YENİLİKLƏR VƏ ELANLAR

new_1

Limak.az "Xalqlar dostluğu" ofisi ilə xidmətinizdədir!

2020-09-18 22:56:49

Xalqlar dostluğu sakinlərinə şad xəbərimiz var! Limak Azərbaycanın 4 şəhərində fəaliyyət göstərən ofislərindən əlavə, müştərilərinin rahatlığı üçün Bakı şəhərində 2-ci ofisiylə xidmətinizdə olacaq. Artıq müştərilərimiz bağlamalarını şəhərin mərkəzinə, Limak (İçərişəhər) ofisinə gəlmədən də təhvil ala biləcəklər. Bundan sonra Türkiyə və Amerika saytlarından sifariş zamanı bağlamalarınızı Xalqlar dostluğunda yerləşən filialımızdan təhvil almaq istəyirsinizsə, Limak profilinizdən "Tənzimləmələr" bölməsində çatdırılma "Xalqlar dostluğu" anbarı seçə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, çatdırılma ofisini dəyişdikdən sonra xarici anbarda sistemə əlavə edilən bağlamalar yeni ünvanımıza göndəriləcək. Hər an sizin rahatlığınızı düşünən Limak.az Sizi yeni xəbərləri ilə sevindirməyə davam edəcək! Uğurlu alış-verişlər!
Ünvan: Bakı şəhəri, Məhəmməd Hadi küçəsi, 7 saylı binanın yaxınlığı. (“Dent House Baku” diş klinikasının binası)
Xalqlar Dostluğu anbarı - iş saatları: bazar ertəsi-şənbə
Saat 10.00-21.00
Müştəri xidmətləri: 7/24
Sifariş et xidməti: 7/24


Online dəstək