YENİLİKLƏR VƏ ELANLAR

new_1

Amerikadan kosmetika sifarişi haqqında bilməli olduğunuz hər şey

2019-12-25 14:24:39
Amerikadan kosmetika sifariş edərkən diqqət etməli olduğunuz məqamlar, Amerika alış-veriş saytları, sifarişi mümkün olan məhsullar.

 Hamıya məlumdur ki, Kosmetikanın vətəni Amerikadır. Amerikadan kosmetika sifarişi edənlərin sayı isə bu gün daha da çoxdur. Amerika - dünyadakı bir çox kateqoriyada olan çoxsaylı məhsulun ilk yarandığı və sensasiyalı tanıtma mərasimlərinin təşkil olunub insanlara həmin məhsullarn təqdim edildiyi ölkədir. Alış-verişin tamamilə fərqli bir mədəniyyət olduğu, bunun müəyyən günlərdə dünya miqyasında çılğınlıq halına gəldiyi bir ölkə olan Amerika, kosmetika alış-verişinin əhəmiyyətini hər keçən gün təmsil etdiyi xüsusiyyətlər və təqdim etdiyi geniş imkanları artırarkən, Limak.az kuryer şirkətinin sizə təklif etdiyi xidmət keyfiyyətiylə artıq daha asan, etibarlı və sərfəli sifarişlər edə bilərsiniz.

Amerikadan kosmetika sifarişi deyəndə nə başa düşürük?

 Kosmetik məhsullar dedikdə bir çox qadın gülümsəyir, elə deyilmi? Üstəlik, kosmetik vasitələrin sifarişini çox sadə şəkildə edə bilərsiniz, bu sizi daha da xoşbəxt edir. Bir-birindən rəngli və funksional məhsullarla gözəlliyinizə gözəllik qatmağınıza, baxımlı bir qadın olmağınıza köməklik edən kosmetik məhsullar, bu gün asanlıqla tapıla bilər. Həm də istədiyiniz xüsusiyyətlərdə, növlərdə və rənglərdə sifariş mümkündür. Artan müxtəlifliyə əlavə olaraq, bu məhsullara çatmaq imkanı olduqca sadədir. Yaşadığımız şəhərdə bu məhsulların hamısını tapmağımız mümkün olmadığı üçün Amerikadan sifariş edə bilərik. Sifarişinizi bir çox endirim kampaniyaları və qapıda ödəmə imkanı ilə əldə edə bilərsiniz. Əlbəttə, diqqət etməli olduğunuz mövzular da mövcuddur və bunların başında ilk növbədə originallıq gəlir. Bu mövzuda tərəddüd etdiyi üçün bir çox insanın onlayn alış-verişə güvənmədiyini bilirik.

İndi sizə kosmetika sifariş edə biləcəyiniz güvənilən saytlar haqqında yazacam.

Dekabr ayı, bir çoxumuzun yeni bir dövrə başladığı cari ilin son alış-verişlərinin edildiyi və bir sonrakı il üçün xəyalların, planların və hədəflərin təyin olunduğu aydır. Makiyajın isə ən çox istifadə edildiyi fəsil təbii ki, qış mövsümüdür. Soyuq hava, üzdə gün boyu qalan tonal krem, axmayan tuş və parlaq  gözəllik... Sadəcə, kosmetika və baxım məhsullarının satışı ilə məşğul olan elektron ticarət saytlarının sayı isə gündən-günə artır. Həmin saytlar bunlardır:

  1. Sephora – 1969-cu ildən bəri gözəlliyinizin nəbzini tutan Sephora, 250- dən çox marka və 16.000 məhsul ilə Amerikadan kosmetika sifarişi saytlarının ən başında gəlir. Axtardığınız istər dodaq boyası, göz kölgəsi, ənlik istərsə də baxım məhsulları olsun, hasmısını burada tapa bilərsiniz.
  2. Ulta Beauty – Parlaq həyatlar, möhtəşəm qoxular və qadının cazibədar gözəlliyini canlandıran çox özəl markalardan biri olan Ulta Beauty özündə Sephora kimi makiyaj firmalarını birləşdirir. Kosmetika dedikdə isə agla gələn ilk markalardandır.
  3. M.A.C cosmetics – Yəqin ki, bu markanı tanımayan qadın yoxdur. Dünyanın hər küncündə moda həftələrində, yeni trendləri təyin edən professional bir makiyaj markası olan M.A.C bu gün hər yerdə milyonlarla izləyicisi üçün daha çox məna ifadə edir. Amerikadan kosmetika sifariş etmək istəyənlər üçün ən fərqli markalardan biridir.
  4. Morphe – 2008-ci ildən bəri, vizajistlərin diqqət mərkəzində olan bu firma daha çox göz kölgələri ilə məşhurdur. Amerikadan kosmetika sifarişi üçün ideal markadır.
  5. Huda beauty – Makiyaj sənətində özünəməxsus təcrübəsiylə dünyanın aparıcı peşəkar kosmetika avtoritetidir. Amerikadan kosmetik vasitələrin sifarişi üçün unudulmaz markalardan biridir.
  6. Urban Decay – Sərhədləri aşan bir gözəllik markasıdır. Xarakterindən zövq alan və bunu ifadə etməkdən çəkinməyən cəsarətli qadınların seçimi olan Urban Decay 20 ildir bu sahədə fəaliyyətini davam etdirir.
  7. Maybelline Newyork – Adından da göründüyü kimi Amerikanın məşhur brendlərindən biridir. Ən çox isə göz altı örtücüləri və tuşları ilə tanınır. Amerikadan sifariş üçün isə uyğun qiymətlidir.
  8. Kylie Cosmetics – Qadınların yeni sevimlisi olan Kylie Cosmetics, 2015-ci ildə yaransa da böyük uğur qazandı. Kosmetika sifariş edənlər içərisində bu markaya böyük maraq var.
  9. Look Fantastic – Sephora kimi bir neçə kateqoriyada olan makiyaj markalarını bir yerə toplayan bu firma da olduqca məşhurdur. NYX, Rimmel, Bourjois, Elizabeth Arden və başqa makiyaj markalarını özündə birləşdirir.
  10.  Nars – “Gözəlliyin ürək döyüntüsünü kəşf et” sloqanı ilə tanınan bu marka qadınların favorit markalarından biridir. “Orgasm” seriyasından olan məhsulları ilə gözəllikdə iz qoyan Nars Amerikadan makiyaj vasitələri sifariş edənlərin 1 nömrəli markalarından biridir. Bu saytlardan çox rahatlıqla alış-veriş edə bilərsiniz.

