YENİLİKLƏR VƏ ELANLAR

new_1

DİQQƏT DİQQƏT! 30 martdan etibarən iş rejimimiz dəyişir!

2020-03-29 17:28:30

Hörmətli müştərilər, ölkəmizdə "Xüsusi karantin" rejiminin elan olunması ilə əlaqədar 30 mart 2020-ci il tarixindən etibarən iş rejimimiz dəyişir! Belə ki, anbarımızın fəaliyyəti müvəqqəti olaraq dayandırılır. Sifarişlərinizə isə eyni qaydada davam edə biləcəksiniz. Bağlamalarınızı yalnız KURYER xidmətimizdən istifadə edərək təhvil ala biləcəksiniz.
 Limak.az ailəsi olaraq ən qiymətli varlığımız olan müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərmək üçün peşəkar komandamız 7/24 sizin suallarınızı cavablandırmağa hazırdır. Bizə suallarınızı sosial şəbəkələrdən (Facebook, Instagram), onlayn çat, WhatsApp və e-mail vasitəsilə yönləndirə bilərsiniz. Həmçinin, bu müddət ərzində "Sifariş et" və "Bəyan et" xidmətlərimiz hər zaman aktiv olacaqdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə qəbul edəcəyi növbəti qərarlara uyğun olaraq bizim iş rejimimizdə dəyişiklik edilərsə, sizə məlumat veriləcəkdir. Sağlamlığınız üçün Karantin qaydalarına əməl edin, evdə qalın və sağlam olun!