YENİLİKLƏR VƏ ELANLAR

new_1

Brend saatlar haqqında bilmədikləriniz

2020-01-20 13:06:48

 Saatlar, günümüzün hər anını təmsil edir. Müəyyən mənada saatlarla yaşayırıq. Keçmişdən bu günə qədər gələn və hər daim yanımızda olan tarixi bir əsər sayılan saatlar, minlərlə il davam edən araşdırmaların və inkişafın nəticəsində demək olar ki, bu gün ideal formasını aldı. Saatı hər zaman qolumuzda gəzdiririk və ya evimizdə divar saatlarından istifadə edirik. Bəs brend saatları necə əldə edə bilərik? Saatları internetdən sifariş etmək düzgündürmü? Saat seçərkən nələrə diqqət etmək lazımdır? Hansı saytlardan brend saatlar sifariş etmək olar? Saatlar haqqında nələri bilmirik?

 Texnologiyanın həyatımızın hər sahəsində üstünlük təşkil etdiyi son dövrlərdə, onlayn alış-veriş heç olmadığı qədər populyarlaşdı. Bəyəndiyimiz və ehtiyacımız olan hər şeyi bir kliklə əldə etmək artıq çox rahatdır. Təbii ki, onlayn alış-verişin bəzi incəlikləri var. Nə sifariş edəcəyinizi, hansı xüsusiyyətlərə baxacağınızı bilmirsizsə, yalnış almaq ehtimalınız yüksəkdir. Xüsusilə də, brend saat həvəskarlarının internetdən saat sifariş etməklə əlaqəli bəzi narahatlıqlarının olduğunu bilirik. 

Əvvəlcə mexanizmi nəzərdən keçirin!

İnternetdən özünüzə ən uyğun brend saatı seçmək üçün, əvvəlcə hansı növ saat istədiyinizi qərarlaşdırmalısınız. Qol saatın seçəndə isə birinci mexanizmin növünü dəqiqləşdirin. Qol saatlarında 2 növ mexanizm var: Mexanik və kvars. Kvars saatlar bildiyiniz kimi mexanizm tərəfindən tələb olunan hərəkət enerjisini batareya ilə təmin edir. Enerjini batareyadan alaraq çarxlara bərabər səviyyədə ötürən kvars kristalı saatların fasiləsiz işləməsini təmin edir. Mexanik saatlar isə tələb olunan hərəkət enerjisini qolunuzun hərəkətindən alaraq özü istehsal edir. Mürəkkəb quruluşları və texnologiya səbəbindən bu tip saatlar çox bahalıdır. Saatı uzun müddət istifadə etmədikdə saatınız lazımlı olan enerjini ala bilmədiyi üçün geri qalır və onu təkrar tənzimləməli olursunuz. 

Biləyinizə görə ən uyğun ölçünü təyin edin!

Saatın qolumuza uyğun olduğunu taxmadan necə bilmək olar? İnternetdən onlayn alış-veriş edərkən ağla ilk gələn sual budur. Saat alarkən qolunuza saatın çox böyük olmağını istəmirsinizsə, biləyinizi ölçməlisiniz. Onlayn alış-veriş edəcəyiniz saytlarda saat haqqında xüsusiyyətləri oxuyaraq qolunuzun ölçüsünə uyğun düzgün saatı tapa bilərsiniz.

Tərzinizi müəyyənləşdirin!

İdman, xüsusi bir dəvət, iş yerində görüş, toy, məzuniyyət mərasimi və s. Bu qədər seçim arasında, həyatınızın hər tərəfində və hər anında stilinizə uyğun qol saatı seçmək çox çətindir. Saatınızın tərzinə qərar verərkən onu ən çox harada və hansı geyimlərlə istifadə edəcəyinizi düşünməlisiniz. Məsələn, klassik saatlar yığıncaqlardan gündəlik həyata, kostyumlardan t-shirt- ə qədər hər geyimlə istifadə edilə bilər. Zamansız, zərif və sadə bir saat axtarırısınızsa klassik saatlar sizin üçün əvəzedilməzdir. İdman tərzində geyinirsizsə və çətin şərtlərə tab gətirə biləcək bir saat lazımdırsa, bir çox funksiyaya sahib davamlı və dinamik rəqəmsal saatları sifariş edə bilərsiniz. 

İndi isə sizə brend saatlar sifariş edə biləcəyiniz saytlardan danışacam.

  1. Swatch – Ernst Thomke və bir neçə mühəndisdən ibarət qrup, mexaniki saatlar kimi bir neçə komponentdən ibarət bir saat yerinə, daha az komponentli plastik bir saat düzəltdilər. 1983- cü ildə istehsal etdikləri bu saatı Swatch adlandırdılar. Swatch saat qol saatları sektorunda inqilab idi və dünyanı cəlb etməyə və qol saatı sevənlərin zövqlərini dəyişdirməyə başladı. Həm Amerikada, həm də Türkiyədən sifariş etmək mümkündür.

  2. Tissot – Mexanik saat anlayışını texnika ilə birləşdirən Tissot saatları bu gün çox insanın qolunda görülür. Tissot saatları almaq üçün Amerika və Türkiyənin müxtəlif brend saatlar satan onlayn mağazalarından yararlana bilərsiniz.

  3. Casio – Sadəlik Casio saatları dizaynerlərinin həyata keçirdiyi ən böyük prinsipdir. Casio saat Amerikada və Türkiyədə digər lyuks saat firmalarına nisbətən daha əlverişli olduğu üçün geniş yayılmışdır. Casio saatlar həm qadınlar həm də kişilər üçün uyğundur. G-shock seriyası isə hal-hazırda dünyada çox məşhurdur.

