YENİLİKLƏR VƏ ELANLAR

new_1

Qadın idman geyimləri sifariş edə biləcəyiniz Türkiyə və Amerika saytları

2019-08-21 17:43:08

İnternet şübhəsiz texnologiyanın bizə qazandırdığı ən faydalı kəşfdir. Son illərin parlayan bir sektoru halına gəlmiş internetdən sifariş, insanların evdə oturduqları yerdən alış-veriş imkanı təqdim edən xidmət sahələrindən biridir. Onlayn alış-verişin faydaları, onlayn alış-verişlə bağlı məsləhətlər və sifariş edə biləcəyiniz 10 ən yaxşı Türkiyə və Amerika saytları haqda keçən dəfə yazdığımız blogda danışmışdıq.

 Bəli, dövr onlayn alış-veriş dövrüdür. Qadınlar günün çox hissəsini alış-veriş edərək keçirir. Araşdırmalar görə, qadınlar ildə 49 saat 32 dəqiqəsini vitrinlərə baxmağa sərf edir. Elə vaxta qənaet etmək üçün də internetdən alış-veriş edənlərin sayı artıb.

 Feminizm gəlməyənə qədər qadınlar nəinki idman paltarı haqqında düşünmək, hətta şalvar haqqında belə düşünə bilmirdilər. İndi isə geyim seçmək, tapmaq, almaq çox asandır. Günümüzdə qadınlar həm gözəl, həm də rahat görünmək istəyir. İş və ya dərs həyatının stressi, ev işləri, uşaq və s. problemlərlə dəbli geyinmək və ya dikdaban ayaqqabılarla gəzmək çətin olur. İdman tərzi geyimlər tam burada köməyinizə çatacaq.

 Qadın idman geyimləri deyəndə nələr nəzərdə tutulur? İdman tərzi nədir? İdman geyimləri ilə necə öz tərzimizi yarada bilərik? Hansı saytlardan qadın idman geyimləri sifariş edə bilərik?

 Artıq təkcə idman zallarında yox, gündəlik həyatımızda da idman geyimi moda halına gəlib. Səhər və axşam gəzintilərində, işdə, dərsdə, yaxınlarımızla görüşəndə rahat geyimə üstünlük veririk. Qadınlar idman geyimləriylə də cəlbedici görünə bilər.

İlk olaraq idman tərz geyinənlər və geyinməyi sevənlərin ağlından çıxarmadığı bir cümlə ilə başlayaq. “Sadəlik zərifliyin açarıdır” – Coco Chanel.

Sadəlik düşünüldüyündə o qədər də çətin deyil, qarderobunuzu açıb “görəsən bu gün nə geyinim” deyə düşünmədən öncə öz tərzinizə görə “nə geyinim” deyə düşünürsünüzsə, rahat geyinməyin önəmini bilirsiniz deməkdir. Qadın idman geyimində əsas situasiyalardan biri öz tərzinizə uyğun və paralel geyinməkdir, sizin öz tərziniz ən rahat və vərdiş etdiyiniz geyim olduğu üçün idman tərz geyinərkən də yadlıq hiss etməyəcəksiniz və özünüzə inamı qoruyacaqsınız. Yaşınızdan asılı olmayaraq, öz tərzinizə məxsus yaratdığınız geyimlərlə həm gözəl, həm də cazibədar görünə bilərsiniz. Ancaq gözəl görünmək istəyərkən, rahat olmağın da xəyalın qurursunuz. Bu baxımdan istər iş yerinizdə, istər dostlarınızla görüşərkən həm cəlbedici, həm də rahat olmaq əlinizdədir. İdman tərzində geyinməyi sevirsiniz və idman geyimlərini tərzinizə daha uyğun görürsünüz amma “idman geyimləri ilə necə zərif görünə bilərəm” deyə düşünürsünüz? Bu sualı fikirləşməyin. İdman tərzində geyinərkən də zərif görünə bilərsiniz, rahatlıqdan zövq alın. Sizə idman tərzi ilə əlaqədar bir neçə məsləhətimiz var:

