpız qollar" 2020-ci ildə moda səhnəsində öz yerini tutdu. Müxtəlif printli(naxışlı) və ya düz rəngdəki dizaynlara hərəkət verən qarpız qolları Emilia Clarke kimi bir dəvətə qatılarkən və ya gündəlik stilinizi tamamlayacaq olan bir bluzda seçə bilərsiniz. Makiyajın bu cür dizaynlarda sadə olmasını təklif edirəm, çünki bu romantik seçim eyni zamanda güclü bir mövqeni təmsil edir. 2020 makiyaj trendləri arasında diqqət çəkən "nude" tonlara üstünlük verə bilərsiniz. Bu sayt tam sizə görədir: Bershka

This image has an empty alt attribute; its file name is mO-q-ium7-cCrlXXFz36--K5LEILKqVKkK-x40-zp0-OibJRZPY7SHW6ArGqbOrXUK-OteeuE1lxVW3VKEmffhmuz5qFhB0OUjvWDrh7yj_EnzZzdsjSQz26oV8uSJ2M1Mp4Xacx

Dəri dizaynların heç vaxt modası keçmir. 2020 trendlərində də baş qəhrəman olan dəri parçalar bu dəfə sadəcə qəhvəyi rəng və ya qara rənglərdəki gödəkçələrdə deyil, özbaşına bir kombin olaraq qarşımıza çıxır, üstəlik hər rəngdə. Aktrisa Brue Larsonun qırmızı rəngdəki dəri şalvar və bluz kombini feminist cizgisiylə diqqətləri çəkir. Dəri gödəkçələrdən donlara və hətta gödəkçə-şalvar dəstlərinə yeni sezonda bir şans verə bilərsiniz. Dəri dizaynlar güclü bir mövqe nümayiş etdirdiyi üçün kiçik və təbii toxunuşlardan başqa makiyajınızda əlavə bəzəyə ehtiyac yoxdur. Sifariş üçün: Derimod  ; Benefit

Xüsusilə, yaz və yay aylarında mövsümdən asılı olmayaraq görməyə alışdığımız çiçək naxışları 2020-ci ildə də trenddədir. Romantik bir görünüş yaratmaqla yanaşı, xüsusilə qış aylarında daha çox bohem atmosferi olan tünd rəngli çiçək naxışları gündəlik üslubun əsas hissəsi olmağa namizəddir. Xüsusi bir dəvət üçün aktrisa Gemma Chan kimi çiçək naxışlı bir uzun geyim seçə bilərsiniz. Dumanlı gözlər, açıq çəhrayı yanaqlar və çəhrayı rəngli bir dodaq boyası romantik görünüşünüzü tamamlamaq üçün idealdır. Paltar sifarisi üçün sayt: Stradivarius  ; Clinique

1950-ci illərdə və xüsusən 60-cı illərdə feminizmi vurğulayan zərif parça üzərində bəyaz xallı paltarlar 2020-ci ildə geri dönür. Qara üzərinə ağ və ya daha canlı rənglərlə biryerdə istifadə edilən xallı geyimlər yeni sezonda olduqca populyardır. Geyim tərzi yaxından izlənən və hətta modaya rəhbərlik edən Alexa Chung tərəfindən bu geyimi çox sevdim. Bu tərz geyimləri qırmızı dodaq boyası ilə tamamlaya bilərsiniz və ya daha sadəlövh olmağı istəsəniz təbii çalarlar seçə bilərsiniz. Geyim və makiyaj saytı: Mac Cosmetics ;  Sateen

Bu il müasir toxunuşlarla geri dönən nostalji geyimlərdən danışdıq. Bəlkə də bunun ən gözəl nümunəsi Nicole Kidmanın bir dəvətdə geyindiyi bu libasdır. Sadə amma diqqət çəkən belə geyimləri qırmızı dikdaban ayaqqabılar və eyni rəng dodaq boyası ilə tamamlaya bilərsiniz. Geyim və makiyaj sifarişi üçün sayt: ADL ;  L'Oréal Paris

 

Bəs Türkiyədən paltar sifarişi edərkən Koronavirusdan qorxmaq lazımdır?