  4. Fossil – Amerika markası olan Fossil saatlar qol saatı həvəskarlarına keçmişin atmosferini, eləcə də müasir dövrün havasına uyğun nadir modellər təklif edir. Fossil saat 1950-ci illərin retro tərzindən ruhlanaraq  kvars mexanizmiylə istehsal olunur.

  5. Rolex – Rolex taxmaq, imkanların sonsuz olduğu bir dünyada addımlamaqla eyni mənaya gəlir. Bu brend saatların hekayəsi, qurucusu Hans Wilsdorf tərəfindən ilk su keçirməz saat sayılan "Oyster"i yaratmaqla başladı. O gündən bəri Rolex kolleksiyası saat işçiliyin ən nadir əsərlərini istehsal etməyə başladı. 

  6. Michael Kors – Hər mövsümə uyğun saat modelləri ilə seçilən Michael Kors şirkəti sayəsində istehsal edilən saatların estetikayla birləşdirilməsinin ardından müştəriləri məmnun edən nəticələr ortaya çıxmışdır. Trendləri ön plana çıxarmaqla və fərqli dizaynlarla diqqətləri üzərinə çəkən bu brend saatlar xanımların geyimlərini tamamlayan ən vacib aksessuarlardan biridir.

  7. Hublot – Bütün dünyada böyük marağa səbəb olan Hublot saatlarının tarixi 1980-ci illərə təsadüf etdiyi məlumdur. İsveçrənin Nyon şəhərində Carlo Crocco tərəfindən qurulan bir şirkət olaraq tanınan, Hublot illərdir popuyarlıq qazanmış və bu gün dünyanın aparıcı saat markalarından birinə çevrilmişdir. Hublot saatları üçün 88 fərqli ölkədən müxtəlif materiallar vasitəsilə istehsal olunduğu bilinir.

  8. Omega – Bu brend saat mövzusunda dünyada ən çox tanınan markalardan biridir. Swatch qrupunun üzvü olan bu marka, 1842-ci ildən bəri hər mövzuda istəklərin üçün güclü modellər istehsal edir. İllər keçdikcə Swatch markasından ayrı olaraq elit zövqlərə uyğun saatlar istehsal etdi, Omega markasını yaratdı və estetika, keyfiyyət, davamlılığı bütün dünyaya elan etməyə müvəffəq oldu.

  9. Seiko – Dünyada saat deyəndə ağla ilk gələn markalardan biri Seiko firmasıdır. 1881-ci ildə qurulan bu marka bu gün qol saatı həvəskarlarının sevimlisidir.

  10.  Emporio Armani – Brend saat modelləri içərisində ən çox tanınan firmalardan biri Emporio Armanidir. Bu marka saat istehsalında çox təcrübəli olmasa da, dizayn mövzusunda diqqətləri cəlb edir. Emporio Armani saat qadınlar üçün ideal seçimdir. Çünki, Emporio Armani saat dizaynına, keyfiyyətinə və görünüşünə görə həmişə fərqlənir.

İndi biraz saatlar haqqında maraqlı məlumatlardan yazaq.

  1. İlk qol saatı. Bu gün daha çox kişilər üçün önəmli aksessuar sayılan qol saatları, tarixdə ilk dəfə qadınlar üçün istehsal edilmişdi. Birinci Dünya müharibəsindən əvvəl kişilər cib saatlarından istifadə etdiyi üçün qol saatları qadınlar üçün hazırlanmışdı.

  2. Gülümsəyən üz ifadəsi. Saat mağazalarında nümayiş olunan saatlar adətən ya 10:10 ya da 1:10 – u göstərir. Bunun səbəbi isə, əqrəblərin saatları göstərərkən gülümsəyən üz ifadəsinə bənzəməsidir. Bu özü də bilmədən müştərinin əhvalını yüksəldir və müsbət bir alış-veriş etməyə kömək edir.

  3. Kosmosa gedən ilk saat. Məşhur kosmonavt Yuri Qaqarinin naviqator saatı, tarixdə “kosmosa gedən ilk saat” olaraq bilinir. 

  4. Saatın sol qola taxılmasının səbəbi. Saatlar həmişə sol biləyə taxılır. Bunun səbəbi isə çox sadədir. Çünki dünyada insanların çox hissəsi sağ əlindən istifadə edir.

 Brend saatlar həm qadınların, həm də kişilərin hər tərz geyimlə istifadə etdikləri aksessuardır. Brend saatlar instagram vasitəsilə də satılır. Lakin siz, poçtdaşıma və kuryer şirkəti olan Limak.az- la saatınızın növünü, tərzini və rəngini seçərək Amerikadan və Türkiyədən güvənli və rahat şəkildə sifariş edə bilərsiniz. Limak.az şirkətinin Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Zaqatalada anbarları fəaliyyət göstərir. Bizim ailəmizə qoşularaq xəyallarınızı daha əlçatan edə bilərsiniz. Limak.az/countries bu linkə daxil olaraq qiymətlərlə daha yaxından tanış olun. İndi siz də Limak.az saytına daxil olun və qeydiyyatdan keçdikdən sonra sifarişlərinizi edin. *9595 nömrəsiylə, Facebook və Instagram vasitəsilə Limak- la əlaqə yaradaraq suallarınızı verə bilərsiniz. 

©️ Xanım Rüstəmli