  1. İdman tərzində geyinib zövqlü görünmək üçün ilk olaraq aldığınız paltarların ölçülərini düzgün seçməlisiniz. Alacağınız paltarın mütləq idman zallarında geyinilən geyim kimi olmağı məcburi deyil. İdman zərifliyini tünd rəngli parça və ya iri cibli şalvarla ya da uzun ətəklə də yarada bilərsiniz.
  2. Bundan əlavə, idman tərzində geyinərkən sweatshirtlə birlikdə geniş bir ətək ya da dəri və ya cins şalvarınızın üstünə ağ rəng t-shirtlə dəri gödəkcə və ya jilet geyinə bilərsiniz.
  3. İdman geyimində qat-qat geyinmək də çəkinməyin. Zatən İdman geyimində geyinməyin də özəlliyi budur. Ürəyiniz sıxılanda və ya qışda qapalı məkanlarda isti olan zaman üzərinizdəkiləri çıxardıb rahat ola bilərsiniz.
  4. Qadın idman geyimlərində aksessuar da vacibdir. Boz, qara, göy və ya qəhvəyi rəngdə bandanaları geyindiyiniz geyimə uyğunlaşdıra bilərsiniz. Bundan başqa, yay fəslində üz formanıza uyğun günəş eynəklərindən də istifadə edə bilərsiniz. Rəngli qolbaqlar, uzun boyunbağılar və ya üzüklərlə də idman tərzinizə rəng qata bilərsiniz.
  5. İdman ayaqqabıları idman geyiminin olmazsa olmaz bir hissəsidir. “Dikdaban ayaqqabı geyinə bilmirəm” deyirsinizsə bu tam sizə görədir. “Şəhər” modasının əvəzolunmaz tərzi olan idman ayaqqabılarınızı sizə maskulin bir hava verən bir parıltılı bir jiletlə kombinləyə bilərsiniz. Eyni zamanda bu ayaqqabıları dəri şalvarlarınızla ya da klassik mini ətəyinizlə kombin edə bilərsiniz.
  6. Qadın idman geyimlərinin digər vacib parçası kürək çantalarıdır. Xüsusilə, tayt, cins şalvarla və uyğunlaşdıraraq unikal bir görünüş əldə edə bilərsiniz.
  7. Papaq və beretlər xüsusilə, gənc qızlar üçün sevimli aksessuardır. Bütün mövsümlərdə istifadə olunur. Düz saçlarda istifadə ediləndə görünüşünüzə son dərəcə təsirli bir hava qatır.

İdman stilinizi bu məsləhətlərlə yarada bilərsiniz. Bəs hansı saytlardan qadın idman geyimləri sifariş edə bilərsiniz? Siz bank kartınızla Türkiyə və Amerikanın istənilən saytından alış-veriş edə bilərsiniz. Əlbəttə ki, bu saytların güvənli olmağı şərtdir. Sizlərə görə ən güvənilən qadın idman geyimləri sifariş edə biləcəyiniz 10 ən yaxşı Türkiyə və Amerikadan onlayn alisveris saytlarını hazırladıq.

  1. Trendyol – Türkiyənin 2010 - dan bəri fəaliyyət göstərən onlayn alış-veriş saytı Trendyol - geyim, ayaqqabı, çanta, aksessuar və bir çox kateqoriyadan məhsulları satışı ilə məşğul olur. Qadın idman geyimləri ilə bağlı axtardığınız hər şey burada!
  2. MorhipoTürkiyənin digər böyük onlayn alış-veriş saytı olan Morhipoda endirim kampaniyaları ilə qadın idman geyimlərinə aid çanta, ayaqqqabı, geyim, aksessuar və s. məhsullar tapa bilərsiniz.
  3. Mavi – Cinsi bir həyat fəlsəfəsi kimi mənimsəyən Mavi firması qadın idman geyimləri kateqoriyasında ilk yerlərdə olmağa layiqdir. Bu linkdə istənilən növ cins tapa bilərsiniz.
  4. U.S.Polo Assn - Polo t-shirtlər təkcə kişilərin yox həmçinin qadınların da seçimidir. Qadın idman geyimlərinin də yəqin ki, ən rahat parçasıdır. Bu linkdə endirimdə olan polo t-shirtlər yığılıb.
  5. Derimod - Türkiyədə dəri və modanı birləşdirən ilk markadır. Qadın idman geyimi üçün dəri gödəkcələrlə tərz yarada bilərsiniz.
  6. LTB jeans – Bu saytda şort və idman şalvarı modelləri istənilən qədərdir. Yay mövsümünün əvəzedilməz qadın idman geyimi olan şortları LTB – dən sifariş edə bilərsiniz.
  7. Tommy Hilfiger – Tommy Hilfiger firmasının ən məşhur geyimi t-shirtləridir. Qadın idman geyimləri üçün Tommy-də əla fürsətlərlə hər sezona uyğun sweat-shirt və t-shirt sifariş etmək mümkündür.
  8. Adidas – İdman geyimi deyəndə ağla ilk gələn marka Adidasdır. Qadınlar üçün burada saysız növ idman ayaqqabısı vardır.  
  9. Nike – Dünyaca məşhur idman ruhunu əks etdirən marka Nike idman ayaqqabıları ilə sizə çox yaraşacaq. Keyfiyyətini hiss etmək üçün Nike gözəl seçimdir.
  10. H&M – H&M idman tərzi aksessuarları üçün tam qadınlara görədir. Bandanalar, uzun boyunbağılar, qolbaqlar, kəmərlər dizayn edən bu firma fərqliliyi ilə diqqəti cəlb edir.
  11.  Aldo - Ziddliyin harmoniyasından ilhamlanan bu marka qadın modasında iddiasını həmişə göstərir. Qısa vaxt ərzində kürək çantaları ilə idman tərzi sevən qadınların sevimli markasına çevrilməyi bacardı.

  Uzağı yaxın edən çatdırılma və sürətli poçtdaşımaşirkəti Limak.az sizə onlayn alisveris etməyi təklif edir. Biz sizi düşünərək, Türkiyədən 2 dollardan, Amerikadan isə 3 dollardan başlayan qiymətlərlə hər zaman sizin xidmətinizdəyik. Limak.az/countries bu linkə daxil olaraq qiymətlərlə daha yaxından tanış ola bilərsiniz.