Pandemiya elan edilən Covid-19 virusu bütün dünyanı bürümüş vəziyyətdədir. Böyük tədbirlərin təxirə salındığı, uçuşların ləğv olunduğu və əksər şirkətlərin işçilərinin evdən işləməsi günümüzdə əllərimizi necə yuyacağımız ya da necə dezinfeksiya olunmağımız kimi suallardan daha çoxuna ehtiyacımız var. Məsələn, koronavirus geyimlərdə yaşaya bilərmi? İndi Turkiyeden paltar sifarisi etmək düzgündürmü?

Koronavirusun hər hansı bir səthdə yaşaya bilib-bilməməsi barədə məlumat hələ ki bəlli deyil. Amma xəstəliyin parça kimi yumşaq bir səthdən daha çox sərt bir yerdə həyatda qalma ehtimalı daha yüksəkdir. Alış-veriş edərkən özümüzü koronavirusdan necə qorumalıyıq?

Burada sizə yaxşı xəbərlərimiz var. Uzaqdan yəni onlayn alış-verişdən qorxmayın. Yoluxmuş bir şəxsin virusu bağlamaya ötürməsi və infeksiyanın bağlama sahibinə keçməsi üçün yükün daşınma prosesinin yetərincə uzun müddət davam etməsi ehtimalı nisbətən aşağıdır. Yəni, onlayn alış-veriş edərkən rahat ola bilərsiniz. 

Evdə qaldığınız bu müddətdə həm gözəl, həm də rahat olacağınız geyimləri küçələrdən əvvəl evinizə gətirə bilməyiniz üçün sizə Limak.az poçtdaşıma və kuryer şirkəti kömək edəcək. Bəs Türkiyədən paltar sifarişi necə edə bilərik? Rayonda yaşayanlar Turkiyeden paltar sifarisi edə bilərmi? Çatdırılma haqqı nə qədərdir?

Hər şeydən əvvəl Limak.az saytında qeydiyyatdan keçirsiniz. Daha sonra “Sifariş et” və ya “Bəyan et” xidmətlərimiz vasitəsilə sifarişlərinizi edəcəksiniz.   

1. İstənilən bir Türkiyə saytına daxil olursunuz seçdiyiniz məhsulun linkini “Sifariş et” xidməti vasitəsilə bizə göndərirsiniz. Limak.az sizin üçün o məhsulu sifariş edir və sizə sadəcə gözləmək qalır.

2. Türkiyə saytlarından seçdiyiniz məhsulları özünüz də sifariş verə bilərsiniz və Limak.az kargo şirkəti sizə bağlamanızı çatdırır. Bunun üçün almaq istədiyiniz məhsulun saytına daxil olursunuz. Bundan sonra Limak.az hesabınızda "xaricdəki ünvanlarım" bölməsinə daxil olun və buradakı məlumatları sifariş edəcəyiniz alış-veriş saytında olan boş xanalara olduğu kimi yazın. Türk saytında sifarişinizi tamamladıqdan sonra yenidən Limak.az -a daxil olub "Bəyan et" hissəsinə daxil olaraq sifarişinizi bəyan edirsiniz. Bundan sonra sifariş etdiyiniz saytdan sizə göndərilən fakturanı da "invoys yüklə"- yə daxil edirsiniz. Bu qədər...

Bakıdan başqa Sumqayıt, Gəncə və Zaqatala regionlarında yaşayan sakinlər də sifariş edə bilər. Çatdırılma haqqı isə 2 dollardan başlayır və 1 kq çəkidə olan bağlamanızı cəmi 4.5 dollara çatdırılır.

 

©️ Xanım Rüstəmli