Gömrük problemi nədir və Amerikadan kosmetika məhsulları sifariş edərkən nələrə diqqət etmək lazımdır?

Qloballaşan dünyada internet və ağıllı cihazların həyatımıza sürətlə nüfuz etməsi ilə birlikdə sərhəd anlayışı getdikcə mücərrəd hala gəldi və insanların təcrübə etmək istədikləri xidmətlər və məhsullar bölgədən və yaşayış yerindən asılı olmayaraq, əlçatan oldu. Elektron ticarət markalarının gündən-günə insanlara çoxsaylı istifadə imkanlarını təqdim etməsi və pərakəndə satış sektorunda fəaliyyət göstərən markaların əsas diqqətini rəqəmsallaşmağa ayırması onlayn təcrübənin nə qədər vacib olduğunu göstərən nəticədir. Sahib olmaq istədiyi məhsulla əlaqəli ən yaxşı marka, ən yaxşı xidmət, ən sərfəli qiymət kimi fərdi meyarlarını düşünən insanların diqqət mərkəzində xaricdən onlayn alış-veriş məfhumu durur. İlk sahib olma istəyi isə bütün qadınları birləşdirən xüsusiyyətdir. Xüsusilə də, kosmetik məhsulların yenilərini kəşf etmək qadınlar üçün həmişə maraqlıdır.

Amazon və E-bay kimi elektron ticarətin dünya nəhənglərindən alış-veriş etmək şansı və etibarlı kuryer və poçtdaşıma şirkəti olan Limak.az –ın keyfiyyətli xidmətlərindən istifadə etmək imkanı xaricdən alış-verişin daha güvənilən və sərbəst olmasına səbəb olan amillər arasındadır. Bir məhsulun ya da bir xidmətin ilk yarandığı, ilk parladığı və buradan dünyaya təqdim edildiyi yer olan Amerika bazarı başda olmaqla, Türkiyədən də alış-veriş etmək imkanına sahib olan Limak.az müştəriləri, Limak- ın xidmətləri daxilində xaricdən sifarişləri rahatlıqla edə bilirlər.

Makiyaj vasitələri sifariş edərkən daha çox onun orijinallığından əmin olmaq lazımdır. Bunun üçün də yuxarıda qeyd etdiyimiz saytlardan istifadə edərək alış-veriş edə bilərsiniz. Onlayn saytlardan sifariş edəcəyiniz məhsul haqqında yazılan rəyləri oxuyaraq məlumat sahibi ola bilərsiniz.  

Gömrük problemi isə, daha fərqlidir. Sifariş edəcəyiniz məhsulları seçərkən, diqqətli olmalısınız. Əgər bağlamalarınızın gömrükdə qalmağını istəmirsinizsə, maye halında olan və ya daxilində spirt olan kosmetika məhsulları sifariş etməkdən çəkinin. Məsələn, maye tonal krem, saç şampunları, ətirlər, saça qulluq kremləri və s. daxilində maye olan məhsulları sifariş etməyin. Amma göz kölgələri, tuşlar, dodaq boyaları, ənliklər, karandaşlar kimi quru kosmetika məhsullarını sifariş edə bilərsiniz. Bəzi Amerika saytlarını izləməklə və aylıq uyğun məbləğ ödəməklə “gift box” makiyaj qutuları da əldə edə bilərsiniz. Sephora, İpsy kimi saytlar bunun üçündür. Amma bəzən bu makiyaj qutularında da problemlər yaşanır. Daxilində spirt olan məhsullar göndərilir və bu da gömrükdə problem yaradır. Qeyd edək ki, Türkiyədən isə Limak.az vasitəsilə spirt daxil maye məhsullarını gətirmək mümkündür.

 Amerikadan və Türkiyədən Azərbaycana çatdırılmanı təşkil edən Limak.az poçtdaşıma və kuryer şirkəti sizin üçün Türkiyədən 2$- dan, Amerikadan isə 3$- dan başlayan qiymətlərlə qapınıza qədər gətirir. Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Zaqatalada anbarları fəaliyyət göstərir. Limak.az ailəsinə qoşularaq xəyallarınızı daha əlçatan edə bilərsiniz. Limak.az/countries bu linkə daxil olaraq qiymətlərlə daha yaxından tanış olun. İndi siz də Limak.az saytına daxil olun və qeydiyyatdan keçdikdən sonra sifarişlərinizi edin. *9595 nömrəsiylə, facebook və Instagram vasitəsilə Limak- la əlaqə yaradaraq suallarınızı verə bilərsiniz.

                                                                                                                                                                                                                             

©️ Xanım Rüstəmli


Online dəstək